Allahdan nİyə qorxmaq lazımdır?
Bəzi insanlar Allahdan o qədər qorxurlar ki, bütün ibadət və zikrləri qorxularına görədir. Bəzi insanlar isə Allaha o qədər ümid bəsləyirlər ki, heç bir ibadəti lazım bilmir, heç bir günahdan çəkinmirlər. Hər iki dəstə səhv edir.
İmam Əli (ə) buyurur: “Oğlum! Əgər yer əhli qədər ibadət etsən, Allah səndən qəbul etməz. Bu qədər ölçüyə diqqət etmə. Bunu düşün ki, əgər yer əhli qədər günah işlətsəydin, Allah səni bağışlayardımı? Elə bu qədər ümidvar ol. (Nə həddən artıq ümid ol və nə də yersiz yerə nigaran)”.
İmam Sadiq (ə) buyurur: “O kəs ki, həqiqi iman mərhələsinə çatır, ümid və nigarançılığlı eyni səviyyədə olur”.
Əgər kiməsə dini düzgün başa salmaq istəyirsənsə, nə o qədər İlahi əzabdan danış ki, Allahdan qorxsun və heç bir zaman Allahı sevə bilməsin. Nə də o qədər lütfündən danış ki, elə fikirləşməsin ki, ömrünün axırına qədər rahat günah işlədə bilər. Ömrünün son anları tövbə üçündür. Birinci dəstə Allahla rabitəsindən ləzzət almaz. İkinci dəstə isə ölümü unudar.
Allah Təal Davuda (ə) buyurur: “Ey Davud! Sən Mənim peyğəmbərimsən! İnsanları mənim dostum et!”. Davud deyir: “Allahım! Dostluğunu insanlara necə öyrədim?” Allah buyurur: “Mehribanlığımdan danış və yadlarına sal ki, həyatlarında Məndən nə qədər mehribanlıq görüblər”.
Alimlərdən birinin belə bir adəti var idi ki, insanları nigaran etməmişdən əvvəl Allah bəndələrini Onun lütfünə ümidvar edərdi. Öləndən sonra onu yuxuda görürlər və soruşurlar: “Allah səninlə və əməlinlə necə rəftar etdi?” Dedi: “Məni bir yerə apardılar və dedilər: “Hər nə soruşsalar, cavab ver”. İtaətdən başqa bir şey edə bilmirdim. Bir səs eşitdim ki, deyir: “Məgər cəzamdan qafil idin ki, bu qədər mehribançılığımdan danışırdın? Qorxmurdun ki, bəndələrim günahkar olar? Sənin təqsirinə görə olsun?”. Bilmədim nə cavab verim. Birdən fikrimdən belə bir şey keçdi və dedim: “Allahım! Düz deyirsən. Ancaq istədim ki, müxatiblərim Səni sevsinlər”. Bir qədər sükut oldu. Ürəyim əsirdi. Yenidən həmin səsi eşitdim. Buyurdu: “Bütün günahlarını yaxşı niyyətinə görə bağışladım”.
Günahın yalançı ləzzəti vardır. Bir çox insanlar günah işlətmədən yaşaya bilməzlər. Ancaq o zaman ki, qəlblərində İlahi cəzaya görə nigaran olarlar, günahdan ləzzət ala bilməzlər. O kəs ki, günahdan ləzzət almır, yavaş-yavaş günahdan uzaq olur. Qorxunun gətirdiyi fayda budur.
O kəsin ki, özünə inamı azdır, davamlı olaraq nigaran və iztirablı olar. Başqalarına onu təhqir etməsinə icazə verər. O kəsin ki, özünə etimadı azdır, böyük işlərə girməkdən qorxar. Həmişə kiçik və dəyərsiz işlərə razı olarlar. O kəsin ki, özünə etimadı azdır, heç bir zaman nəhy-əz-munkər etməz. Çünki ona qulaq asanın reaksiyasından qorxar. O kəsin ki, özünə etimadı azdır, həmişə dünya hadisələrindən olduğundan çox qorxar. Özünü elə itirər ki, düzgün qərar çıxarda bilməz.
İmam Sadiq (ə) buyurur: “Allah bəndəsinə bütün işlərində icazə vermişdir ki, özü üçün qərara gələ bilsin. Ancaq bir halda bəndələrinə icazə verməz. Başqalarının onu təhqir etməsini qoymaz. Çünki Allah bəndələrini əziz xəlq etmişdir. Sevir ki, izzətini hifz etsin”.
İmam Baqir (ə) buyurur: “O kəs ki, səy edər, etiqadını möhkəm edər - mömin olar. Allah möminə üç böyük mükafat verər: 1. Həyatını elə edər ki, dünya və axirətdə hamı ona ehtiram qoysun. 2. Həmişə və hər bir işdə dünya və axirətdə onu qalib edər. 3. Allah elə edər ki, ona zülm edən zalım davamlı olaraq ondan qorxsun”.
Beləliklə, deyə bilərik ki, Allaha ibadət zamanı qorxu ilə ümidin çəkisini tənzimləməliyik. Hər ikisi eyni səviyyədə olmalıdır. Ancaq bu zaman Allahı sevər və günahdan çəkinərik. \\tebyan\\
(Yazının bir çox yerləri Seyyid Muhəmməd Sadat Əxəvinin “Müsəlman kimi bir ömür” kitabından götürülmüşdür)