ƏQİQƏ NƏDİR?


Əqiqə yeni doğulmuş körpə üçün yerinə yetirilən müstəhəb bir işdir. Müstəhəbdir ki, yeni doğulmuş qız uşağı üçün dişi heyvan, oğlan uşağı üçün erkək heyvan əqiqə edilsin. Əqiqə, körpənin yeddi günlüyündə edilsə yaxşıdır. Həddi-büluğa qədər əqiqə edilməmiş insan müstəhəbdir ki, özü özü üçün əqiqə etsin. Hətta insan diri olduğu vaxt əqiqə edilməmişsə müstəhəbdir ki, ölümdən sonra onun üçün əqiqə edilsin. Əqiqə qoyun, inək və ya dəvə ola bilər. Əqiqə heyvanın dörddən birini uşağı tutmuş mamaya vermək müstəhəbdir. Əqiqə edilmiş heyvanın əti on mö’min bəndə arasında bölünsə yaxşı olar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter