Zühuru tezləşdİrmək üçün nə edə bİlərİk?


ühuru tezləşdirmək üçün nə etmək olar? Bir yerdə əyləşib heç bir iş görməmək - zühur üçün heç bir zaman zəminə yaratmaz. Gəlin cəmiyyətdə olan fəsadı aradan qaldırmağa çalışaq. Cəmiyyəti İmama (ə.f) yardıma çağıraq və hər bir insan öz nəfsini islah etməyə səy göstərsin.
Hamımız bilirik ki, zühurun şərtlərindən biri - cəmiyyətin və dünyanın İmamın (ə.f) zühuruna hazır olmasıdır. Bütün dinlər İmam Zamanın (ə.f) gələcəyinə ümid bəsləyir və səbirsizliklə gözləyir.
İnsan əgər özünü zühurdan əvvəl islah etməzsə, zühurdan sonra islah etməyi qeyri-mümkündür. Ola bilsin ki, fəsad dalğasında tələf olsun. Haqqın nidası ona təsir etməsin.
Ona görə də ilk özümüzdən başlamalıyıq. İkinci mərhələdə ailəmizə, dostlarımıza və yaxınlşarımıza keçməliyik. Çünki zühur mütləq olacaqdır, bunda heç bir şübhə yoxdur. Amma biz gərək onun üçün zəminə hazırlayaq. Özümüzü və başqalarını zühur üçün hazır edək.
Bəs bunun üçün nə edə bilərik?
Özümüzü tərbiyə edək.
Əgər namazlarımızı əvvəl vaxtda qılmırıqsa, əgər xüms və zəkatımızı vermiriksə, əgər Həzrəti (ə.f) yada salmaqdan qafiliksə, çoxlu günah işlədiriksə - bununla qane olmayaq. Özümüzü tərbiyə etməyə çalışaq. Qeybət etməyək, yalan danışmayaq, sələm yeməyək. Əks halda zühuru necə gözləyə bilərik?
O kəslər ki, İmamın (ə.f) qədrini bilmirlər, ondan qəflət edirlər, özləri qəflətdədirlər deməkdir.
Bəs özümüzü necə tərbiyə edə bilərik?
1. Vacibatları yerinə yetirək.
Namazı əvvəl vaxtda qılaq, vacib oruclarımızı tutaq, xüms və zəkatımızı verək.

2. Haramlardan uzaq olaq.
Dil günahından uzaq olaq: qeybət, töhmət, yalan, eyb axtarmaq kimi.
Mal günahından uzaq olaq: oğurluq, sələm, insafsızlıq kimi.
Başqa günahlardan uzaq olmaq: haram musiqi, yanlış geyim və hicabsızlıq kimi.

3. Müstəhəbləri yerinə yetirmək.
Davamlı olaraq dəstəmazlı olmaq, Allahı və İmamı (ə.f) xatırlamaq, fərəci üçün dua etmək, Quran oxuyub, Həzrətə (ə.f) hədiyyə etmək, Məsumları (ə) ziyarət etmək, zühurun tezləşməsi üçün çoxlu salavat göndərmək.

4. Məkruhlardan uzaq olmaq.
Çox yatmaqdan, çox yeməkdən, boş və yersiz işlərdən çəkinmək.

(Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter