“Leylətur Rəğaib” nədir?


Rəcəb ayının ilk cümə axşamısı “Leylətur Rəğaib” adlanır

“Rəğaib” istəklər və arzular deməkdir.

Bu gecəyə 2 məna verilir:

1. İnsanların bu gecədə ibadətə, Allahla danışmağa rəğbəti və istəyi çox olur.

2. Allahın əfv və bağışlama istəyi çoxalır.

Peyğəmbərdən (s) bu gecə üçün bəzi əməllər qeyd olunub:
1. Cümə axşamı günü oruc tutmaq.
2. Məğrib və işa namazlarının arasında 12 rükət namaz qılmaq. Hər biri 2 rükət qılınan bu namazların hər rükətində həmddən sonra 3 \"Qədr\", 12 \"Tovhid\" surəsi oxunulur.

Namazdan sonra 70 dəfə “Allahummə səlli əla Muhəmmədin nəbiyyil ummiy və alih” zikri deyilir.
Sonra səcdədə 70 dəfə “Subbuhun quddus Rəbbul mələikəti vərruh” deyilir.
Səcdədən qalxdıqdan sonra 70 dəfə “Rəbbiğfir vərhəm və təcəvəz əmmə tələm innəkə əntəl əliyyul əzim” deyilir.
Yenidən səcdəyə gedib 70 dəfə “Subbuhun quddus Rəbbul mələikəti vərruh” deyilir.
Bundan sonra hacət istənilir. İnşaallah qəbul olunar.

Peyğəmbər (s) buyurur: “Hər kim bu namazı qılsa, Allah bu namazın savabını qəbr gecəsində ən gözəl şəkildə onun qarşısına çıxardar. İnsan ona deyər: \"Sən kimsən? Allaha and olsun ki, mən səndən gözəl üz görməmişəm və səndən gözəl söz eşidməmişəm və səndən gözə iy qoxumamışam\". O cavab verər: \"Mən sənin həmin namazının savabıyam. Bu gecə sənin yanına gəlmişəm ki, sənin haqqını əda edim, səni tək qoymayım və səndən vəhşəti uzaqlaşdırım. Sur çalındıqda mən sənin başında kölgə olacam.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter