HƏQİQİ MUNİS KİMDİR? MUNİSLİYƏ NECƏ NAİL OLMAQ?


Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, insanın tək həqiqi dost və munisi Allahdır. Həzrət (s) bu haqda buyurur: “Allah hər kimin munisi və həmdəmi olsa, qəlbi pərişan və nigaran olmaz”.

“Munis” sözü “ins” sözündən götürülmüşdür və mənası aram olmaq, sakit olmaqdır. Qəlbin nəyəsə yaxın olmasına görə rahatlıq tapmasıdır. Antonimi dəhşətə gəlməkdir. Bu gün insanlar elə bir munis axtarır ki, onun vasitəsilə sakitlik və rahatlıq tapsın. Bu yolda bəzən səhv səmtlərə gedir və səhv munislərə yaxın olurlar. Bu şeylər nəinki başqasını sakitləşdirib aram etmir, əksinə onun iztirab və əzab çəkməsinə də səbəb olur. Pul, vəzifə, şöhrət kimi.

Ona görə də insan həqiqi munisini tapmalıdır. Bunu nəzərə almaq lazımdır ki, munis olmaq sevgidən də üstün mərtəbədir. Ola bilsin ki, iki nəfər bir-biri ilə rəfiq olsun, ancaq munis olmasınlar. Dostluq o qədər şiddətli olmalıdır və hər iki tərəf bir-birinə o qədər bağlanmalıdır ki, aralarında munislik və ülfət yaransın.

Əgər qəlbimiz Allahla munis olarsa, heç bir zaman Ondan qafil olmarıq. Bəs bu insi necə yaratmaq olar?
İmam Əli (ə) buyurur: “Zikr və Allahı yada salmaq - insin açarıdır”.

Quran da bu həqiqəti açıq şəkildə bəyan edir və buyurur: “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).

Allahı çoxlu zikr edək və Onu unutmayaq. Axı O, bizim həqiqi Munisimizdir! (Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter