Əsl yoxsul kİmdir?
Peyğəmbəri Əkrəm (s) bir gün öz səhabələrinə buyurur: “Yoxsul və kasıb kimdir?” Cavab verirlər ki, o kəsin ki, dinarı və dirhəmi yoxdur. Həzrət (s) buyurur: “Bu cür insan kasıb və yoxsul deyildir. Yoxsul və kasıb o kəsdir ki, Qiyamətə daxil olar və öhdəsində insanların haqqı olar. Kimisə vurubdur, ya kiməsə söyüş söyübdür, başqasının haqqını zay edibdir, ya qəsb edibdir. Əgər həsənələri (yaxşı işləri) varsa, insanların haqqı qarşılığında ondan alınar və haqq sahiblərinə verilər. Əgər yaxşı əməlləri yoxdursa, haqq sahiblərinin günahlarından götürüb, onun çiyninə qoyarlar. Bu ayə də onu söyləyir: “Əlbəttə, (onlar Qiyamət günü) həm öz (günahlarının) ağır yüklərini, həm də öz ağır yüklərindən əlavə daha ağır yüklər (azdırdıqları kəslərin yüklərini) daşıyacaqlar”. (“Ənkəbut” 13).
Həzrət (s) başqa yerdə buyurur: “O kəs ki, halal ruzi yeyər, başının üzərində olan mələk onun üçün istiğfar edər. O zamana qədər ki, yeməyindən ayrılar. Haram tikə insanın mədəsinə düşərsə, bütün yer və göydəki mələklər onu lənətləyərlər. Həmin tikə mədəsində olana qədər Allah ona nəzər salmaz. O kəs ki, haram tikə yeyər, Allahın qəzəbinə düçar olar. Əgər haramla rabitəsini kəsərsə, keçmişi düzəltməyə çalışar, həqiqi tövbə edərsə, Allah tövbəsini qəbul edər. Əgər tövbəsiz ölərsə, atəş ona layiqdir”.
İmam Sadiq (ə) buyurur: “O kəs ki, başqasına malına və abrına görə zülm edərsə, bu iki cəhətdən ona ziyan dəyər. Ondan halallıq alması zəruridir. Əgər haqq sahibi dünyadan gedibsə, varisinə qaytarsın. Etdiyi əmələ görə peşmançılıq və həqiqi tövbə ilə zülm etdiyi işi paklasın və özünü Həzrət Haqqa qəbul etdirsin”.
Nəx qəbiləsindən olan bir qoca kişi nəql edir ki, İmam Baqirə (ə) dedim: “Mən Həccacın dövründən indiyə qədər hakim olmuşam, tövbə üçün yolum varmı?” Həzrət (ə) susdu. İkinci dəfə bu sualı verdim. Həzrət (ə) cavab verdi: “Əgər hər haqq sahibinin haqqını özünə qaytarmasan, tövbən qəbul olmaz””.
Hədid Nami nəql edir: “Həzrət Sadiqdən (ə) eşitmişəm ki, buyurub: “Allahın ardınca gedin, hər bir işinizdə İlahi təqvaya riayət edin. Dininizi iffətinizlə qoruyun. Onu, işlərinizi düşməndən gizlədərək, inkişaf etdirin. Həqiqətən o kəs ki, günün sahibləri və Əhli-beytin (ə) müxaliflərinin yanında sərvət əldə etmək istəyirsə, Allah onun böyüklüyünü və abrını aradan aparar. Ona qəzəblənər. Onu həmin zalıma tapşırar. O zaman ki, sərvətlərinə zəfər çalar və ondan ixtiyarına keçirər, Allah Təala onun bərəkətinin kökünü kəsər. Əgər həmin maldan həcc, qul azad etmək, ya xeyir iş üçün istifadə edərsə, ona savab verməz”.
Uca Allah bizi həqiqi yoxsullardan qərar verməsin!
\\Erfan/