Orucu bütün İbadətlərdən fərqləndİrən cəhətlərİ nədİr?


Orucu bütün ibadətlərdən fərqləndirən cəhətlər

1. Allah buyurur: “Oruc mənimçündür və əcrin (savabını) mən verəcəyəm”

2. Başqa ibadətlər əməldir, oruc əməlin tərkidir. Məsələn, namazda ruku,səcdə və s., cihadda döyüşmək, həccdə təvaf etmək, qurban kəsmək və s. əməllər var. Orucda isə əməl etmək yox, əməl etməmək var. Başqa ibadətlərin zahiri görünüşü olduğu halda orucda bu yoxdur.
Allah insanı yaradıb ki, insan mənəmçilikdən azad olsun. Hər bir ibadət insanın günah etməməsi üçündür. Hər bir ibadət gəlib eləməməklə nəticələnirsə o ibadət olur. Oruc da əməllərin tərkinə istiqamətləndirir. Orucluqda başqa vaxt halal olan şeylər haramdır. Ədəbli adam başa düşər ki, əgər halallar haramdırsa onda haramı düşünmək belə olmaz.
Bir ay çalış heç kəsin sözünü danışma!
Bir ay çalış heç kəsin namusuna baxma!
Bir ay çalış günahları beynindən çıxart!
Gör bacararsan?
Budur orucun ədəbi. Hacı Şahin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter