HƏYATIN SİRRİ NƏDƏDİR?


Həyatın sirri nədədir? “De: «Mənə xəbər verin görüm, əgər sizin (çeşmələrdə, quyularda və çaylarda olan) suyunuz yerə hopsa (Allahdan başqa), kim sizə axar su gətirə bilər?!» (“Mulk” 30).
İmam Baqir (ə) bu ayənin təfsiri haqqında buyurur: “Bu ayə Qaim İmam (ə.f.) haqqında nazil olmuşdur. Allah buyurur: “Əgər İmamınız sizdən qaib olarsa, bilməsəniz ki, o, haradadır, sizə göy və yerin xəbərlərini və halal ilə haramı demək üçün aşkar İmamı kim gətirəcəkdir?”” Sonra buyurur: “Allaha and olsun ki, bu ayənin şərhi hələ gəlməmişdir, məcburi gələcəkdir”.
Şübhəsiz ki, əziz İmam (ə) bu ayənin şərhini İmam Zaman ağaya (ə.f.) nisbət vermişdir. Bunun səbəbi bu ayədə olan lətif bir bənzərlikdir.

1. Su həyatdır. “Biz hər bir canlı varlığı sudan yaratdıq. Yenə də iman gətirmirlər?!” (“Ənbiya” 30). İmam Zaman ağanın (ə.f.) müqəddəs nəfsi insanların ölmüş qəlblərinə həyat bəxş edəcəkdir. “Bilin ki, həqiqətən Allah yeri ölümündən sonra dirildir (onun inkişaf qabiliyyəti olan maddələrinə bir müddət sonra bitki həyatı bəxş edir. Buna görə sərt qəlblərə də iman suyu ilə həyat verəcəkdir). Həqiqətən Biz bəlkə düşündünüz deyə, (Özümüzün tovhid və əzəmət) nişanələri(mizi) sizin üçün aydınlaşdırdıq”. (“Hədid” 17).
İmam Baqir (ə) buyurur: “Uca məqamlı Allah, yer öləndən sonra Qaim İmamın (ə.f.) vasitəsilə həyat bəxş edəcəkdir. Ölmək dedikdə məqsəd yer əhlinin küfr etməsidir. Kafir - həmin ölüdür”.

2. Su pakdır və pak edəndir. “Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”. (“Əhzab” 33).
“O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə – (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar. (Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir”. (“Əraf” 157).
İmam Baqir (ə) bu ayənin təfsiri haqqında buyurur: “Qaim (ə) (qiyam edən zaman) onları yaxşı işlərə dəvət edəcəkdir. Bəyənilməyən işlərdən çəkindirəcəkdir”.

3. Suya hamının ehtiyacı vardır. Elə bir canlı varlıq yoxdur ki, suya ehtiyacı olmasın. Eləcə də İmam Zaman ağaya (ə.f.). Belə ki, bütün insanlar elm dənizinin dibinə qədər getsələr də yenə də İmama möhtac olacaqlar. Buna görə İmam Sadiq (ə) buyurur: “Əgər yer üzündə iki nəfərdən çox adam qalmazsa, onlardan biri hüccət olacaqdır”.

4. Suyun təbiəti lətifdir. Bağçalarda gül yetişdirər, şor torpaqlarda da o cür. Eləcə də İmam Zaman ağa (ə.f.) bütün insanlar üçün sevinc və xoşbəxtlik mənbəyidir. “Yerin və göyün sakinləri, heyvanlar və dənizdəki balıqlar İmam Zamanın (ə.f.) zühurundan sevinərlər”.

5. Su bəzən mənbəyindən yoxa çıxır. Ancaq onun qaynadığı zülal torpağın dərinliklərində mövcuddur. Yer heç bir zaman sudan mərhum olmaz. İstər yatağında və istərsə də qaynağında. İmam Zaman ağanın (ə.f.) yer üzündə hüzuru da bu cürdür. Əziz İmam (ə.f.) əgər indiki zamanda və məkanda yoxdursa, ancaq gizli yerində hazırdır. “Həqiqətən yer üzü hüccətdən boş olmayacaqdır. İstər açıq və əyan, istərsə də gizli və örtülü”.

6. Suyun yerin dərinliklərinə getməsi onun xasiyyətsiz olması mənasını vermir. O ağacların ki, kökləri dərindir, özlərini su ilə hifz edə bilirlər. Onun zülalından faydalana bilirlər. Ancaq ələflər və kökü alçaq olanlar sudan məhrum olurlar.
Qeyb əsrində də o kəslərin ki, ruhu ucadır və imanları möhkəmdir, onun feyz və bərəkətindən bəhrələnə bilirlər. Ancaq köksüz insanlar bu zülaldan faydalana bilmirlər. Baxmayaraq ki, onlar da yer üzərində yaşayır və İlahi nemətlərdən istifadə edirlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter