Haqqun-nasın pozulmasının Qİyamət əzabına təsİrİ NƏDİR?
Haqqun-nas dedikdə başqalarının sənin boynunda olan bütün haqları nəzərdə tutulur. Haqqun-nas iki hissəyə bölünür: maddi tərəf və abır-şəxsiyyətlə əlaqədar. Maddi haqqun-nas dedikdə, insanların malını məhv etmək, qəsb etmək nəzərdə tutulur. Haqqun-nasın abrı aparmaq hissəsi isə qeybətə, töhmətə, şayiələrə, abrı aparacaq hər bir yersiz sözə aid edilir.
İnsanı bu dünyada kontrol edən bilən amillərdən biri ölümü xatırlamaqdır. Ölümü, qəbir evini və bərzəx aləmindəki əzabı düşünmək insanın süqut etməsinə mane olar.
Səhərdən axşama qədər ölümü xatırlamaq insanı ayıq saxlayar. Ona yolunu azmağa mane olar. Əxlaq alimləri ölümü xatırlamağı çox tövsiyə edirlər. Bu cür yaşayan insan şübhəsiz ki, maddiyyata bağlı olmaz.
İnsanın bu həyatda mühüm vəzifələrindən biri ölənlərin etdiklərini xatırlamaqdır. İnsan nə qədər ki, bu dünyada yaşayır, ölənləri üçün xeyir əməllər göndərə bilər. Yaşayanların xeyir işi ölənlərə nicat verə bilər. Övladlar valideynlərini daima xatırlamalı və onlara xeyir dualar etməlidirlər. Məsələn, əgər bir nəfər rəhmətə getmişdir və onun başqa birinə borcu qalmışdır, ya kiməsə zülm etmişdir, yerdə qalanlar, yəni övladları gərək bu haqqı əda etsinlər. Ölülərin dirilərdən daima gözləntiləri olur.
Mərhum Muhəddis Qumi “Məfatihul-cinan” kitabının sonunda buyurur: “Böyük bir şəxsiyyəti yuxuda gördüm və o, dedi: “Sizi Allaha and verirəm, ən azı pişik və itin qabağına atdığınız sümük qədər bizi yada salın””.
İnsanın axirətdə verəcəyi hesabı çətinləşdirən amillərdən biri - haqqun-nasdır. Ona görə də başqalarının haqqını zay etmək çox məzəmmət edilir. Haqqun-nası bərzəx aləmində bağışlamırlar. Hətta yaxşı əməl sahiblərini belə ona görə cəzalandırırlar.
Haqqun-nasın hesabını vermək o qədər çətindir ki, hətta insanların bunu fikirlərindən keçirməsinə görə belə cəza müəyyən olunacaqdır. Hədislərin birində oxuyuruq: “İbadət əhli olan bir qazi bir gün dünyadan gedir. O, heç kiminin haqqını tapdalamamış və çox mömin və dindar bir insan idi. Ona görə də həyat yoldaşı yəqin etmişdi ki, əri behiştdədir. Arvadı ərinin cəsədini parçaya bükmək istəyən zaman görür ki, burnundan bir ilan çıxdı və üzünü yeməyə başladı. Arvadı bu hadisədən çox qorxur. Gecə yarısı ərini yuxuda görür, baş verənlərə görə sual verir: “Sən ki, yaxşı insan idin, bəs bu ilan nədir? Qazi deyir: “O, sənin qardaşına görədir. Bir gün qardaşın bir nəfərlə dava etmişdi və mənim yanıma gəldilər. Mən qəlbimdə istəyirdim ki, qardaşına haqq verəm və nəticədə də haqq sənin qardaşınla oldu. Ancaq qəlbimdə iki müsəlman arasına fərq qoyduğum üçün bu əməl bərzəxdə təcəssüm oldu və mənim əziyyətimə səbəb oldu”.
Haqqun-nas ancaq malda olmur. Ən mühümü abrı aparan haqqun-nasdır. O kəs ki, rahatlıqla qeybət edir, başqalarına töhmət vurur və insanların abırını aparır, Əhli-beytin (ə) şəfaətini gözləməsin. Hədislərdə oxuyuruq ki, əgər kimsə başqasına töhmət vurarsa, Qiyamət günü çirkli və qanlı bir yerdə olacaqdır o vaxta qədər ki, başqalarının hesab verməsi bitəcəkdir. Sonra onu cəhənnəmə aparacaqlar, cəhənnəm əhli bu insanla bir yerdə olmaqdan fəryad çəkəcəkdir.
Haqqun-nasdan uzaq olmaq üçün insan gərək bu dünyada onu fikirləşsin. Çünki bu məsələ çox mühümdür və çünki ölən kimi çətinliklər başlayar. Quran bir çox ayələrində xəbərdarlıq edir ki, bəndələrin bərzəx aləmində və Qiyamətdə gördükləri bu dünyadakı əməllərinə görədir. “Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz işlərə görədir, yoxsa Allah əsla bəndələrə zülm edən deyildir”. (“Bəqərə” 182).
Allah Təala çirki və qanı xəlq etməmişdir. Bəlkə insanların töhmət və nalayiq əməlləri bu cür büruzə vermişdir. İnsanın dünyada etdiyi çirkin əməllər onun boynuna keçən zənciri xatırladar. Günahı hər nə qədər çox olarsa, bu zəncir daha da artar. «Sonra isə uzunluğu yetmiş arşın olan zəncirlə bağlayın». (Haqqə” 32).
Günahların bir çoxu insanlar tərəfindən günah hesab edilmir, ancaq bərzəx aləmində və Qiyamətdə günah kimi təcəlli olar. Məsələn, evdə kobudluq etmək və tünd xasiyyət göstərmək qəbir əzabı gətirər.
Quran buyurur: “Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar” (“Bəqərə” 81).
O kəslər ki, özləri üçün ilan, əqrəb, zəncir hazırlayırlar, öz göndərdiklərinə görə bu bəlaya düçar olarlar. Onlara verilən əzab o qədər böyük olur ki, keçirdikləri bir dəqiqə milyon saata bərabər olur. Fəryadlarına çatan da olmaz.
Böyük günah olan haqqun-nasın qarşısında ibadət etmək bərzəx və Qiyamət üçün faydalıdır. Əgər kimsə Qiyamət günü nicat tapmaq istəyirsə, gərək xəlqə xidməti ilk işi olsun. Əllamə Məclisi elmi və mənəvi məqamına görə indi Rəsullahın (s) xidmətindədir. O zaman ki, mərhum Cəzairinin yuxusuna gəlir, ona deyir: “Mənim üçün iki şey çox faydalı oldu. Bir gün İsfahanın yəhudi yaşayan küçəsindən keçirdim, əlimdə alma var idi. Gördüm ki, anasıın qucağında olan bir uşaq bu almanı gördü. Mən həmin almanı ona verdim”. Bu yəhudi uşağı sevindirmək alim üçün faydalı olmuşdur. Zahiri cəhətdən kiçik görünən bu əməl bərzəx aləmində böyük və əhəmiyyətli hesab edilmişdir. İkinci əməli haqqında deyir: “Bir gün məscidə gəlirdim, birdən dolu yağmağa başladı. Gördüm ki, bir pişik balası dolunun altında qalıb və getməyə yolu yoxdur. Ürəyim yandı və onu əbamın altına saldım və dolu qurtarana qədər onu saxladım. Dolu kəsən kimi onu buraxdım. Bu pişik balasına kömək etməyim də mənim üçün faydalı oldu”.
Ona görə də hər kəs bacardığı qədər xəlqə xidmət etsə, bərzəx aləmində və Qiyamətdə bu əməlləri ona nicat verə bilər. İnsan Allahdan istəməlidir ki, onun üçün həmişə nicat yolunu göstərsin. “Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69).
(Tebyan/ Deyerler.org)