Dostluğu necə möhkəmləndİrmək olar?


İmam Əli (ə) buyurur: “Dostluğunuzu hər yerdə və hər bir halda qoruyun. Hər bir halda dost və rəfiqinizə kömək edin. Harada olsa, onun kölgəsi olun”.
İnsan fitri hisslərinə görə dosta ehtiyac duyur. Bu sifət insanın təbii ehtiyaclarına cavab verər. Onu tənhalıqdan qurtarar. İnsan dostunun sayəsində kamala və ya süquta çatar. Dostlar nəinki bir-biri ilə ünsiyyət bağlayar, bir-birinin sevincinə və qəminə şərik olarlar. Onun əqidəsinə, rəftarına təsir qoyar. İnsan qabiliyyətlərini çiçəklənməsinə səbəb olar. Dost insan ruhuna təsir qoyar. Həzrət Peyğəmbər (s) buyurur: “Saleh insanın yoldaş olmaq hekayəsi ətir satanın məsəlinə bənzəyir ki, əgər öz ətrindən səni bəhrələndirməsə, onun xoş iyini sənə ötürər. Pis yoldaşın hekayəsi dəmirçinin məsələ kimidir ki, əgər atəş səni yandırmasa, pis iyini sənə ötürər”.
İmam Əli (ə) buyurur: “Yaxşı insanla yoldaş olmaq yaxşılıq gətirər. Necə ki, külək xoş iyin yanından keçən zaman o xoş iyi özü ilə gətirər. Pislərlə yoldaş olmaq pis iy gətirər. Necə ki, külək pis iyin yanından keçər, o pis iyi özü ilə gətirər”.
Saleh insanlarla dost olmaq bahar mehinə bənzəyir ki, canlandırar. Nadanla dost olmaq payız yanğını kimidir ki, qurudar və məhvedəndir.
İmam Əli (ə) Haris Həmədaniyə tövsiyə verən zaman buyurur: “O kəsin ki, rəyi süst və işləri bəyənilməyəndir - onunla yoldaş olmaqdan çəkin. Fasiqlərlə yoldaş olmaqdan çəkin ki, şər şərə qoşular”.
İnsan cavan olan zaman dostluğun təsiri və əhəmiyyəti daha çox olur. Əgər cavanın dostları yaxşı dostlardırsa, onu düz yola hidayət edər. Ancaq əgər fasiqdirlərsə, cavan hətta valideynlərinə qarşı çıxa bilər. Ona görə də valideyn övladının dostlarına nəzarət etməlidir.
Bəzən qəm-qüssə cavanın varlığını bürüyür və belə olan zaman dosta ehtyac duyur. Onları özü üçün həmsöhbət hesab edir. Bu yolda valideyn onu düz istiqamətə yönləndirməlidir. Çünki pis yoldaşın təhlükəsi cavan vaxtı yetkinlik çağından daha çox olur. Cavan hisləri ilə dost seçər, ancaq yetkin insan ağılına görə.
Dostluğu möhkəmləndirməyin yolları:
Səmimiyyət. Bir dostun riayət etməli olduğu məsələlərdən biri səmimiyyətdir. Həmçinin dost olduğun insanın düşməni ilə dost olmamalısan, çünki bu zaman aranızda səmimiyyət qalmaz.
Xeyirxahlıq. Həyatın bütün səhnələrindəki kimi, bir insanla dost olmaq istəyən zaman gərək xeyirxah olaq. Ona çətinliklərində yardım edək. Eyblərini ona deyək ki, düzəltsin. Yaxşı bir iş görən zaman onu səmimi qəlbdən təbrik edək. İmam Əli (ə) buyurur: “Xalis nəsihətini dostuna peşkeş et. İstər xeyir işdə olsun, istəsə də şər. Hər bir halda onun yar və yavəri ol!”.
Dostluğun davamlı olması. Şübhəsiz hər birimizin müxtəlif porblemlərimiz vardır. Onu aradan qaldırmaq üçün köməyə ehtiyacımız vardır. İmam Əli (ə) buyurur: “Hər yerdə və hər bir halda dostluğunu qoru. Hər bir halda dostuna kömək et. Harada olsan, onun kölgəsi ol!”.
İntiqamdan uzaq olmaq. Nə zaman dostunuz sizinlə pis rəftar edirsə, İmam Əli (ə) buyurur: “Əgər dostunuzdan səhv iş görsəniz, çirkin işə düçar olubsa, tez intiqam almağa çalışmayın. Qarşı durmayın. Hətta əgər dostunuz üzünüzə və başınıza torpaq töksə belə, yenə də intiqam almağa çalışmayın”.
Dostluğumuzun qədrini bilək və elə insanlarla dost olaq ki, onlardan elm baxımından bəhrələnə bilək.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter