Əlİn və ayağın zəkatı nədİr?


İmam Sadiq (ə) buyurur: “Əlin zəkatı - Allahın sənə verdiyi nemətlərdən bəxşiş və əta etməkdir”. Əlin başqa bir zəkatı isə dini hifz etmək və müsəlmanları ayıltmaq üçün yazılan məqalələr və kitablardır. Ya da müsəlmanların bəhrələnə biləcəkləri başqa faydalı işlərlə məşğul olmaqdır. Məsələn, məscid, elmi mədrəsə inşa etmək kimi. Əlin başqa bir zəkatı isə onu günahdan qorumaqdır. Məsələn, günahsız insanlara əl qaldırmaq kimi günahlardan.
Bəli, kitab yazmaq heç də asan bir iş deyildir. Biz bunun necə zəhmətli bir iş olduğunu Şeyx Tusinin yazdığı “Əl-təhzib”, “Əl-istibsar”, “Ər-rical”, “Ət-təbyan” və Əllamə Hillinin yazdığı 530 cildlik kitablarında və ya Feyz Kaşanin yazdığı 500 cildlik kitablarında görmək olur. Bu cür kitabların sayı çoxdur və bu cür alimlərin sayı da az deyildir.
Bu insanlar zəhmət çəkərək, əllərinin zəkatını verə bilmişdilər. Hər bir halda əlin zəkatı həqiqətləri yazmaq və Allaha itaət yolunda gözəl əməllər görməkdir.
Ayağın zəkatı.
İmam Sadiq (ə) buyurur: “Ayağın zəkatı - Allahın haqqı olan yerlərə getməkdir:
1. Layiqli insanların ziyarətinə getmək.
2. Elm məclislərə getmək.
3. Müsəlmanlar arasında sülh yaradan məclislərdə iştirak etmək.
4. Sileyi-rəhm.
5. Cihad.
6. O yerdə ki, qəlbin və dinin xeyrinədir”.
İslam dini layiqli insanları ziyarət etməyə, alimlərlə görüşməyə çox əhəmiyyət vermişdir. Bu cür ziyarət insana həm dünya və həm axirət faydası gətirər.
Hədislərin birində oxuyuruq: “Bir gün Peyğəmbər (s) əyləşmişdi. Həzrət Əli (ə), Həzrət Fatimə (s.ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) onun ətrafında əyləşmişdi. Buyurdu: “Necə ola bilər ki, siz öləsiniz və qəbriniz dağılmış olsun”. İmam Hüseyn (ə) buyurur: “Kimsə bizi ziyarət edəcəkmi?” Buyurdu: “Bəli. Ümmətimin bir hissəsi sizi ziyarət edər, QIYAMƏT olan zaman onların yanına gedəcəyəm və Qiyamətin dəhşətindən onlara nicat verəcəyəm”. Həzrət (ə) buyurur: “Əgər kimsə məni ziyarət edərsə, qiyamət günü ziiyarətinə gələcəyəm. Ona qiyamət əziyyətlərindən nicat verəcəyəm””.
İmam Sadiq (ə) buyurur: “Hər kim haqqına arif şəkildə Əmirəl-mömini (ə) ziyarət edərsə, 100 min şəhidin əcri kimi olar. Keçmiş və gələcək günahları bağışlanmış olar. Qiyamətə təhlükəsiz halda daxil olar. Hesabı yüngül götürülər, mələklər onu qarşılayarlar. Zəvvar evinə qayıdan zaman mələk vasitəsilə ziyarət olunar və əgər xəstə olarsa, müşayiət olunar. Əgər ölərsə, qəbirdə olan müddətdə mələklər onun üçün istiğfar edərlər”.
Elm məclisləri.
Elmi məclislərə getmək insan ağlını inkişaf etdirər. Bu məclislər vasitəsilə ruhu kamal çatdırar. Yer üzündə elmi məclislərdən daha üstünü və daha faydalısı yoxdur. Elmi məclislər haqq məclisləri və nur məclisləridir. Hədislərə görə behişt bağlarındandır.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim o yolu gedər ki, orada elm axtarar, Allah onu behişt yoluna aparar. Həqiqətən, mələklər elm istədiyi üçün ondan razılıq əlamət olaraq, qanadlarını aşağı salarlar. O kəs ki, elm tələb edər yerdə və göydə bağışlanmış olar. Alimin abiddən fəziləti 14 günlük Ayın ulduzlara olan fəziləti kimidir. Həqiqətən, alimlər peyğəmbərlərin varisidirlər. Peyğəmbərlər (ə) özlərindən sonra dinar və dirhəm miras qoymamışdılar. Onların - mirası elmdir”.
İmam Sadiq (ə) buyurur: “Hər kim xeyir iş öyrədər, ona əməl edən kimi əcr aparar”. Soruşdular ki, əgər o da başqasına bunu öyrətsə necə, savabı əvvəlki müəllimə qayıdır? Buyurdu: “Bu savab onun üçün qalar. Əgər bütün insanlara öyrətsə belə”. Soruşdular: “Bəs ölsə?” Buyurdu: “Hətta ölsə belə”.
Müsəlmanlar arasında sülh yaradan məclislər.
İki müsəlman dost, iki müsəlman millət, iki müəllim, ata-ana, övlad-valideyn... arasında olan münaqişəni aradan qaldırmaq məsələlərində iştirak etmək - ayağın zəkatlarındadır. “«Ənfal» Allaha və Onun Peyğəmbərinə məxsusdur (onların həqiqi sahibi Allah, şərti sahibi isə Onun nümayəndəsi olaraq Peyğəmbərdir). Odur ki, Allahdan qorxun, aralarınızdakı əlaqələri düzəldin (və «ənfal» üstündə mübahisə və dava-dalaş etməyin) və əgər möminsinizsə, Allaha və Onun Peyğəmbərinə itaət edin». (“Ənfal” 1).
“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onların arasını düzəldin. Əgər onlardan biri digərinə təcavüz etsə, Allahın əmrinə qayıdana kimi həmin təcavüzkar dəstə ilə vuruşun. Beləliklə əgər qayıtsa, onların aralarında ədalətlə sülh bərqərar edin. Həmişə ədalətli olun ki, Allah ədalətliləri sevir. Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də (bütün ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun, bəlkə rəhm olundunuz”. (“Hucurat” 9-10).
Sileyi-rəhm, Allah yolunda cihad etmək və qəlbə və dinə fayda verəcək bütün işlərdə iştirak etmək - ayağın zəkatıdır.
/Erfan/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter