Hansı İnsanlarla dost olmayaq?


Cavanlar - həyat bostanının tər gülləridir. Hər birinin öz rəngi və ətri vardır. Hər birinin yaxşı və pis sifətləri vardır. Cavanın ruhu lətifdir və tez təsir altına düşər. Cavanın qəlbi və ruhu boş bir tarla kimidir, orada nə əksən, o da bitər.
Cavanın bir şəxsiyyət kimi yetişməsində ailənin, cəmiyyətin, təhsil ocaqlarının və dostların təsiri çox böyükdür. Bu amillərdən ən təsirlisi - dostdur. Cavanlar təcrübəsiz olduğu üçün, hiyləgər və fasid insanların təsiri altına çox asan düşərlər. Ruhları lətif və pak olduğu üçün hamıya inanır və hər kəsi eybsiz qəbul edirlər. Cavanlar həyəcanlı olurlar və bu həyəcan bəzən onlara məntiqli düşünməyə imkan vermir.
Məsumlar (ə) həmişə bizə düz yolu göstərmişdilər. Onların nəzərinə görə, cavanların hansı dostlardan uzaq olmasına işarə edək:

1. Paxıl insanla dost olma.
Əxlaqın rəzil sifətlərindən biri də paxıllıqdır. İmam Əli (ə) buyurur: “Paxıllıq bütün çirkinliklərin başıdır”. Həsəd - təkəbbür, kiminsə nemətini məhv olmasını istəmək, kiminsə müsibətinə sevinməkdir.
Paxıl insan hər şeyi özü üçün istəyər. Başqalarına həqarət gözü ilə baxar. O, intiqam alan və tünd xasiyyətdir. Rəhm və güzəşt etməz. İmam Əli (ə) buyurur: “Həsəd insanın rahatlığı yoxdur”.
Paxıl insanın fikirləşməyə və təfəkkürə vaxtı olmur. Dostluğu düşmənçiliyə çevirər. Dostları bir-birindən ayırar. Özü bir yerə çıxı bilmədiyi üçün başqalarının müvəffəqiyyətini qəbul edə bilmir. Daxili hisslərini susdurmaq üçün iftiraya, töhmətə əl atır. İmam Əli (ə) buyurur: “Həsəd dərmansız bəladır ki, paxıl insanın məhv olması və ya paxıllıq etdiyi insanın ölməsi ilə aradan gedər”.

2. Yalançı.
Yalan - dilin bəlalarındandır ki, fərdi və ictimai təsirlərə malik olar. Hər bir pisliklərin mənbəyidir. İnsanı İlahi rəhmətdən uzaqlaşdırar. İnsanları bir-birinə bədgüman edər. Ümumi etimadı aradan aparar. İmam Həsən Əsgəri (ə) buyurur: “Bütün pisliklər bir evdə cəmlənmişdir ki, açarı yalandır”.
Yalançı insan bilir ki, dilində dedikləri qəlbindəkinin əksinədir. Bu, nifaqın bir növüdür. Həzrət Peyğəmbər (s) buyurur: “Yalan - ikiüzlülük qapılarından biridir”. Yalançı öz alçaq məqsədinə çatmaq üçün yalana əl atar. İmam Əli (ə) buyurur: “O kəs ki, çoxlu yalan danışar, abrı azdır”. “Yalan - rüsvayçılıqdır”.
Yalançı insan dost olmağa layiq deyildir, çünki ona etimad etmək olmaz. İmam Əli (ə) nə zaman minbərə çıxardı, söyləyərdi: “Yaxşı olar ki, müsəlmanlar üç nəfərlə dost olmaqdan uzaq olsunlar və onlardan biri yalançıdır. Yalançı ilə yaşamaq sənin üçün xoş olmaz. Sənin sözlərini başqasına və başqalarının sözünü sənə çatdırar. Bir dastanı qurtaran kimi başqasını ona qoşar. O yerə çatar ki, düz danışan zaman heç kim ona inanmaz, insanların arasına düşmənçilik salar və sinələrə kin toxumu səpər”.
Yalançı ictimai rabitəni sarsıdar. İmam Səccad (ə) İmam Baqirə (ə) buyurur: “Oğlum, beş nəfərlə dost olma. Onlardan biri yalançıdır. Yalançı ilə dost olmaqdan çəkin. Çünki o, ilğım kimidir, uzağı sənin üçün yaxın və yaxını sənin üçün uzaq cilvələndirər”.

3. Eybini kənarda danışandan uzaq ol.
Məsumlardan (ə) başqa heç kim eybsiz deyildir. Biz insanların az-çox eyblərimiz vardır. Onları aradan qaldırmağa çalışırıq. Bu eybləri aradan qaldırmağın bir neçə mərhələsi vardır ki, onlardan biri də eybi tanımaqdır. Eyblərimizi tanımasaq, onları aradan qaldıra bilməyəcəyik. Peyğəmbərimiz (s) buyurur: “Mömin, möminin aynasıdır”. İmam Sadiq (ə) buyurur: “Mənim ən yaxşı dostlarım o kəslərdir ki, eyblərimi mənə hədiyyə edirlər”. Həqiqi dost insanın eybini arxasında deyil, üzünə deyəndir.

4. Nadanla dost olma.
İnsanların bəzisi nadan və axmaqdır. Yaxşı və pisi tanımırlar. Hadisələri düzgün təhlil edə bilməzlər. Özlərinə və başqalarına çətinliklərdə yardım edə bilməzlər. İmam Əli (ə) buyurur: “İnsanın ağılsızlığı üç halda tanınar: ona aid olmayan məsələ haqqında danışanda, ona verilməyən suala cavab verəndə, işlərdə cəsarətsiz olmağından”.
Həzrət (ə) başqa yerdə buyurur: “Nadanla dostluqdan çəkin. Çünki o, sənə fayda vermək istəyəndə ziyan verər”.
Beləliklə deyə bilərik ki, paxıl, həsəd, yalançı, eyb axtaran və nadanla dost olmayaq, çünki yaxşı nəticələr verməz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter