İBADƏTİMİZİ NECƏ GÖZƏLLƏŞDİRƏK?
İmam Sadiq (ə) buyurur: \"Güclü iradə ilə bədən heç vaxt zəifliyə uğramaz\"
Cism və can arasənda öndərlik canındır və bədən birbaşa hökm icra edə bilmir.
\"Mən bu işi görə bilmirəm\" sözünü deyə bilmir.
Niyyət və iradə güclü olsa, bədən də ona yoldaşlıq edər. Bizim bədənimiz minik üçün gözəl vasitədir və biz bunu əldən verməməliyik. Eyni zamanda buna zərər vuracaq şeylərdən qaçmalıyıq. Elə bu səbəbdən dəstəmaz bədənə ziyandırsa alınmır. Oruc bədənə ziyandırsa tutulmur. İnsanın bədənini təhlükəyə atmağa haqqı yoxdur. Bədən ruhun əsiridir. Bu səbəbdən ondan maksimum dərəcədə istifadə olunmalıdır. Bədən sıradan çıxdığı an, heç kimin dərdinə yaramaz. Elə bu səbəbdən ibadətin daha gözəl yerinə yetirməyimizin ən ümdə səbəblərindən biri bədənimizi qorumaqdır.