NİYƏ BƏZƏN DUALAR QƏBUL OLMUR? QƏBUL OLMAQ ÜÇÜN NƏ ETMƏLİ?


Məsum İmamlar (ə) hər bir sahədə bizim yar və yardımçımız olduqları üçün, duaların qəbul olmasına mane olan amilləri də bizə tanıdırlar. İmam Əli (ə) buyurur: “Günah duaların qəbul olmasına mane olar”.
Günah duaların qəbul olmamasına üç növ təsir qoyar.
1. Duanın ləzzətini aradan aparar. İnsan dua edər, ancaq ləzzət almaz.
2. Duanın qəbul olmasına mane olar.
3. Dua etmək tofiqini və ya dua məclisində iştirak etməyi ondan uzaq edər.

İmam Səccad (ə) buyurur: “O günahlar ki, duanı geri qaytarar, duanın qəbul olmasına mane olar, bunlardır: möminlərə və onların işlərinə sui-zənn etmək, daxilinin napak olması, iman qardaş və bacıları ilə nifaqda olmaq, duanın qəbul olmasına inanmamaq, vacib namazları vaxtında qılmamaq, söyüş söyüb, xəyanət etmək, sədəqə və yaxşı əməllərlə Allaha yaxınlaşmamaq”.
Başqa yerdə buyurur: “Həmçinin duaların qəbul olmasına mane olan günahlar - ata və anaya itaət etməmək və onları incitməkdir”.
Hədislərin bəzisində isə pis əxlaqın duaların qəbul olmasına mane olması buyurulur.

Bir nəfər İmam Əlinin (ə) yanına gəlir və deyir: “Allah buyurur ki, dua edin və Mən də yerinə yetirəm. Bəs niyə dualarımız qəbul olmur?”. Həzrət (ə) buyurur: “Çünki qəlbləriniz 8 şeyə görə xəyanət etmiş və vəfasızlıq göstərmişdir:
1. Allahı tanıdınız, ancaq haqqını sizə vacib olan qədər əda etmədiniz. Ona görə də bu mərifət sizin işinizə yaramayıbdır.
2. Allahın Peyğəmbərinə (s) iman gətirdiniz, ancaq əməldə onun sünnəti ilə müxalifətlik etmisiniz.
3. Allahın Kitabını oxudunuz, ancaq əməldə onunla müxalifətlik etdiniz.
4. Dediyiniz ki, cəhənnəm atəşindən qorxuruq, ancaq hər bir halda günahların vasitəsilə cəhənnəmə tərəf gedirsiniz.
5. Dediniz ki, bizim behiştə meylimiz vardır, ancaq elə işlər görürsünüz ki, sizi behiştdən uzaqlaşdırır.
6. Allahın nemətlərindən istifadə edirsiniz, ancaq şükür etmirsiniz.
7. Allah buyurur: “Şeytan sizin düşməninizdir.” Siz dildə onu lənətləyirsiniz, ancaq əməldə onunla dostluq edirsiniz. Ona itaət edirsiniz.
8. İnsanların eybini gözünüzün önünə qoymusunuz. Ancaq öz eybinizi arxaya atmısınız. Nəticədə elə kəsi məzəmmət edirsiniz ki, özünüz məzəmmət olmağa ondan daha layiqsiniz. Belə olan halda hansı duanız qəbul olar ki? Siz dua qapılarını üzünüzə bağlayırsınız. Təqvalı olun və işlərinizi islah edin. Əmr be-məruf və nəhy-əz-munkər edin ki, Allah dularınızı qəbul etsin”.

(Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter