Ağlın kamİl olmasının nİşanəsİ nədİr?


Kamil İslam dini insana xəlq aləmində çox böyük əhəmiyyət və dəyər verir. Onun üstün xüsusiyyəti kimi ağlı göstərmişdir. Belə ki, səadəti təfəkkürdə, bədbəxtliyi bunun əksində bilir.
İmam Rza (ə) buyurur: “Heç bir şəxsin ağlı kamil olmaz, məgər o halda ki, onda bu on imtiyaz olar:
1. Onda xeyir və yaxşılığa ümid olsun.
2. İnsanlar onun şərindən amanda olsunlar.
3. Başqalarının yaxşı az işini çox hesab edər.
4. Özünün çoxlu yaxşı işini az hesab edər.
5. Ehtiyac sahiblərinin istəklərindən yorulmaz.
6. Ömrü boyu elm tələb etməkdən yorulmaz.
7. Allah yolunda yoxsul olmaq ən yaxşı sərvətdən üstündür.
8. Onun üçün Allah yanında xar olmaq Allah düşmənin yanında izzətli olmaqdan daha sevimlidir.
9. Adının gizli qalması onun üçün şöhrətdən daha sevimlidir.
10. Hər kimlə rastlaşsa, öz-özünə desin ki, o, məndən yaxşıdır və dindardır. İnsanlar iki növdürlər. Bir dəstə həqiqətən ondan yaxşı və dndardır və o biri dəstə isə daha pis və alçaqdır.
Özündən alçaq birini görərsə, deməlidir ki, onun yaxşılığı yəqin ki, daxilindədir. Onun yaxşılığnıın gizli olması özü üçün faydalıdır, ancaq mənim yaxşılığımın aşkar olması ola bilsin ki, mənə zərər gətirsin.
Ancaq özündən yaxşı və dindarını görən zaman qarşısında təvazökarlıq etməlidir ki, ona çata bilsin. Əgər belə olarsa, dəyərli məqama çatar, yaxşılıqla anılar və zamanının ən yaxşısı olar”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter