İnsanı azğınlığa salan amİllər NƏDİR?
Görkəli təqlid mərcəi Ayətullah Subhani insanı azğınlığa salan amillər barədə verilən sualın cavabında deyib: \" Qurani-kərim müxtəlif münasibətlərdə müəyyən amillər barədə söz açır və bildirir ki, bu amillər insanın azğınlığına səbəbdir. Bu amillər ilə tanışlıq xoşbəxtliyini istəyən insanlar üçün faydalıdır, çünki bu amillər baxmayaraq ki, öz iradəsi ilə azğınlıq səmtinə hərəkət edən insanlar üçün ziyanlıdır, amma imanlı və təqvalı şəxslər üçün isə təkamül, dini və əxlaqi əsasların möhkəmlənməsinə səbəbdir.
Biz burada o amillərin bir neçəsinə işarə edəcəyik:
1- Şeytan: Qurani-kərim şeytana itaət etməyi azğınlığın amili hesab edir.
(کُتِبَ عَلیهِ اَنّهُ مَنْ تَوَلاّهُ فَاَنَّهُ یُضِلّهُ وَیَهْدیهِ إِلى عَذابِ السَّعیرِ)(Həcc surəsi, ayə 4) Bu şübhəsizdir ki, şeytan onu sevən şəxsi azğınlığa aparar və cəhənnəmə sarı sürükləyər.
Şeytan Allah dərgahından qovulanda Allaha belə ərz etdi:
..لأتَّخِذَنَّ مِنْ عِبادِکَ نَصِیباً مَفْرُوضاً وَ لأُضِلنَّهُمْ.
Mən Sənin bir qrup bəndələrini tutacam və onları şübhəsiz azdıracağam.
2- Nəfsani istəklər: İnsanda olan his və qərizələr insan həyatının yaşamasına səbəbdir; əgər bu hislər insan həyatından silinərsə bu insanın məhv olması deməkdir.
Amma eyni-halda bu hislər kontrol olunmasa və hədd-mərz tanımayan bu istəklərin qarşısı alınmazsa bu yenə də insanın məhvinə gitərib çıxarar.Quran buyurur:
وَلا تَتَّبِعِ الهَوى فَیُضِلَّکَ عَنْ سَبیلِ اللّهِ... (Sad surəsi, ayə 26)
Nəfsani istəklərə itaət etmə ki, səni Allah yolundan saxlayar\". Quran nöqteyi-baxımından həyatını nəfsani istəklərin ixtiyarına qoyanlarnəfsinə pərəstiş edənlərdir, Qurani-kərim buyurur:
أَفَرَأَیْتَ مَنِ اتَّخَذَ إِلهَهُ هَواهُ.. (Casiyə surəsi, 23) \"Nəfsani istəklərini özünə Allah edən kəsi gördünmü...\".
Nəfsani istəklər həqiqətdə insanın heç bir həddi-hüdüdu olmayan heyvani hisləridir, amma əgər şəriət və ya şəxs tərəfindən məhdudlaşdırılarsa bu insanın azğınlığı deyil əksinə yaşamasına səbəbdir.
3- Başçılara düşünülməmiş itaət
Qurani-kərim insanın azğınlığa düşməsinin bir səbəbini rəhbərlər və qəbilə başçıları hesab edir:
یا لَیْتَنا أَطَعْنَا اللّهَ وَأَطعنَا الرَّسولا * وَقالُوا رَبّنا انّا أَطَعْنا سادَتَنا وَکُبرائَنا فَأَضَلُّونَا السَّبیلاً (Əhzab surəsi, ayə 66-67)
\"(Qiyamət günü deyərlər) Ey kaş biz Allah və peyğəmbərə itaət edərdik, İlahi! Biz öz başçılarımıza (korkoranə olaraq) itaət etdik və onlar bizi azdırdılar\".
Qurani-kərim Əraf surəsinin 38-ci ayəsində də bu məsələyə toxunur.
4- Ata-babalara ölçülüb düşünülməmiş itaət
İslam dinində ata-babalara xüsusi hörmət bəslənsə də bu insanın təfəkkür qüvvəsinin alınması mənasına deyil və insan məhəbbət və sevgisinə görə özünü tam onların ixtiyarına qoymalı deyil. Buna görə də Qurani-kərim valideynə hörmət barədə göstəriş verəndə bunu da xatırladır ki, əgər valideyn insanı şirkə dəvət edərsə onlara itaət edilməməlidir. Quran buyurur:
وَإِنْ جاهَداکَ عَلى أَنْ تُشْرِکَ بِى ما لَیْسَ لَکَ بِهِ عِلْمٌ فَلاتُطِعْهُما.. (Loqman surəsi, ayə 15)
\"Onlar səni Allaha şərik qoşmağa cəhd göstərsələr onlara itaət etmə...\".
Quran bir neçə ayədə \"valideynə düşünülməmiş itaət\"i azğınlığa səbəb hesab edir. O cümlədən Zuxruf surəsinin 22 və 23-cü ayələri, həmçinin Maidə surəsinin 104-cü ayəsində bu məsələyə işarə edir.
5- Çoxluğa itaət; Qurani-kərim məlumatsız və bixəbər çoxluğa itaət etməyi azğınlığa səbəb hesab edir, Qurani-kərim buyurur:
وَإِنْ تُطِعْ أَکْثَرَ مَنْ فِى الأَرْضِ یُضِلُّوکَ عَنْ سَبیلِ اللّهِ إِنْ یَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَإِنْ هُمْ إِلاّ یَخْرُصُونَ (Ənam surəsi, ayə 116).
\"Əgər yer kürəsində olan əksəriyyətə itaət etsən səni Allahdan saxlayacaq, çünki onlar güman və təxmin əsasında hərəkət edirlər\". Ayənin son cümləsindən istifadə edilir ki, hər əksəriyyətə itaət etmək azğınlığa səbəb olmur, gümana və təxminə söykənən çoxluğa itaət etmək azğınlığa səbəbdir.