Təqva daha dəqİq necə tərİf olunur?


Təqva – “Nəhcul-bəlağə”nin nəzərinə görə elə bir qüvvədir ki, çoxlu çalışma sayəsində meydana gələr. İnsanın məntiqli pəhrizləri ruhunu gücləndirər və onu lətif edər. Ona toxunulmazlıq bağışlayar.
İslam dinində təqva mövzusu çox əhəmiyyətli bir mövzudur. Nə zaman təqvanın adı çəkilər, insan nəfsini tərbiyə etməsini xatırlayar. Başqa bir tərəfdən isə təqvanı qorxu mənasında da tərcümə edirlər. Belə ki, “İttəqullah” sözünü “Allahdan qorxmaq” kimi tərcümə edirlər. Ancaq bu tərcümə istədiyimiz mənanı bizə vermir. İnsanın nəfsini tərbiyə etməsi təqvanın bir hissəsidir, hamısı deyildir.
Təqva sözü “vəqi” sözündən götürülmüşdür və mənası “hifz etmək” və “saxlamaq”dır. Rağibin nəzərinə görə, vəqi - ona ziyan verəcək hər şeydən qorunmasıdır. Təqva - yəni qorxduğun hər şeydən özünü qorumaqdır. Dinin nəzərinə görə, təqva - insanı günaha çəkə biləcək hər bir şeydən özünü qorumasıdır.
İnsan cavidan olması, insanlığına çatması üçün müəyyən mərhələləri keçməlidir. Sadə dillə desək, insan bu dünyada mübarizə və dava halındadır. Çünki bu dünya təzad dünyasıdır. İnsan bu dünyada olan nöqsanların əsiridir. Öz İlahi hədəfinə çatmaq üçün gərək özünü bu nöqsanlardan qorusun. Budur təqvanın əsl mənası.
Təqvanın keyfiyyəti haqqında isə demək olar ki, iki halda formalaşa bilər: zəif təqva və güclü təqva halında. Zəif təqva odur ki, dünyadan kənarlaşasan. Misal üçün insan çirkli bir mühitdə yaşamaq istəmədiyi üçün, ondan uzaqlaşar. Günahdan uzaqlaşar, mühitdən uzaqlaşar, günaha sövq edəcək əməllərdən uzaqlaşar, inzivaya çəkilər.
Ancaq güclü təqva - təqvanın ən ali formasıdır. Belə bir təqvaya malik olan insan həyatın ən çətin şəraitində belə, özünü günahdan qoruya və hifz edə bilər. Ən kiçik səhv belə etməz. Bu insan özünü xəstəliklərə qarşı peyvənd etmiş insana bənzəyir. Belə bir insan başqa xəstələrin də dadına çata bilir, onları xatadan xilas edə bilir.
İnsanın məntiqli pəhrizi ilə yanaşı, çoxlu çalışması onu bu məqama çatdıra bilər. İmam Əli (ə) təqvaya bu cür tərif verir: “İlahi təqva Allah Övliyalarını öz himayəsində qərar vermişdir. Onları İlahi günah hərəminə təcavüz edilməsindən qoruyar. Allahdan qorxmağı onların qəlblərinə zəruri edər. O yerə qədər ki, gecələri yuxusuz, gündüzləri susuz qalarlar”.
İmam Əli (ə) bu tərifi ilə çatdırmaq istəyir ki, təqva insanı harama və günaha batmaqdan qoruyar və həmçinin Allah qorxusunun olması zəruridir. Ona görə də təqva elə bir ruhani qüvvədir ki, insan ruhunu müqəddəs edər.
İmam (ə) başqa yerdə buyurur: “Həqiqətən, təqva bu gün dünyada insan üçün qalxan və sabah axirətdə isə behiştə gedən yoldur”.
Beləliklə, deyə bilərik ki, təqva insan ruhunda əmələ gələn həmin iradə və mələkədir ki, ona üsyankar nəfsini ram etməyə yardım edər. Təqva insanda ruhani və mənəvi ab-hava yaradar və onu günahdan saxlayar. İmam Əli (ə) buyurur:“Təqvanı hifz edin, təqvanın vasitəsilə toxunulmaz olun”.
Həzrət (ə) başqa yerdə buyurur: “Yuxunuzu təqva vasitəsilə oyaqlığa çevirin. Vaxtınızı onunla sona çatdırın. Onun hissini qəlbinizdə canlandırın. Günahlarınızı onunla yuyun. Həqiqətən təqvanı qoruyun və özünüzü də təqvanın müdafiəsində qərar verin”.
“Əlbəttə təqva libası daha yaxşıdır” (“Əraf” 26).
Beləliklə deyə bilərik ki, təqvalı olaq və günahdan uzaq olaq. (Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter