İmanı dağıdan amİl NƏDir?


İnsanların bir-birini müqayisə etməsini onlara ilk dəfə olaraq, şeytan öyrətmişdir. Bu məsələ Həzrət Adəmin (ə) yaradılışından başlamış və Qiyamətə qədər davam edəcəkdir. Hətta Qiyamət günü insanlar İlahi məhkəmə qarşısında dayanan zaman İlahi hesablaşamadan qaçmaq üçün bu yola baş vuracaqlar.
Şeytan Həzrət Adəmə (ə) səcdə etməmək bəhanəsi kimi özünü onunla müqayisə etmişdi. “Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Beləliklə İblisdən başqa onların hamısı səcdə etdi. O, «palçıqdan yaratdığın bir kəsə səcdə edim?!» dedi”. (“İsra” 61).
Həzrət Adəmin (ə) əhvalatını və Qiyamət gününün məhkəməsində baş verəcəkləri bir kənara qoyub, öz həyatımıza baxsaq görərik ki, biz də gün ərzində nə qədər bu məlun əmələ bulaşırıq. Bu zaman belə bir vəsvəsə zehnimizə gəlir ki, peyğəmbərlərin (ə), İmamların (ə), Calut və Talutun əhvalatı da bu dəstədəndirmi?
“Beləliklə Talut (Əmaliqə ilə döyüşmək üçün) qoşunla birgə (öz qərargahlarından) ayrılarkən dedi: «Həqiqətən, Allah sizi bir çay ilə imtahan edəcəkdir. Odur ki, kim ondan (doyunca) içsə, məndən deyil və kim ondan içməsə - məndəndir, əlinə bir ovuc su götürən istisna olmaqla (ki, o da məndəndir)”. Beləliklə, onların az bir hissəsi istisna olmaqla, hamısı ondan içdilər. Talut və onunla birgə iman gətirənlər çaydan keçdikdən sonra (onlardan bəziləri) dedilər: «Bizim bu gün Calut və onun qoşunu ilə qarşılaşmağa taqətimiz yoxdur». Allaha qovuşacaqlarına inananlar (axirətə imanları olanlar isə) dedilər: «O qədər az (saylı) dəstə Allahın köməyi ilə çox (saylı) dəstəyə qalib gəlib ki! Allah səbirlilərlədir”.(“Bəqərə” 249).
Bu ayəni diqqətlə oxusaq görərik ki, hər bir dövrün Zəmanə Sahibi o insanlara uyğun İlahi imtahan təşkil etmişdir ki, sözügedən dövrün imtahanı da həmin çayın su olmuşdur. Ona görə də deyə bilərik ki, bizim zəmanəmizin dini rəhbəri olan İmam Zaman ağanın (ə.f) qadağan etdiyi hər bir dini hökm o çayın su hökmündədir.
Əgər dini rəhbərimizin bizi təmtəraqdan çəkinməyə çağırırsa, bu həmin sudan içməmək hökmündədir. Əgər dini rəhbərimiz bizi sakitliyə və gərginlikdən çəkinməyə dəvət edirsə, o zaman bu da həmin suyun hökmündə olar.
Həqiqət budur ki, əgər kimsə dini rəhbərin əmrlərindən boyun qaçırtmaq üçün müqayisə yoluna əl atarsa, Əhli-beyt (ə) məktəbindəki ümmətlə əmanətin rabitəsini dərk etməmiş deməkdir.
Müaviyə (lən) müqayisə yolundan istifadə edərək, deyirdi: “Romaya yaxın olmaq üçün elə bir saray tikmək lazımdır ki, müsəlmanların etibarı əcəmilərin yanında qat-qat üstün olsun”. Bu yolla müsəlmanları təmtəraqa sövq edir və beytul-malı lazımsız yerə xərcləyirdi.
İmam Hüseynin (ə) zamanında istər Yezid (lən) hakimiyyəti qarşısında, istərsə də İmam Hüseyn (ə) hərəkəti qarşısında cəmiyyətin üzünə müqayisə qapısı açılmışdı. İmam Hüseynə (ə) deyirdilər: “Siz Məkkə və Mədinədə möhtərəmsiniz. Yəməndə bu qədər Əhli-beyt (ə) davamçısı vardır, elə bir yerə gedin ki, Yezidlə işiniz olmasın. Yezidin də sizinlə işi olmasın. Bu qədər Əhli-beyt (ə) davaçısı vardır, yaşayın və ibadət və təbliğ edin. Niyə qiyam edirsiniz?”.
Ancaq İmam (ə) bu şeytani sözlərə qulaq asmadı və öz müqəddəs hərəkatını başlatdı. Qiyamətə qədər İslam dinini və məktəbini dirçəltdi. Həzrət (ə) çox gözəl bilirdi ki, o günlərdə İslamı müdafiə etmək təkcə ibadət və ya dini təbliğ etmək deyildi, əslində İslamı hifz etmək – Həzrət Peyğəmbərin (s), İmam Əlinin (ə), səhabələrinin əməyini yox etməmək və itirməmək idi. İmam (ə) bilirdi ki, əgər bu hərəkatı başlatmasa, onun sakit durması, onun imza atması İslam dininin başına nə müsibətlər gətirəcəkdir.
Aşura bizə öyrədir ki, əgər o kəslər ki, canlarını qorumaq üçün Allahın yolunu tərk edirlər, o yerdə ki, haqq deməlidirlər, demirlər, çünki canları təhlükəyə düşə bilər, məqamlarına görə, pullarına görə, övladlarına olan məhəbbətə görə Allah yolunu tərk edirlər - o zaman İmam Hüseyn (ə) Kərbəlaya gedəcək və qətlqaha tərəf çəkiləcəkdir. Yezidlər (lən) hakimiyyət başına gələcək və Peyğəmbərin (s) min ayda yaratdığı bir ölkəyə Bəni-Uməyyə hakimiyyət edəcək, rəhbərlik sultanlığa çevriləcəkdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter