İblis bİzİm hansı 3 xasİyyətİmİzdən yaxşıca bəhrələnİr?


Bz insanların bəzi xüsusiyyətlərimiz vardır ki, başqa insanlarla müştərəkdir. Məsələn bir şeydən xoşumuz gəlir və ya xoşumuz gəlmir. Məsələn xoşlayırıq ki, başlaqaları bizi tərifləsinlər və bizim haqqımızda xoş sözlər desinlər. Ya da bizi tənqid etmələrini xoşlamırıq. Ya, məsələn qabiliyyətlərimizə o qədər inanırıq ki, özümüzü başqalarından üstün hesab edirik. Ancaq qafilik ki, bunlar heç də yaxşı xüsusiyyətlər deyildir. Əksinə, bizim zəif cəhətlərimizdir. Çünki bu zaman qədim düşmənimizə çox sayda fürsətlər vermiş oluruq. Şeytan bu xüsusiyyətlərimiz vasitəsilə bizi oyuncağa çevirir.

İmam Əlinin (ə) Malik Əştərə yazdığı məktubda bunları aydın görmək olur: “Təkəbbürdən və öz qüvvətli cəhətlərinə söykənməkdən, sitayişdə (səni tərifləyənlərin tərifində) mübaliğəyə əlaqə göstərməkdən çəkin”.
Bəli, bu hədisdə görünür ki, İmam (ə) insanın üç zəif cəhətini açıq şəkildə bəyan etmişdir. Birincisi təkəbbür və eqoistlikdir. İkincisi isə özünün qüvvətli cəhətlərinə söykənmək, lovğlanmaqdır. Üçüncüsü isə tərifə meyl göstərməkdir. Bu zaman insan özünü başqalarından böyük görməyə başlayır. İnsan çox təriflənən zaman zəif cəhətlərini də qüvvətli görməyə başlayar. Hamının onu tərifləməsini istəyər.

Həzrət (ə) davamında buyurur: “Çünki bu siflətlər şeytanın ən inanılmış fürsətləridir. Yaxşı əməl sahiblərinin yaxşı əməllərini məhv edər”.
İnsan əgər özünü başqalarından üstün və böyük görərsə, daima təriflənməyi istəyəcəkdir. Bu halda riyakarlıq xəstəliyinə tutulacaqdır. Riyakarlıq insanın yaxşı əməllərini aradan aparar. Halbuki, Allah yaxşı əməldən başqasını qəbul etmir. Hədislərimizdə də bu sifət kəskin şəkildə qadağan edilmişdir.
İmam Sadiq (ə) buyurur: “İblis öz ordusuna belə deyər: “Əgər mən insanda olan üç şeyə görə ona qalib gəlsəm, onların əməlləri ilə işim olmaz. Çünki əməlləri qəbul olmaz. (Birincisi budur ki) əməllərini böyük görərlər, (ikincisi) günahlarını unudarlar, (üçüncüsü) təkəbbür göstərərlər””.
İsa ibni Məryəm (ə) buyurur: “Xəstələri müalicə etdim. Onlara Allahın izni ilə şəfa verdim. Anadan gəlmə koru Allahın izni ilə sağlam etdim. Hətta ölüləri diriltdim. Ancaq axmaqların müalicəsində hər nə qədər çalışsam da, onu islah etməyə qadir olmadım”. Dedilər: “Ya Ruhullah! Axmaq kimdir?”. Buyurdu: “O kəs ki, özünü və öz rəyini böyük hesab edər. Bütün fəzilətləri özü üçün görər, bütün haqları özü üçün istəyər, özünü heç bir haqqa borclu bilməz. Bu axmaqdır və müalicə olunmur”.
İmam Əlidən (ə) gələn başqa bir hədisdə oxuyuruq: “Təkəbbürlük insanlıq ağlının bəlasıdır”. Məkkənin fəthində Həzrət Peyğəmbər (s) buyurmuşdu: “Allah (İslamın sayəsində) cahiliyyətin təkəbbürünü və atalarınızla fəxr etməyi sizdən uzaqlaşdırdı. Bütün insanlar Adəmdir və Adəm də torpaqdandır”.
İmam (ə) buyurur: “Camaata yaxşılıq edən zaman minnət qoymaqdan kəskin şəkildə çəkin. (Həmçinin) yerinə yetirdiyin işləri çox hesab etməkdən özünü saxla. Həmçinin onlara vədə verib, sonra da vədinə xilaf çıxmaqdan çəkin. Çünki minnət qoymaq ehsanı batil edər. Neməti böyük hesab etmək haqq nurunu aparar. Vədə xilaf çıxmaq isə Allahın və xəlqin qəzəbinə səbəb olar. Allah-Təala buyurur: “Etməyəcəyiniz bir şeyi deməyiniz Allahın yanında çox mənfurdur””. (“Səff” 3).
Başqalarına minnət qoymaq - bəyənilməyən əməllərdəndir. O kəs minnət qoyar ki, xidmətini böyük hesab edər. Onu insanların üzünə vurmaq isə əməlini dəyərsiz edər. Vədəyə sadiq olmamaq - Allahı və xəlqi qəzəbləndirər. İnsanlar onlara verilən vədəyə sadiq olmayan zaman çox əsəbləşər və qəzəblənərlər. Ona görə də həqiqi mömin verdiyi sözü yerinə yetirməlidir.

Həzrətin (ə) bizə verdiyi başqa tövsiyələri:
“O kəs ki, çoxlu yalan danışar, nuraniliyi və gözəlliyi aradan gedər”.
“Vaxtı çatmayan işlərdə tələskənlik etməkdən kəskin şəkildə çəkinin. O əməlləri ki, yerinə yetirə bilərsən, onlarda səhlənkarlıq etməkdən çəkinin”.
Biz insanlar bilirik ki, hər bir işin öz vaxtı vardır. Əgər bir işin vaxtı və şəraiti hazır deyilsə, tələsmək insanı nakam edər. Həmçinin əgər bir işin şəraiti hazırdırsa, onu tez bir zamanda yerinə yetirmək lazımdır. Əgər insan səhlənkarlıq edərsə, bu fürsəti əldən vermiş olar. Sonra da peşman olar.
İmam (ə) başqa yerdə buyurur: “Hər bir işin ədalətini öz yerində qərar ver”.
İmam (ə) bizə mötədilliyi öyrətmək istəyir. Çünki ifrat və təfrit bizə ziyandan başqa bir şey gətirməz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter