PEYĞƏMBƏRİ-ƏKRƏM (S)-DƏN SONRA XÜMS VƏ SƏDƏQƏNIN HÖKMÜ NECƏDİR?


Əhli-beyt İmamları sədəqənin «zil-qurba»ya haram edil­məsində Peyğəmbər (s)-in yolunu davam etdirmişlər. İmam Sadiq (ə) bir nəfərin «əgər xümsdan məhrum olu­n­mu­su­nuzsa, sədəqə sizə halal olurmu?» sualının cavabında buyur­muş­dur: \"Xeyr, Allaha and olsun, bizə haram olunan şey zalımların tərəfindən haqqımızın qəsb olunması ilə bizə halal olmur. Allahın bizə halal etdiyi şeyə əl tapmaqdan məhrum olmağımız Allahın bizə haram etdiyi şeylərin halal olmasına səbəb olmaz.\"

Amma xəlifələr Peyğəmbəri Əkrəm (s)-in özündən son­ra qoyduğu bütün mirası aşağıdakı şəkildə öz ixtiyar­la­rı­na keçirtdilər:

1-Müxeyriqin vəsiyyətinə uyğun olaraq Peyğəmbərə verilən yeddi bağı.

2-O Həzrətin Bəni-nəzir əmvalından olan ərazilərini.

3, 4 və 5-Xeybərdəki üç qala.

6-«Vadil-qura» diyarının üçdə biri.

7-Məhruz (Mədinə bazarının yerləşdiyi yer).

8-Fədək.

Peyğəmbəri Əkrəm ¡ yeddi bağdan altısını vəqf et­miş­di ki, o həzrətin sədəqələri (vəqf etdiyi şeylər) hesab olu­nurdu. Həmçinin, Bəni-nəzir ərazilərindən bir hissəsini Əbu Bəkrə, Əbdür-Rəhman ibni Ovfa və Əbu Dücanəyə bağış­la­mış, öz xanımlarını da Xeybər qalalarından bəhrələn­dir­mişdi. Fədəki Fatimeyi-Zəhra (sə)-a vermiş, Vadil-quranın bir ox atan miqdarında olan məsafəsini Həmzə ibni Nö`man Əzriyə bağışlamışdı.

Peyğəmbəri Əkrəm (S) vəfat edən zaman Əbu Bəkr və Ömər Əlinin yanına gələrək dedilər: Sənin Peyğəmbərin tərə­kəsi (mirası) barəsindəki nəzərin nədir?!

Əli (Ə) dedi: – Biz camaat arasında Rəsuli Əkrəmə ən la­yiq (yaxın) olan adamlarıq.

Ömər dedi: – Xeybərdə olanlarla necə?!

Əli dedi: – Xeybərdə olanlarla belə.

Ömər dedi: – Fədəkdə olanlarla necə?!

Əli dedi: – Fədəkdə olanlarla belə.

Ömər dedi: – Agah ol! Allaha and olsun, bizim boynumuzu kəs­məyincə, irəli gedəcəksən! Xeyr!

Əbu Bəkr Peyğəmbəri Əkrəm (s)-in silahını və mi­niyini Əliyə verib dedi: – Bundan başqa Peyğəmbərin qoyub getdiyi şeylər sədəqədir.

Onlar Peyğəmbərin tərk etdiyi şeylərin hamısını, hətta Fə­dəki belə müsadirə edərək Peyğəmbərin sair müsəlmanlara bağış­ladığı şeylərə toxunmadılar.

Fatimə də üç şey barəsində onunla münaqişəyə başladı:

1-Fədək barəsində: Belə ki, Peyğəmbəri Əkrəm (s) onu Fatiməyə bağışlamışdı. Əbu Bəkr ondan öz müddəasına dair dəlil gətirməsini istədi. O həzrət də bir qadın və bir kişini şahid gətirdikdə, Ömər şəhadətlərini rədd etdi. Çünki onlar iki kişi, yaxud bir kişi iki arvad deyildir.

2-Fatimeyi-Zəhra (sə)-ın Peyğəmbəri Əkrəm (s)-dən aparacağı irs barəsində: Belə ki, Peyğəmbərin vəfatından on gün sonra Əli və Abbas ilə birlikdə Əbu Bəkrin yanına gəlib dedi: – Mənim atam Rəsulullahdan olan mirasım (hanı)?!

Əbu Bəkr dedi: – Daşınan, ya daşınmayan?

Həzrət buyurdu: – Fədək, Xeybər və onun Mədinədəki sədə­qə­lərini irs aparıram. Necə ki, sənin qızın səndən irs apa­rır.

Əbu Bəkr dedi: – Allaha and olsun, sənin atan məndən yax­şı idi, sən də Allaha and olsun ki, mənim qızlarımdan yax­şısan.

Digər bir rəvayətdə Fatimə (sə) ona dedi: – Əgər ölsən, kim səndən irs aparacaq?

Əbu Bəkr dedi: – Övladlarım və ailəm.

Fatimə (sə) dedi: – Bəs necə olur ki, sən bizim yerimizə Peyğəmbəri Əkrəm ¡-dən irs aparırsan?!

Əbu Bəkr dedi: – Ey Rəsulullahın qızı! Mən belə etmə­mişəm. Mən atandan nə torpaq irs aparmışam, nə qızıl-gümüş, nə də qulam və övladlarını.

Fatimə (sə) dedi: – Belə isə, bizim Xeybər və Fədəkdəki xalisəmizdən olan payımız necə oldu?

Dedi: – Mən Peyğəmbərin belə dediyini eşitmişəm: «Biz pey­ğəm­bərlərdən irs aparılmır, hər nə qoyuruqsa, sədəqədir. Ali-Mühəmməd yalnız bu maldan – yə`ni Allah malından- ye­yir­lər, gündəlik yeməklərindən artıq payları yoxdur.» Pey­ğəmbər hər kimin xərcliyini verirdisə, onun xərcliyi mənim öh­dəmə­dir.

Bu zaman Həzrət Əli bu ayəni tilavət etdi: \"Və vərisə Suley­ma­nu Davudə.\" Yə`ni Süleyman Davuddan irs apardı. Sonra dedi: – \"Yə­ri­­suni və yərisu min Ali-Yə`qubə – Məndən və ali-Yə`qubdan irs aparsın.

Əbu Bəkr dedi: – Bəli, belədir. Allaha and olsun ki, sən də bilirsən, necə ki, mən bilirəm.

Əli dedi: – Bu danışan Allahın Kitabıdır!

Bundan sonra sükut edib qayıtdılar.

3-\"Zil-qurba\" payı barəsində: Belə ki, Əbu Bəkr Fatiməni və Bə­ni Haşimi «zil-qurba» payından məhrum edib, onu silah və mi­nik almağa xərclədiyi zaman Fatimə (sə) onun yanına gəlib dedi: – Sən biz Əhli-beyt barəsində etdiyin zülmdən agah­san: Peyğəmbərin sədəqələrini və vəqflərini, Allahın Qur`­anda bizə qaytardığı və «zil-qurba» payı qərar verdiyi qənimətin hamısını zalımcasına bizdən almısan. (Sonra «Ən­fal» surəsinin 41-ci ayəsini tilavət etdi:)

وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ

\"Bilin ki, əldə etdiyiniz qənimətlərin beşdə biri Allaha, Peyğəm­bə­rə və \"zil-qurba\"ya məxsusdur.\"

Digər bir rəvayətdə belə dedi: – Sən «ma ənzələllah»ı mə­nim­səmək istəyirsən, Allah-taalanın bizim barəmizdə asi­mandan nazil etdiyi şeyləri bizdən alırsan?!

Əbu Bəkr dedi: – Atam-anam sənə, sənin atana və övlad­la­rı­na fəda olsun! Mən Allahın Kitabını, Allahın Rəsu­lu­nun haqqını və onun qızının haqqını eşidib onlara itaət edi­rəm. Mən də sənin Allahın Kitabından oxuduğun şeyləri oxu­yuram, lakin elmim buna çatmır ki, xümsdan olan bu pay tama­milə sizə çatmış olsun!

Fatimə (sə) dedi: – Sənə və sənin qohum-əqrəbana çatır­mı?

Dedi: – Xeyr! Onun qalanlarını müsəlmanların məslə­həti­nə xərcləyəcəyəm.

Dedi: – Bu, Allahın hökmü deyil!

Başqa bir rəvayətdə qeyd olunur ki, Əbu Bəkr dedi: – Pey­ğəm­bər mənə buyurmuşdur: Mütəal Allah Peyğəmbərini həyatda olduğu vaxta qədər onu xüsusi bir payla bəhrələndirirdi, onun canını aldığı vaxt onun payı kəsilir.

Digər bir rəvayətdə dedi: – Peyğəmbərin belə dediyini eşit­mişəm: «Zil-qurba payı yalnız mənim həyatımda onlara ça­tacaq, mənim ölümümdən sonra heç bir payları yoxdur.»

Bu zaman Fatimə (sə) qəzəblənib buyurdu: Sən Peyğəm­bər­dən eşitdiklərini daha yaxşı bilirsən?! Mən bu hadisədən son­ra səndən heç bir şey istəməyəcəyəm! Allaha and olsun ki, sənin­lə danışmayacağam!

Dünyadan gedən vaxta qədər o iki şəxslə danışmadı.

Bəli, Fatimə (sə) özünün bütün dəlillərini gətirdi, şa­hid­lərini tanıtdırdı. O, Əbu Bəkrin haqqı qəbul etmədiyini, heç bir şeyi geri qaytarmaq istəmədiyini gördükdə, qərara al­dı ki, bu münaqişəni ümumxalq arasında və müsəlmanların hü­zu­runda irəli çəksin, atasının köməkçlərindən kömək istə­sin və onları bu məs`uliyyətdə şərik etsin. Buna görə də öz qohumlarından bir qrup göndərərək Peyğəmbərin yerişi ilə atasının məscidinə getdi, mühacir və ənsarın içərisində olan Əbu Bəkrə xitab edərək buyurdu:

Ey camaat! Mən Fatiməyəm, atam Mühəmməddir! Keçmişdən de­yirəm: \"Ləqəd caəkum Rəsulun...\" \"Sizin özünüzdən olan bir Peyğəmbər si­zə tərəf gəldi.\" Sonra buyurdu: Qəsdən Allahın Kitabını boş­layaraq onu arxanıza atırsınızmı? Çünki Allah buyurur: \"Və vərisə Suleymanu Davudə.\" Süleyman Davuddan irs apardı. Yəhya ib­ni Zəkəriyyanın hadisəsində buyurur: \"Pərvərdigara, mənə Öz tə­rə­findən bir vəli qərar ver ki, məndən və ali-Yə`qubdan irs aparsın.\" Son­ra buyurmuşdur: \"Qohumlar bir-birinə qarşı Allahın hökmündə (baş­­qalarından) daha artıq layiqdirlər).\" Həmçinin, buyurmuşdur: \"Al­lah övladlarınızın barəsində sizə belə tövsiyə edir ki, oğlanın irs­dən olan payı iki qız qədəri olsun.\" Həmçinin, buyurmuşdur: \"Əgər bir xeyir (mal-dövlət) qoymuş olsa, ata-ana və qohum-əqrəbalar üçün layiqli şəkildə vəsiyyət etsin.\"

Siz güman edirsiniz ki, mən atamdan vərasət haqqına ma­lik deyiləm və bizim aramızda qohumluq əlaqələri yoxdur?! Yox­sa Allah sizi bir ayəyə məxsus etmiş və Peyğəmbəri o ayə­nin dəlalətindən xaric etmişdir?! Yoxsa deyirsiniz ki, biz iki din ardıcılıyıq və bir-birimizdən irs aparmırıq?! Mən və atam vahid bir dindən deyilikmi?! Bəlkə siz Allahın Pey­ğəm­bərindən Qur`anın am (ümumi) və xüsuslarına daha artıq agah­sınız?! Cahiliyyət hökmünü axtarırsınızmı?!

Sonra öz evinə qayıtdı və Əbu Bəkrlə bir daha danış­ma­dı. Bu da vəfat etdiyi vaxta qədər davam etdi. O həzrət ata­sı­nın vəfatından sonra altı ay həyatda qaldı və vəfat etdiyi za­man əri onu gecə ikən dəfn etdi və Əbu Bəkri bu işdən xəbər­dar etmədi.

Bəli, Əbu Bəkr ravisi yalnız özü olduğu bir şeydə icti­had etdi və Peyğəmbərin qızını ata irsindən, Peyğəmbərin qo­hum-əqrəbasını da xüms haqqından məhrum etdi. Bununla da öz işini sona çatdırdı!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter