BAXIŞLARI GÜNAHDAN KONTROL ETMƏK ÜÇÜN NƏ ETMƏLİYİK?
Baxışları günahdan kontrol etmək üçün bir çox yollar vardır ki, onlardan ən mühümü bunlardır:
1- Allaha inam. Allaha etiqad və insanın Allah məhzərində olmağına yəqini olmasıdır. Allahın hər şeydən, eləcə də insanın daxilində baş verənlərdən xəbəri vardır. Bütün bunlar insanın baxışını kontrol etməsinə kömək edər. İmam Sadiq (ə) buyurur: “Günaha gözlərini bağlamaq - ancaq insanın qəlbində Pərvərdigarın əzəmət və cəlalını müşahidə etdikdən sonra mümkündür”.
İmam Əlidən (ə) sual olunur: “Baxışın nəzarət gücü necə hasil olar?”. Həzrət buyurur: “Özünü hər şeydən xəbəri olan sultanın hakimiyyətində olduğunu bilsən və Ona təslim olsan”.
2 - Göz yummağın təsirinə diqqət. Əgər insan bilsə ki, göz yummağın nə qədər təsir və bərəkəti vardır, mütləq ona davam etməyə həvəslənəcəkdir. Göz yummağın faydaları:
a) Ürək rahatlığı. O kəs ki, gözünü yumar, qəlbini rahat etmişdir. Haram nəzərlilik insanda rahatlıq yaratmaz, çünki şəhvət hissləri və nəfsi-əmmarəsi insanı pisliklərə və çirkinliklərə vadar edər. İmam Əli (ə) buyurur: “O kəs ki, gözünü yumar - qəlbinə səfa vermişdir”.
b) Həqiqətlərin kəşf edilməsi. Rəsule Əkrəm (s) buyurur:” Müsəlman gözünü naməhrəm qadına baxmaqdan bağlamaz, əgər Allah onun qəlbində ibadətin şirinliyi yaratmasa”.
c) Hurileynlə evlənmək. İmam Sadiq (ə) buyurur:” O kəsin ki. gözü naməhrəmə sataşar, gözünü göylərə qaldırsın və ya yumsun və Allah onu huruleynlə evləndirər.”
3 - Haram nəzərliliyin nəticələrinə diqqət etmək. Əgər insan bilsə ki, bunun nə qədər pis nəticələri vardır, heç vaxt öz zərərinə olan belə bir işi görməz və baxışını kontrol edər. Peyğəmbər (s) buyurur: “O kəs ki, gözünü haramla doldurar, Allah Qiyamət günü gözünü atəşlə doldurar, tövbə etdiyi hal - istisnadır”. Başqa bir hədisdə deyilir: “Baxış - şeytanın məstedici oxudur”.
Həzrət İsa peyğəmbər (ə) buyurur: “Naməhrəmə baxmaqdan çəkinin ki, şəhvət toxumu və fəsadın böyüməsidir”.
4 - Şeytani fikirləri qovmaq. Baxışı kontrol etmək üçün düşüncələri şeytani fikirlərdən uzaq tutmaq lazımdır, çünki uçuruma ilk addım - onun haqqında fikirləşməkdir. İmam Əli (ə) buyurur: “O kəs ki, günah haqqında çox fikirləşər, nəhayətdə o günaha tərəf cəzb olunar”.
5 - Təhrikedici amillərdən çəkinmək. Təhrikedici xəyallar, naməhrəm olan yerlərə gedib-gəlmək, naməhrəmlə söhbət etmək - bütün bunlar haram nəzərlilik üçün zəminə hazırlayar.
6 - Dost tapmağa diqqət etmək. Tədqiqatlar göstərmişdir ki, yeniyetmələr uçuruma gedən ilk addımlarını əxlaqsız dostlarının köməyi ilə atırlar, sonra uçurumun dibinə düşürlər. Bütün bu çirkinliklər əxlaqsız dostlar tərəfindən pak və sağlam yeniyetmələrə sirayət edir və haram nəzərlilik də bunlardan biridir. İmam Əli (ə) buyurur: “Fasid insanlarla oturub-durma. İstəmədən, pak olmayan xüsusiyyətlər sənə təsir göstərəcək”.
7 - Evlilik. Baxışın daha yaxşı kontrol edilməsi üçün evlənmək şərtdir. Peyğəmbər (s) buyurur: “Ey cavanlar! Sizlərdən hər kimin evlənməyə gücü çatırsa, mütləq bu işi görsün. Bu, baxışları çirkinliklərdən qorumağın və qadınları iffətəsizlikdən qorumağın ən yaxşı yoludur”.
8 - İradəni gücləndirmək. Haram nəzərlilik əgər adət halını alarsa, təbii, zatı və nüfuzlu xüsusiyyətə çevriləcəkdir. Bu adətdən qurtulmaq üçün möhkəm əzm və iradə olmalıdır. O şey ki, ilk növbədə lazımdır - bunu istəməkdir və sonra haram nəzərlilik ilə mübarizə aparmaq üçün iki şey lazımdır:
a) Nəfsin istəklərinə müsbət cavab verilməsin.
b) Bəyənilmiş adətlər əldə edilsin və özünü bəyənilmiş işlərlə: kitab oxumağa, idmana məşğul etsin.
“Dəyərlər”