İLAHİ SEVGİNİ QÜVVƏTLƏNDİRMƏK ÜÇÜN NƏ ETMƏLİYİK?


Aşiqin adət-ənənəsini bəyan etməzdən əvvəl, yaxşı olar ki, sevgiyə tərif verək və həqiqi aşiqin xüsusiyyətlərini tanıyaq. İslam maarifində sevginin işlənmə yeri çox deyildir və biz üç haldan çoxuna rast gəlmədik. Bir mənası ibadət üçün istifadə edilmişdir. Mərhum Kuleyni Üsuli-Kafidə İmam Sadiqdən (ə) buyurur: “Ən üstün insanlar o kəslərdir ki, ibadətə sevgisi olsun və həmişə ona riayət etsinlər”.

İkinci mənası Salman Farsı haqqındadır ki, Peyğəmbər (s) buyurur: “Behiştin Salmana eşqi, Salmanın behiştə eşqindən çoxdur”.

Üçüncü məna İmam Baqir (ə) tərəfindən Əmirəl-Mömindən (ə) nəql edilən İmam Hüseyn (ə) və Kərbəla şəhidləri haqqında gələn hədisdir ki, deyilir: “Əli (ə) Kufə əhli ilə Siffeynə gedirdi, Kərbəlaya yaxınlaşdılar. Həzrət öz tərəfdarlarından irəlidə gedirdi, Muqəddəxan adlı yerə çatır və bir neçə dəfə oranı fırlanır və buyurur: “Bu o yerdir ki, 200 Allah Peyğəmbəri (s) və Peyğəmbərlərin (ə) 200 övladları nahaq yerə öldürülmüşdür ki, onların hamısı şəhiddirlər”. Son Aşura hadisəsinə işarə etdi və buyurdu: “Bu yer - qana boyanacaq insanın aşiqi olan şəhidlərin atlarının və miniklərinin istirahət yeridir. (Onlar eşqin ali səviyyəsinə çatmışdılar, belə ki,) ondan əvvəllərkilərdən heç biri onu qabaqlamamışdır və nə də gələcəkdəkilər ona çata bilməzlər”.

Əhli-beyt (ə) mənbələrindən başqa heç bir yerdə bu kəlmənin başqa mənası yoxdur. Ancaq bu bəhs təkcə eşqin mənası üzərində deyildir, eşqin nəzərdə tutulan həqiqi mənası odur ki, məhəbbət kəlməsi ilə bəyan olunsun. Məsələn İmam Hüseyn (ə) “Ərəfə” duasında öz məşuquna belə buyurur: “Ey Allah! Həmin iftixarım bəsdir ki, sənin bəndən olam”.

Eşq və aşiq məfhumları

Eşq - cazibədir, məhəbbətdir. Üstün məhəbbət növündəndir. Məcməyil-Bəhrin yazır: “Eşq məhəbbətdir ki, həddini aşar və insanı adi haldan çıxarar”. Deməli, hər bir məhəbbət həmişə eşqlə bir yerdə olmur, ancaq hər bir eşq məhəbbətlə bir yerdə olur. İnsanda olan məhəbbətlərin bir çox növləri vardır, ancaq onların hamısı eşq mərtəbəsində deyildir. İki dostun bir-birinə məhəbbəti vardır, mürid murada qarşı və öz mürşidlərinə qarşı məhəbbət bəsləyirlər. Ancaq eşq başqa məhəbbətdir.

Eşqin keçmiş zamanı eşqdir və əsli bitki adından götürülmüşdür, tərcümədə ona sarmaşıq deyirlər. Bu bitki hər nəyə ki, çatır - ona dolanmağa başlayır və tədricən onu əhatəsinə alır. O zaman ki, məhəbbət şiddətlənər, sarmaşıq kimi insanın can və ruhunu əhatəyə alar və məhz bu hala eşq deyərlər.

Calinus Həkim deyir: İnsan beynində üç xüsusi yer vardır: biri təxəyyül mərkəzidir, ikinci fikir mərkəzidir və üçüncü də yaddaş mərkəzidir.

Aşiq elə bir insana deyirlər ki, hər ləhzə xəyalı, fikri məşuqdan ayrı olmasın. Məşuqun eşqi, məhəbbət və hicranı aşiqin can, qəlb və ruhunu fəth edər ki, yuxunu, iştahanı ondan alar və o, məşuqdan başqasını fikirləşməz və ondan başqasını görməz. Hər kim ki, bu cür deyil - aşiq olmaz.

Eşq zalımdır, mən eşqə məğlubam və eşqin nurundan ay kimi nurlanıram. Ona görə də əgər insan o zamana qədər ki, təkəbbürdən, nəfsindən və bütpərəstlikdən azad olmasa - mənzlində bəndəliyi sakin edə bilməz, eşqi dərk edə bilməz və o, aşiq deyildir.

Necə Allahın aşiqi olmaq olar?

1 - Bəndəlik. İmam Səccad (ə) buyurur: “Bəndəlik elə bir gövhərdir ki, batini Allahdır”. Nə üçün təşəhüddə ilk şəhadət son Nəbinin (s) bəndəliyinə verilir, sonra onun risalətini şəhadət veririk? Çünki o Nəbiyi-Əkrəmin (s) şərəfi onun bəndəliyində idi, risalətində deyil.

Görəsən siz o Quran ayəsini ki, şeytan Allah bəndəsinin qarşısında gücsüz olduğunu izhar edir, eşitmisinizmi? Şeytan insanın and içmiş düşmənidir: “İzzətinə and olsun! Bütün insanları yolundan azdıracağam, səmimi bəndələrindən başqa, onlar ki, qəlblərini başqasından üzüb, xalis Sənin üçün olublar”. Muxlis o aşiq bəndədir ki, iki dünyanı qəlbindən çıxarıb, ancaq məşuqunu görür, onun qəlbində ancaq məşuquna məhəbbət var, hətta o, behişti belə düşünmür. O kəs ki, Allahın abidi oldu, ibadətlə məşğul oldu, şeytanın, havayi-nəfsinin bəndəsi olmayacaqdır. Deməli, eşq yolu - bəndəlik yoludur, bəndəliyin yolunu və qaydasını öyrən ki, aşiq olasan. Zamanın seyr və hərəkəti sayəsində bilik və məlumatın təsiri ilə ayıq qəlbi əldə etmək olar, bu zaman ürəkdə iman çırağı işıqlanacaq və o iman çırağının yağı, əməl salehlik və günahı tərk etmək olacaqdır.

2 - Peyğəmbərin (s) ardınca getmək. İnsan təbiətində fitri olaraq, Allaha iman, günaha, fəsada ikrah və nifrət mövcuddur. O zaman ki, batinindən baş çıxarar, əməli salehlik dərəcəsinə çatar - kamal əlaməti olan eşq gülü tumurcuqlayar. Aşiqindən ayrı düşmüş məşuqun gözləri yoldadır. Hər nə ki, məşuqa aiddir, onun nümayəndəsi və ya xəbər gətirənidir - onun üçün əzizdir və ona eşqi var. Qurani-Kərim buyurur: “Ey Peyğəmbər! İnsanlara de: əgər Allahı sevirlərsə, mənim ardınca gedin ki, Allah da sizi sevsin və sizin keçmiş səhvlərinizi bağışlasın ki, Allah mehriban və bağışlayandır”.

Bəli, Allah aşiqləri İlahi rəhbərlərə itaət edənlərdirlər. Allahın aşiqi gərək intizarında olmasın ki, İlahi rəhbər onlara itaət edəcək, onlardan göstəriş alacaq və ya öz maddi məqsədinə çatmaq üçün ona təzyiq göstərəcəkdir ki, bu iş xalqın ziyanınadır. Belə ki, Allah buyurur: “Bilin ki, Allahın Rəsulu sizin yanınızdadır, o zaman ki, bir çox işlərdə sizlərin ardınca getsə, çətinliyə düşəcəksiniz. Ancaq Allah imanı sizin məhbubunuz qərar verib, ona qəlbinizdə zinət verib və küfr, fəsad və günaha nifrət etməyinizi qərara vermişdir. İnkişaf etmiş və hidayət olunmuş kəslər onlardır ki, bu sifətlərə malik olsunlar”.

İnsan o zaman imanın yüksək səviyyəsinə çatır ki, onun ən güclü əlaqəsi, yəni özünə olan eşqi Allahın zatına və nümayəndələrinə olan eşqdən sonra gəlsin. Peyğəmbər (s) buyurur: “And içirəm o kəsə ki, canım onun əlindədir! Sizlərdən heç biriniz imanın həqiqətinə çata bilməzsiniz, ancaq o zamana qədər ki, mən onun üçün özündən, malından, övladlarından və bütün insanlardan istəkli olam”.

Hər bir zamanda inkişaf etməyin əlamətlərindən biri odur ki, öz fitri sifətlərini: imana eşq, küfrə, fəsada və üsyana nifrət etməyi və rəhbərə kamil itaəti hifz etsin.

3 - Eşq vüsalı sehrsiz olmur. Eşitməmisən ki, Musa (ə) buyurur: “O kəs ki, güman edər ki, Allahı sevir - yalan deyir, çünki gecənin qaranlığı ki, gələr, yuxunu hüzurumdan üstün tutar”.

4 - Özünü tanıma. Eşq bir daxili meyldir ki, fəaliyyət göstərmək üçün başqa daxili meyllər kimi münasib fəzaya ehtiyac duyur ki, inkişaf etsin, tumurcuqlayıb, gül açsın. Baxmayaraq ki, insan yaradılışında eşqin kökü vardır, ancaq onun zühuru tanıma səviyyəsindən asılıdır ki, aşiqdə məşuqun kamalı vardır. Eşqin şiddəti, aşiqin daxilini yandıran atəşin şöləsinin az və ya çox olması iki amildən asılıdır:

a) Məşuqda gizlənən kamalın mizanı və ondan biruzə verən cilvələr.

b) Aşiqin düşüncə tutumu, məşuq və onun nurunu tanımanın mizanı.

Ona görə də alovlanmağın ilk addımı eşqin atəşi, məşuqun cilvələri və kamalı haqqında düzgün məlumatının olmasıdır. Allahı tanımanı əldə etmək özünü tanımadan və Allahın nurunu tanımadan mümkün deyildir. Ona görə də özünü tanıma və özü haqqında məlumata malik olmaq - ən üstün tanıma yolu hesab edilir.

Həzrət Əli (ə) buyurur: “Ən üstün bilik və məlumat odur ki, insan öz nəfsini tanısın”. İnsanın özünü tanımasının əlaməti onun Allahı tanımasıdır ki, Peyğəmbəri-Əkrəm (s) buyurur: “Sizlərdən özünü tanıma sahəsində ən bilikli alim - Allahı tanıyandır”.

5- Günahı tərk etmək. İnsan əgər istəsə Allahın aşiqi olsun, özü üçün möhkəm bina tikməlidir. Bu binanın hissələri: özünütanıma, etiqad mənbələrinin möhkəmləndirilməsi, Yaradan və məad haqqında mütaliə, günahdan tamamilə çəkinmək, hər günahdan sonra tövbə etmək, Allah Təalaya itaət etmək, vacibatlara əməl etmək, haramları - məsələn: qeybət, töhmət, söyüş söymək, kin və başqa kəbirə günahlar kimi - tərk etməkdən təşkil olunmuşdur. Bunlar xeyirli işlərdir ki, əgər bir-birinin yanında yerləşərlərsə, möhkəm qalaya çevrilər ki, eşqdən başqa adı yoxdur və onun məşuqu yaradılışın xaliqi olan Allah olar. İmam Sadiq (ə) buyurur: “Qəlb Allahın hərəmidir. Allahın hərəmində Ondan qeyrisini sakin etməyin”.

Deməli, eşq xəyal deyildir, elə bir atəşdir ki, qəlbdə alovlanar ki, insanın məşuqu və məhbubu olsun. O zaman bir şey məhbub olar ki, başqalarına pərəstiş etməkdən əl çəkər və bu zaman məhbubunun camalı görünər. Bir ürəkdə iki məhbuba yer yoxdur, həm Allahı, həm də xurmanı sevə bilməzsən. İnsan o zaman Allahın aşiqi olur ki, eqoistlik və dünyanı sevmək hasarını aşa bilsin. Dünyanın cazibələri o qədər çoxdur ki, saymaqla qurtarmaz, ancaq onların hamısı bir hasara bağlıdırlar. Əgər bu cazibəni aradan qaldırsaq, həqiqi cazibə üzə çıxacaqdır.

(Ustad Hüseyn Ənsarianın dəyərli nəzərlərinə əsasən)
“Dəyərlər”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter