NAMAZDA DİQQƏTİMİZİ NECƏ CƏMLƏYƏK?


Yaxşı olar ki, namazda bədənimizlə üzü qibləyə dayandığımız kimi, qəlbimizi də ancaq Allahla məşğul edək. Çünki namazın dəyəri orada olan qəlb hüzurunun ölçüsündən asılıdır. Belə ki, əziz Peyğəmbərimizin (s) və İmamlarımızın (ə) namaz vaxtı yaxınlaşanda rəngləri dəyişərdi və özlərini o Böyük Xaliqin hüzuruna hazırlayardılar. Bilirdilər ki, Kimin qarşısında dayanacaqlar.
Əgər namaz vaxtı günah şeyləri fikirləşsən, namazın batil olmaz, ancaq onun dəyəri azalar. Namaz insanın Allaha yaxınlaşması üçün bir vasitədir. Günah insanı Allahdan uzaqlaşdırar və şəxsiyyətinin süqut etməsinə gətirib çıxarar.
Ona görə də çalışaq ki, namazda onun sözlərinə diqqət edək. Bilək ki, Allah bizi müşahidə edir və bu cür Rəhman Xaliqin qarşısında həm zahiri və həm də batini ədəbə riayət edək.
/Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter