Allah tərəfİndən İşlədilən \"bəlkə\" kəlməsİnİ necə İzah etmək olar?
Bir haldaki bu söz şəkk və gümanı bildirir. Allah üçünsə şəkk mənasızdır. \"Oruc tutun bəlkə təqvalı olduz.\"
Cavab:
\"Bəlkə\" kəlməsi bəzən işi görənə bəzən isə işin özünə məxsusdur. Məsələn mən dostumun gələcəyinə əmin deyiləm. Yəni bilmirəm gələcək ya yox. Bu zaman \"bəlkə gəldi\" deyirəm. Yəni mənim cahilliyimdən \"bəlkə\" kəlməsi işlənir. Allahda cəhlin olmamağına əmin olduğumuza görə deməli Quranda qeyd olunan \"bəlkə\"-dən məqsəd işin özünə aiddir. Məsələn mən əkin sahəmdə hər şeyi mükəmməl olaraq etsəmdə yenədə \"bəlkə bu il yaxşı bar verdi\" deyirəm. Çünkü qarşıdan gələn hadisələrdən xəbərsizəm. Yağışın tarlanı dağıtması, heyvanların yeməsi və s. Allahda əgər buyurursaki \"oruc tutun ki, teqvalı olasınız\" bu Allahın şəkkdə olmasını göstərmir. O bilir ki, oruc tutmaq təqvaya səbəb olur. Lakin bizim hansı acı hadisələrlə qarşılaşıb bu orucu əldən verə biləcəyimizi bildiyi üçün belə deyir.
Digər tərəfdən birşəxsə işinə görə tam əminlik versən o qürura düçar olar. Yəni məsələn Allah \"oruc tutun mütləq teqvalı olacaqsız\" desəydi, hamı bu barede rahat olardı və qürur əmələ gələrdi ki, mən oruc tuturamsa deməli artıq təqvalıyam. Allah insanın bu əxlaqına da agah olduğundan \"bəlkə\" kəmləməsindən istifadə edib.