Cəmİyyətdə İmanı necə qoruyaq


Cəmiyyətdə günah hər nə qədər çox olarsa, Allah Təala insana bununla mübarizə qüvvəsi və gücü bəxş edər. Həqiqətən, Allah insanların özlərini günahdan saxlamaları üçün üzrxahlıq yollarını bağlamışdır. Hər günaha qarşı peyvənd yolunu ona öyrətmişdir. Ancaq biz insanlar bu peyvəndlərdən istifadə etmir, müxtəlif əxlaqi və etiqadi xəstəliklərə düçar oluruq.

Dinin şirinliyini o zaman hiss edirik ki, günahın şirinliyi bədənimizdən çıxar. Qəlbimizdə olan şirinlik meyarı dəyişər. Yəni İlahi məhəbbət qəlbimizi doldurar. Əhli-beytə (ə) olan sevgimiz canımıza can qatar. Əgər belə olarsa, günahın şirinliyinə yer qalmaz. O kəs ki, dininin şirinliyini dadıbdır, ondan əl çəkməsi qeyri-mümkündür. Günahdan amanda qalmaq üçün insanın bəzi peyvəndlərə ehtiyacı vardır ki, onların bəzisinə işarə edək:

1. Günahın zəminəsindən çəkinmək.

Günahın zəminəsi hazır olan zaman insan batinində ona meyl etməyə başlayar. Hər bir susuz insan şəffaf və təmiz bir bulağı görən zaman ona tərəf meyl etdiyi kimi insan da günaha tərəf meyl edər. Ona görə günahın zəminəsini aradan qaldırmaq lazımdır ki, ən azı batini melyimizin qarşısını ala bilək. Bunun üçün də bəzi məsələlərə riayət etməliyik.

a) Gözünüzə kontrol edin.

İnsan daima gözünə kontrol etməlidir ki naməhrəmə sataşmasın. İmam Sadiq (ə) buyurur: “Göz dikmək - İblisin zəhərli oxlarındandır ki, (qəlbdə) uzunmüddətli həsrəti irs qoyar”. Naməhrəmlərin olduğu məclislərdə xüsusilə gözünüzə nəzarət etməyi unutmayın.

b) Qulağınıza kontol edin.

İnsan gərək onu harama tərəf çəkən sözləri eştiməkdən çəkinsin. Haram musiqi kimi, qeybət kimi.

c) Əxlaqsız dostlardan uzaq olun.

O dostlarınız ki, rəftar və əxlaqları ilə qəlbinizə günah salırlar, əslində sizin düşmənlərinizdir. Onlardan uzaq olmaq lazımdır. İmam Səccad (ə) buyurur: “Beş nəfərlə yoldaş və rəfiq olma: yalançı, günahkar, paxıl, axmaq və qohumları ilə rabitəni kəsən insanla”.

2. Ölümü yada salmaq.

İnsan əgər davamlı olaraq ölümü xatırlayarsa, qəlbindəki günahın şirinliyi aradan gedər. İmam Sadiq (ə) buyurur: “Ölümü yada salmaq - nəfsdəki şəhvəti öldürər”. İnsanın nəfsi istəkləri onun qəlbini öldürər. Günah da bu heyvani istəklərə görə edilir.

3. Dini hifz etmək.

İnsanın Allaha, Qiyamət gününə, məada agahlığı nə qədər çox olarsa, daha çox yaxşı əməllər görər. Daha yaxşı rəftarlar nümayiş etdirməyə çalışar.

4. Qəlbdə olan İlahi sevgini gücləndirmək.

İnsan əgər İlahi sevgini dadarsa, daha çox mənəvi feyzlər əldə etməyə çalışar. Bu mənəvi feyzlər isə kamil imandır. İlahi nemət haqqında təfəkkür etmək, İlahi ayələr haqqında düşünmək, Allahla dərdini bölüşmək, dua məclislərində iştirak etmək, İlahi Övliyaların dastanını oxumaq, şəhidlərin xatirələri ilə tanış olmaq - İlahi sevgini və imanı gücləndirər.

5. Əməli fəaliyyətlər.

Dini etiqadımızı hifz etməyin yolu İlahi vacibatlara əməl etməklə həyata keçər. İmam Baqir (ə) buyurur: “O kəs ki, elminə görə əməl edərsə, Allah onun bilmədiyi şeyləri ona öyrədər”.

6. Günahın kökləri ilə mübarizə aparmaq.

Kamil imana çatmağın şərti insan nəfsini günahdan uzaq tutmaqdır. İnsan hər nə qədər günahdan uzaq olarsa, mərifət toxumu daha tez vücudunda kök salar. Etiqadı daha da güclənər. Nəhayət bu ağacdan bol məhsul toplayar.

7. İnsanın inkişaf etməsinə mane olan adətlərlə mübarizə aparmaq.

İnsanın bəzi adətləri vardır ki, ona iman cığırında irəliləməyə mane olar. O kəs ki, çox yeməyə və çox yatmağa adət etmişdir, vacibatlarını və müstəhəblərini yerinə yetirməyə qadir olmaz.

8. Günahın özü ilə birbaşa mübarizə.

Günahın zəminələri ilə mübarizə ilə yanaşı günahın özü ilə də birbaşa mübarizə aparmaq lazımdır. Onun qarşısını tövbə ilə almaq olar.

9. Dini vacibatları yerinə yetirmək.

İmanı gücləndirməyin və inkişaf etdirməyin ən mühüm yolu - vacibatları yerinə yetirməkdir. İnsan dini vacibatları yerinə yetirərək, təqvaya və güclü imana malik olur. Təqva və imanı onu günaha batmaqdan qoruyur.

10. Müstəhəbləri və nafilələri yerinə yetirmək.

Müstəhəblərə əməl etmək insanı Allaha yaxınlşadırar və İlahi vilayət məqamını əldə edər.

İslam dini ailə qurmağa çox böyük əhəmiyyət verir. Peyğəmbər (s) buyurur: “O kəs ki, evlənər, dininin yarısını hifz etmiş olar”.

“Evlilik mənim sünnətimdir, ona görə də hər kəs mənim bu sünnətimdən üz döndərsə, məndən deyildir”.

11. Mənəviyyatdan uzaq və dünyaya bağlı olan insanlarla oturub-durmamaq.

Beləliklə, deyə bilərik ki, hər bir mömin hər bir şəraitdə dinini qoruya bilər. Bunun üçün nəfsini islah etməli və deyilənlərə əməl etməlidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter