Namazda mənəvİ İnkİşafa naİl olmaq üçün nə etmək lazımdır?
Əgər kimsə namaza Allahla öz arasında olan pərdələri və maneələri aradan qaldırmaq hədəfi ilə baxarsa, ona aşiq olar. Çünki insan fitrətən sevir ki, kamala çatsın.
Namaz - dinin sütunu və möminin meracı kimi mənəvi seyr-sulukun mühüm əsaslarındandır. Əgər insanın namazı islah olarsa, onun bütün işləri islah olar. Bu namaz zahiri və fiqhi əhkamla yanaşı xüsusi ədəbi və sirləri vardır ki, onlarla tanış olsaq namazın həqiqətlərinə daha çox yaxınlaşmış olarıq.
Bizim ibadətlərimizin hamısının həqiqəti vardır. Sirləri və xəzinələri vardır. Abid insan səy edərək, bu sirləri aşkar edər. İbadəti yerinə yetirməkdə hədəf o deyildir ki, sırf zahiri və fiziki tərəflərinə riayət edilsin. Mühüm olan odur ki, bu ibadələr abid üçün elə yolların qapısını açsın ki, həmin əməlin batininə və mahiyyətinə yol tapmış olasan. Bəndəliyin təcəllisi olan ibadət -siratdır. Alah Təala buyurur: “Mənə ibadət edin ki, siratül-müstəqim Mənim ibadətimdir, bu ibadət, yoldur”.
Əgər insan ibadətlərini düzgün yerinə yetirərsə, həmin ibadətin sirlərinə çatar və dərk edər. Hər bir ibadətin adətən əhkamları vardır. Onlara riayət etmək lazımdır. Bu əhkamlarla yanaşı, qaydaları da vardır. Bu qaydalar ibadətin keyfiyyətini daha da artırar.
Biz namaz qılırıq, bəs niyə mənəvi inkişaf etmirik?
Müqəddəs İslam dinində mənəvi inkişafın gözəl yolları vardır. Əgər namaz həqiqətən meracdırsa, bəs qıldığımız namazlar bizi niyə meraca aparmır? Namaz - meracdır, sadəcə, bizim qıldığımız namaz merac deyildir.
Həqiqi namaz insanı günahdan saxlayar. İki rükətli namaz insanı təbii və maddi həyatdan azad edər və əl və ayağında olan bəndləri açar. Namaz insana uçmaq qüdrətini bağışlayır. Meracın mənası budur. İnsana tərəqqi və alilik bəxş edər.
Bizim zahiri dəstəmaz alıb, quru namaz qılmağımızla bu meracı əldə etmək olmaz. Biz namaza qarşı diqqətli olmalıyıq və bu diqqətimiz ən az deyil, ən çox olmalıdır. Baxmaq lazımdır ki, Allah namaz zamanı bizdən nə istəyir? Bizim namaza bu baxışla baxmağımız çox mühümdür.
Bəs bu 2-rükətli namazın nə gücü vardır? Namaz necə ola bilir ki, qəlbimizi İlahi sifətlərlə bəzəyir?
Namaz bizi İlahi qürbə yaxınlaşdırar. Qürbün mənası odur ki, insan qəlb səhifəsini Allahın Cəlal və Camal adlarının təcəlli olduğu yerə çevirsin. Bizim ibadətlərimizin əsasını o təşkil edir ki, bizi həqiqətə yaxınlaşdırar. Bütün bunlar hicabları kəşf etmək və maneləri aradan qaldırmaqdır. Namaz insanın fitri görməsinin qarşısındakı əngəlləri aradan qaldırır ki, həqiqəti görə bilsin, Məhbubunu görə bilsin.
Yəqin ki, insan namaza bu baxışlarla baxsa, ona aşiq olar. Çünki insan həmişə çalışır ki, kamala çatsın və sonsuz bir fəzaya daxil olsun. Hər bir insan kamala aşiqdir, nöqsandan zəhləsi gedir. Belə ki, əgər insanda olmayan kamalı ona versəniz, xoşu gələcəkdir. Əgər nöqsanı versəniz, xoşu gəlməyəcəkdir. Çünki insan fitrətən kamal ardıncadır, mütləq kamalın. Məhdudiyyətlərdən asılı olmağı sevməz. Bu məhdudiyyələrlə qane olmaz. Daxilində sonsuz bir şey istəyir. İbadət sevgisi bu hissləri təmin edər.
Biz əgər namaz və ibadətlərimizi zahidcəsinə yerinə yetirəriksə, çox gözəl olar. Bu zaman etdiyimiz ibadətlərə qarşı mərifətli və agahlı olarıq. Yəni nə etdiyimizə agahlığımız olarsa, onu daha kamil şəkildə yerinə yetirmiş olarıq. Biz bu namazdan maarif əldə etmək istəyirik. Biz bu xəzinənin ardıncayıq. Əgər biz xalis bir bəndə kimi bu əməli görəriksə, namazın batinində olan bu sirləri kəşf etmiş olarıq. Bu zaman qıldığımız namaz həqiqi namaz olar və bizi meraca apara bilər. Namazın həqiqi namaz olmasının şərti qəlb hüzurudur. Əgər abid qəlb hüzuru ilə namazını qılar və Həqiqi Məhbununu görərsə, bu zaman meraca gedər.
Ona görə də deyə bilərik ki, namazın bizim üçün faydalı olması və bizi inkişaf etdirməsini istəyiriksə, onu qəlb hüzuru ilə qılmalıyıq. Ancaq bu zaman mənəvi tərəqqiyə çatmış olarıq.