İblİsİn hücum etməsİ üçün ən münasİb fürsət hansıdır?
O zaman ki, günah fikri sizə hücum edir, onu yerinə yetirməyin. Bəlkə Allaha pənah apararaq və Allaha təvəkkül edərək, şeytanın bu tələsindən xilas olun.
İnsanın fikirləri bir avtomobilə bənzəyir. Əgər kontrol olmasa, mümkündür ki, hər yerə gedib çıxsın. Ancaq mahir bir sürücü onu düz yolda hərəkət etdirə bilər və mənzilə çatdırar. Fikirlərinizi hidayət etmək və kontrol etmək üçün çoxlu səy etmək lazımdır ki, insan şeytanın vəsvəsəsinə düçar qalmasın. Əgər insan nalayiq fikirlərinin təsirlərinə diqqət etsə, fikirlərini düzgün istiqamətə hidayət edəcəkdir.
İmam Sadiq (ə) buyurur: “Allahı ancaq bu sözlərlə təsbih etmək olmaz: “Sübhəlallah vəlhəmdulilləh və lə iləhə illləllah və Allahu əkbər”. Allahın zikri odur ki, əmr etdiyi hər bir əmrini yerinə yetirəsən, qadağan etdiyi işlərdən çəkinəsən”.
Allahı çoxlu zikr etmək - düşməni dəf edər. Belə ki, İblis özünün daxili və xarici ordusu ilə insan qəlbinin hərəminə nüfuz etməkdədir. Davamlı zikr vasitəsilə onun vəsvəsəsini dəf etmək olar.
İmam Sadiq (ə) buyurur: “O kəs ki, günah fikrinə düşər, onu yerinə yetirməsin. Bəndə Allahın hüzurunda günaha batar və Allah Təala buyurar: “İzzət və Cəlalıma and olsun ki, bundan sonra səni bağışlamayacağam””.
O kəs ki, özündən qafil olar, şeytan ondan qafil deyildir. Ona görə də insan gərək özünün hesabını aparsın. İmam Sadiq (ə) buyurur: “Şeytan bəndəni vəsvəsə etmək qabiliyyətinə malik deyildir. Məgər o halda ki, Allahı yada salmaqdan onu saxlayar və əmrlərini yüngül təcəlli etdirər. Əmrlərini yerinə yetirməməsi üçün üç çevirər və Allahın onun sirlərindən agah olduğunu yadından çıxardar”.
Həzrət (ə) başqa yerdə buyurur: “O zaman ki, şeytan insana vəsvəsə edər ki, yolundan azdırsın və Allahı yaddan çıxartsın, ondan Allaha pənah apar. O, haqqın batilə qalib gəlməsinə kömək edər, məzluma yardım edər. Necə ki, Özü buyurur: “Şeytan möminlərə və Allaha təvəkkül edən insanlara sultanlıq etməz””.
İmam Əli (ə) buyurur: “Şeytanın hücum etməsi üçün ən yaxşı fürsət o zamandır ki, kimsə eqoistlik, təkəbbür... kimi günahların vəsvəsəsinə düçar olmuşdur. Başqalarının onu tərifləməsini və mədh etməsini sevər”.
Ona görə də mömin gərək daima Allahı xatırlasın və Onu yaddan çıxartmasın. Belə olan halda Allah xofu bədənini bürüyər və qəlbini yumşaldar və batinini aram edər.
Allahı yada salmaq və Ona sığınmaq - şeytan tələsindən qurtulmağın ən yaxşı yoludur. Hər bir zaman və hər bir yerdə Allah vardır. Heç bir dil Allahı yada salmaqdan dayanmamalıdır. Bəşərin ehtiyacı daimidir. Bu ehtiyacları dəf etməyin ən yaxşı yolu - Allahı yada salmaqdır. Əgər bu fürsətlərdən istifadə edilməzsə, həsrətdən başqa insan üçün bir şey qalmaz.
Zikr əgər qələm və ya dil ilə olarsa, saleh əməl olar. Ancaq qəlb zikri bütün əzalardan şərəflidir. Ona görə də onun zikri - Allahın zikridir.
İmam Sadiq (ə) buyurur: “O kəs ki, çoxlu zikr edər, Allah ona behişt kölgəsində yer verər”.
Beləliklə deyə bilərik ki, o zaman ki, şeytan qəlbimizə hücum edir, bizə nalayiq fikirləri təlqin edirsə, Allaha pənah aparaq, Onu xatırlayaq, Ona təvəkkül edək və çoxlu zikr edək.