İbadət və bəndəlİk etdİyİmİz Allahın rəngİndən hansı rəng üstün ola bİlər?!


İnsan öz həyatında hansısa rəngi qəbul etməli olur. Amma bütün rənglərdən üstün ilahi rəngdir. Aydın məsələdir ki, irq, qəbilə, nəfs istəkləri rəngini bir kənara qoymasaq, vəhdət, qardaşlıq, Allah əmrinə təslimçilik rəngini götürə bilməyəcəyik. Bütün rənglər zaman keçdikcə solur. İlahi rəng isə həmişə təravətli və davamlıdır. İbadət və bəndəlik etdiyimiz Allahın rəngindən hansı rəng üstün ola bilər?!
Ən gözəl rəng səfalı və davamlı rəngdir. Bu rəng Allah övliyalarının diqqətini özünə cəlb edir. Bu rəng fitrət və məntiqə uyğundur. Onun müştərisi Allah, dəyəri isə behiştdir. Bütün rənglər, irq və qəbilə rəngləri gec ya tez məhv olub gedəsidir. Əbədi və davamlı olan isə ilahi rəng, yə’ni ixlas və imandır.
Hədisdə nəql olunmuşdur: Bir şəxs evinin divarında dəlik açırdı. İmam Sadiq (ə) ondan nə iş gördüyünü soruşur. Həmin şəxs cavab verdi: “İstəyirəm ocağın tüstüsü mənzildən bayıra çıxsın.” İmam buyurdu: “Bu işdə belə bir məqsədin də ola bilər ki, namazın vaxtını bilmək üçün otağa işıq düşməsini istəyirsən.” Yə’ni əgər divardan baca açılırsa, nə üçün məqsəd təkcə otaqdan tüstünün çıxması olsun?! Nə üçün insanın niyyəti mənzilə işıq düşməsi olmasın?! Bəli, hər bir işə ilahi rəng vermək olar.
İlahi yol birdir. Əgər ilahi rəng olmasa, başqa rənglər insanın ağlını əlindən alar. Əksəri azğınlığa düçar olmuş camaatla eyni rəngə boyanmaq özü qiyamətdə rüsvayçılıq və zəlillikdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter