YAXŞI DOSTUN HANSI XÜSUSİYYƏTLƏRİ OLMALIDIR?


Həyatda özünə dost seçmək təsirli rola malikdir. Bir çox hallarda insan bir və ya bir neçə dosta malik olur ki, onların vasitəsilə ya səadətə çatır, ya da həyatı bədbəxtliklə sonlanır. Əmirəl-möminin (ə) dost seçmək üçün meyar müəyyən etmişdir: “Dost o insandır ki, səni pisliklərdən saxlasın, düşmən o kəsdir ki, səni pisliklərə vadar etsin”. Yaxşı dost insanı Allaha tərəf çəkər, məscidlə, namazla tanış edər, pis sözlərdən çəkindirər, dostlara və
yoxsullara ehsan etməyi öyrədər, əhdinə vəfa edər, xoş xasiyyət olar, təqva yolundan hər nə yaxşı şeyi ki, əldə edərsən yaxşı dost vasitəsilə əldə edirsən. Peyğəmbər (s) buyurur: “Hər bir kişinin dəyəri onun dostunun dinilədir. Gərək baxsın ki, kimlə dostdur”.
İmam Sadiq (ə) yaxşı dostun xüsusiyyətlərini belə bəyan edir: “Hər kəsi üç şeylə imtahan etməmiş dost olma: Onun qəzəbinə bax: gör haqdan batilə tərəf çəkir, yoxsa yox? Dirhəm və dinar ilə (yəni ehtiyacın olan zaman ondan pul istə) və səfərə çıxan zaman”.
Əmirəl-möminin (ə) buyurur: “O kəsin ki, gözəl əxlaqı olar, dostu çox olar, insanlar onunla ünsiyyət bağlayarlar. Əgər hər kim istəsə ki, insanlar onu sevsinlər, onlarla qarşılaşan zaman gülərüz olsun ki, hər bir təbəqədən olan insan qəlbinə nüfuz edə bilsin”. (Erfan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter