RUZİNİ NECƏ ARTIRMAQ OLAR?


Allah hər bir insanın ruzisini əvvəl günündən müəyyən etmişdir. İnsan hər nə qədər başqasının malını oğulasa da, riba etsə də Allah buyurar ki, onun halal malından həmin o qədər ruzini azaltsınlar. Qazandığın ruzunun da şərti vardır. Gərək halal yolla əldə edilsin. Peyğəmbəri-Əkrəm (s) buyurur: “Halal ruzinin dalınca getmək Allah yolunda cihad kimidir”.

Əgər kimsə onun taleyinə yazılmış ruzinin miqdarını artımaq istəyirsə, gərək bir neçə qaydalara əməl etsin:

Əgər istəyirsinizsə ruziniz artsın, arvad-uşağınızla xoş rəftar edin. Bu sizin ruzinizə müsbət təsir edər. Əgər istəyirsinizsə, Allah sizə daha çox ruzi versin, arvad-uşağınıza qarşı mehriban olun, onlara yaxşılıq edin.

İmam Sadiq (ə) buyurur: “Əgər ürəyiniz istəyirsə ki, ruziniz artsın, bacardığınız qədər xeyr iş görün”.

Əmirəl-möminin (ə) buyurur: “Əgər istəyirsinizsə, ruziniz artsın, xoşxasiyyət olun, bu, bir həqiqətdir”. Həzrət (ə) başqa yerdə buyurur: “Əgər istəyirsinizsə ruziniz artsın, din qardaşlarınızın ehtiyaclarını təmin edin, ruziniz artar”.
İmam Əli (ə) buyurur: “Əgər ruzunuzun artmasını istəyirsinizsə, sədaqətli və inanılmış olun”.

İmam Baqir (ə) buyurur: “Əgər istəyirsənsə, ruzin yağış kimi yağsın, qardaşların (dini) olmayanda insanların arxasında onlar üçün dua et. Allahın Evinə gedəndə insanlara dua et, ruzin artar”.

Həzrət Peyğəmbərə (s) ərz edirlər: “İstəyirəm ki, ruzim artsın\". Həzrət (s) buyurur: \"Həmişə dəstəmazlı ol, Allahın dəstəmazlı insandan xoşu gəlir, ruzini artırar”.

Əmirəl-möminin (ə) buyurur: “Əgər istəyirsənsə ruzin artsın, sədəqə ver, hər gün cibindən bir şeyi sədəqə ver”. Başqa yerdə buyurur: “Əgər istəyirsənsə ruzin artsın, niyyətini pak et. Hamıya qarşı niyyətin yaxşı olsun”.

Peyğəmbəri-Əkrəm (s) buyurur: “İslamda bütün ibadətlər on qismə bölünür. Onun doqquzu kişinin halal ruzu dalınca hərəkət etməsidir, onuncusu isə namaz, oruc, cihad, həcc, əmr-be-məruf və nəhy-əz-munkərdir”. (Erfan/Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter