Rəcəb ayına nİyə \"Əsəm\" deyİlİr?



«عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ (ص) أَلَا إِنَّ رَجَبَ شَهْرُ اللَّهِ الْأَصَمُّ- وَ إِنَّمَا سُمِّيَ الْأَصَمَّ لِانْفِرَادِهِ مِنَ الْأَشْهُرِ الْحُرُمِ- وَ شَعْبَانُ شَهْرِي وَ رَمَضَانُ شَهْرُ أُمَّتِي- أَلَا مَنْ صَامَ فِي رَجَبٍ يَوْماً إِيمَاناً وَ احْتِسَاباً- اسْتَوْجَبَ رِضْوَانَ اللَّهِ الْأَكْبَرَ‌»؛

Əbu Səid Xedri deyir: Peyğəmbər (s) buyurdu: \"Agah olun ki, Rəcəb Allah-Taalanın \"Əsəm\" (kar) ayıdır – bu ay başqa haram aylardan ayrı düşdüyünə görə \"əsəm = kar\" adlanıb, şəban mənim və Ramazan ümmətimin ayıdır.

İzah:

Başqa hədislərdə (s) Rəcəb ayı istiğfar və tövbə ayı adlanmış və ya Rəcəb ayı İmam Əliyə (ə), Şəban ayı Peyğəmbərə (s) və Rəməzan ayı Allah-Taalaya mənsub edilmişdir. Bu isə hədislərin arasında ziddiyyət mənasına deyildir. Çünki hər şeyi sahibi Allah-Taaladır. Eləcə də bütün il, gün və ayların sahibi Odur. Amma bu nisbətlər müxtəlif səbəblərdən başqalarına və ya hansısa əməllərə aid edilmişdir ki, bu da hədisin məna və məqsədinə zərər vurmur və bütün bu mənalar bir-birinin kənarında bir hədis üçün nəzərdə tutula bilinər. (Ən-Nəvadir, Əhməd Əşəri Qumi, s.7, bab:1; Əl-Kafi, Şeyx Kuıeyni, 4/90, bab: Səvmu Rəsulullah (s); Əl-Cəfəriyyat-əşəsiyyat, Məhəmmə bin Əşəs Kufi, s.58;).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter