Ən böyük zülm nədİr?
“Allah məscidlərində Onun adının çəkilməsinə mane olan və onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər? Onlar ora ancaq (insanların və ya Allahın) qorxu(su) ilə daxil olmalıdırlar və buna layiqdirlər.
Onlar üçün (bu) dünyada xarlıq, axirətdə isə böyük bir əzab vardır”. (”Bəqərə” 114).
Bu ayədən də göründüyü kimi, Allah məcsidləri viran edən insanların aqibətini bizim üçün açıqlayır. Şübhəsiz, bu ayənin geniş mənası vardır. Müəyyən zaman və məkana da aid deyildir. Başqa ayələr kimi müəyyən zamanda gəldiyinə baxmayaraq, hər bir zamana və məkana aid edilir. Çünki bu mənfur hərəkətə hər bir əsrdə və dövrdə rast gəlmək olur. Ona görə də o kəs ki, məscidlərin viran edilməsində iştirak edərsə, ya da orada Allahın ibadətinə və ya Allahın adının çəkilməsinə mane olarsa, ayədə göstərilən aqibətə layiq olacaqdır.
Bu nöqtəyə də diqqət etmək lazımdır ki, məscidləri viran etmək ancaq bellə və ya külünglə olmur ki, bəlkə məscidlərin xarab olmasına zəminə yaradacaq hər bir əməl bu hökmdə gedir.
Allah başqa yerdə buyurur: “Həqiqətən Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də onların hidayət olunmuşlardan olmalarına ümid vardır”. (“Tövbə” 18).
Məscidləri abad etmək onu inşa etməklə bitmir. Bəlkə insanların oraya gəlməsi, orada məclislərin və namazların təşkil edilməsinə şamil edilir. Çünki bu zaman Allah yada salınar, qəlblər nurlanar.
Maraqlısı budur ki, Allah Təala “Bəqərə” 114 ayəsində işarə etdiyi insanları zalım adlandırmışdır. Allah evini dağıtmaq və ya onda Allahın adının çəkilməsini qadağan edən şəxs bütün insanlığa zülm etmiş olar. Bu insan zalımdır. O insan ki, məscidləri dağıdır, xarab edir və ibadətə mane olur, insanları Allahdan və dindən uzaqlaşdırmağa çalışır - bu, zalım insandır. Çünki insanları Allahdan və dindən qafil etməyə çalışır. Yaxşı bilirik ki, bu işin ziyanı hər bir çirkin əməldən daha çox və aqibəti də çox ağrılıdır.
O məscidlər həqiqi məscidlərdir ki, orada Allahın adı canlanır. Allah bəyənən işlər görülür.
Unutmayaq ki, düşmən məscidin qapı, pəncərəsindən qorxmur. Onun qorxusu Allah adının dirçəlməsi və müsəlmanların ayılmasıdır.
O kəs ki, Allahın bu müqəddəs məkanlarına pislik niyyəti bəsləyirlər, Qiyamət günü Allahın qəzəbi ilə yanaşı, dünyada da zillət və xarlığa düçar olarlar.
(Tebyan/