Kİmlərə Müsəlman və Mömİn deyİlİr?
İslam müqəddəslərindən bizə yetişən bütün rəvayətlər bu fikri vurğulayır ki, \"kəlmeyi - şəhadət\" adlanan \"Əşhədu ənnə Mühəmmədən rəsulullah\" (Təsdiq edirəm ki, Məhəmməd Allahın elçisidir (peyğəmbəridir)) cümlələrin mənasına səmimi qəlbdən inam bəsləyən kəs müsəlman sayılır. Bu şəxs İslam cəmiyyətinin bərabərhüquqlu üzvü hesab edilir bütün imtiyazlı və məsuliyyətləri daşıyır.
İslam dini müsəlmanlar üçün təhlükə törətməyən onlara təcavüz etməyən və onları təhqirə məruz qoymayan hər kəsə əmin-amanlıq və sülh vəd edir. Dinimiz qanunlarına görə, kafir şəxs kəlmeyi-şəhadəti deyərsə amanda qalar. Din uğrunda aparılan cihad adlı müqəddəs müharibələrdə düşmən tərəf müsəlman olduğunu dillə təstiq edərsə onu öldürmək işgəncəyə məruz qoymaq əsir almaq qadağan edilir.
Məhəmməd Peyğəmbər bu barədə buyurmuşdur: \"Mən Allah tərəfindən əmr olunub ki, camaatla Allahın vahidliyini təstiq edincəyədək vuruşum\"
Həzrət İman Sadiqin (ə) aşağdakı kəlamı bu fikri bir daha təsdiq edir: \"İslamı qəbul etməklə can amanda qalar, əmanətlər ödənilər, izdivaclar halallaşar, amma axirət savabı imana görə verilər.\"
İslam tarixçiləri yazarlar ki, Peyğəmbərin sağlığında bir il müsəlman məmləkətlərini aclıq bürüdü. Bədəvi ərəb qəbilərindən birinin nümayəndələri Mədinəyə gəlib Peyğənbərlərin hüzurunda kəlmeyi-şəhadət deyərək iman gətirdiklərini söylədilər. Halbuki bədəvi ərəblərin əsas məqsədi imana gəlmələrini elan etmək deyil, Mədinə müsəlmanlarından sədəqə kimi ərzaq almaq idi. Həmin münasibətlə Allah-təala bu ayələri göndərdi: \"Bədəvi ərəblər dedilər ki, iman gətirdik. De ki, iman gətirməyibsiniz; deyin təslim olduq (İslama gəldik). Hələ iman qəlbinizə girməyib. Əgər Allaha və onun peyğənbərinə tabe olsanız əməllərinizin savabından heç nə azalmaz. Şübhəsiz, Allah bağışlayan və rəhimlidir. Möminlər o kəsdir ki, Allaha və onun peyğənbərlərinə iman gətirmiş sonralar şübhəyə düşməmiş, öz malları və canları ilə Allah yolunda cihad etmişlər.
\"Bunlar sadiqlər, doğrucullarıdır\" (\"Hücurat\" sürəsi, 14 - 15 ci ayələr). Ayələrdən belə məlum olur ki, Allahu-təalə kəlmeyi-şəhadəti söyləyən amma bunu təmənna üzündən edən kəsləri mömin deyil müsəlman saymağa icazə verir. Demək müsəlmanlıq imanın yalnız zahiri tərəfidir. İnsan kəlmeyi-şəhadəti söyləmək və nümayişkaranə şəkildə ibadətləri yerinə yetirməklə müsəlman sayılır bununla da özünü təhlükə və məhrumiyyətlərdən qoruyar. \"Möminlərin iman cəhətdən ən kamili əxlaqca gözəl və ailəsinə qarşı mehriban olandır\" (\"Biharül-ənvar\"). İmam Əli(ə) bu barədə demişdir: \"İman ürəklə dərk etmək dillə təstiqləmək və bütün bədən üzvləri ilə əməldə həyata keçirilməkdən ibarətdir\".
Allaha İman
Allahu-təala barəsində hər hansı təsəvvür əldə etmək üçün onu tanımağın yollarından xəbərdar olmalıyıq. Bilməliyik ki, insan öz ağılı və qabiliyyətləri çərçivəsində hansı vasitələrlə Allahın varlığı vahidliyi və başqa sifətlərin anlaya bilər.
İnsanın Allahı tanıması üçün iki əsas yolu vardır: Fitri duyğular (instikt), yəni qəlb yolu.
Araşdırma və əsaslandırma yəni ağıl yolu.
Birinci yolda insanın köməyi yalnız onun daxili aləmi və emosiyalarıdır. Bu zaman o, heç bir əqli araşdırma və məntiqi düşüncədən istifadə etmir. İkinci yolda isə insan ağlın gücünə arxalanır inkaredilməz və tutarlı dəlillər məntiqi və ardıcıl təqtiqatlar vasitəsilə Allahın varlığını özü üçün isbat edir.
Fitri Yolla Allahı Tanımıq.
İnsan təbiətində bəzi əsas və dəyişməz fitri duyğular gizlənmişdir. Bunların ən əhəmiyyətliləri araşdırma və dindarlıq hissləridir.
Fitri hisslərlə tanışlıq
1. Araşdırma hissi.
İnsan fitrədən axtarışa, araşdırmaya meyllidir. O, əhatə olunduğu mühiti öyrənməkdən təbiətin sirlərini kəşf etməkdən ən müxtəlif elm sahələrində tədqiqatlar aparmaqdan yorulmur. İnsan onu əhatə edən mühitin gözəlliklərini duyub bundan zövq alır və dərk edir ki, bunların yaradıcısı da hərtərəfli gözəl və kamil omalıdır. Hətta körpə uşaqda belə araşdırma hissi nə dərəcədə güclü olmasını müşahidə etmək mümkündür. Uşaq hər gördüyü əşya və müşahidə etdiyi hadisə barəsində valideyinlərinə sual verməkdən doymur. Onun üçün hər şey sirlə və eyni dərəcədə maraqlıdır. Uşaq öz sualarına cavab tapmaq üçün bəzən oyuncaqlarını sındırıb onların daxilindəki hissə və mexanizimləri öyrənməkdən belə çəkinmir. Dəyişməyən yalnız fitri araşdırma hissidir. Bu hiss bəşəriyyətin problemləri tarixi boyu elmin inkişafına şərait yaratmış ixtiracıları ən çətin elmi problemləri həll etməyə ruhlandırmış texniki tərəqqinin hərəkətverici qüvvəsi kimi çıxış etmişdir.
2. Fitri dindarlıq və Allahpərəstilik hissi.
İnsan ruhuna hakim olan fitri duyğulardan biri də dindarlıq və Allahpərəstilik hissidir.
Qurani-Kərim insan fitrətindəki dindarlığa işarə edərək xəbər verir: \"Üzünü təkallahlıq (\"islam\") dininə sarı çevir (yəni bu dinə sarı yönəl). Allah insanları fitrətən həmin dinə tabe halda yaratdı. Allahın yaratıqlarına dəyişiklik yoxdur. Dayanaqlı və qalıcı din budur, amma insanların çoxu bunu bilmir\" (\"Rum\" sürəsi 30-cu ayə).
İnsanın fitrətində Allaha meyllənmə hissinin mövculduğunu ən parlaq sübutu bundan ibarətdir ki, insan bir çox hallarda qeyri-ixtiyari olaraq yaradanın varlığını etiraf edib ona pənah aparır. Qəribə görünsə də ən qatı dinsiz şəxsin danışığında belə \"maşallah\", \"inşallah\", \"xudahafiz\", \"Allah rəhmət eləsin!\",\" Allah lənət eləsin!\", \"Allah saxlasın!\" ifadələrinə rast gəlirik. Tarixdən məlumdur ki, ən inadkar materialister dünyadan köçərkən son nəfəsdə tövbə etməyə tələsmiş günahlarının bağışlanmasını diləmişlər.
Bir nəfər İmam Cəfər Sadiqin (e) yanına gəlib dedi:
-Allahı mənə tanıtdır!
İmam o şəxsdən soruşdu:
-İndiyədək gəmiyə minmisənmi?
Həmin şəxs cavab verdi:
-Bəli.
İmam soruşdu :
-Təsəvvür et ki, sənin mindiyin gəmi dənizin ortasındadı deşilib və sən ümidsiz halda qorxuya düşmüsən. O zaman ürəyində elə bir qüvvəyə qarşı inam hiss edəcəksənmi ki, səni həmin fəlakətdən xilas etməyə qadir olsun?
Əks tərəf cavab verdi:
-Bəli təbii ki, buna inam duyacağam.
Onda İman Sadiq (ə) söylədi:
-O qüvvə Allahdır xilaskar olmayan yerdə sənə nicat verməyə dadını yetən tapılmadığı vaxta kömək etməyə qadirdir. Haqqında danışdığımız fitri dindarlıq və Allahpərəstilik hissi bir necə xususiyyətə malikdir.
Dindarlıq ümumbəşəri hissdir
Dindarlıq hər zaman və məkan şəraitində qüvvədə olmuşdur. Tarix boyu planetin ən müxtəlif güşələrində yaşamış müxtəlif sivilizasiya səviyyələrinə malik olmuş xalqlar həmişə yaradanı tanımaq yolunda axtarışda olmuş, onun varlığını nişanələrin kəşf etməyə çalışmışlar. İnsanlar həmişə hansısa bir dinə inanmışlar. Bəzi xalqlar vahid Allaha bəziləri Xeyir və Şər kimi ikili qüvvələrə, bəziləri isə çoxallahlığa və bütpərəstiliyə etiqad bəsləyirdi. Lakin onları birləşdirən ümumi cəhət budur ki, tarix boyu insan həmişə hansısa kənar fövqəltəbii qüvvənin mövculuğunu qəbul etmiş və ona tapınmışdır. Bu dindarlığa meyillilik və Allahpərəstlik baxımından bütün insanları eyni fitrətə tabe olmasını sübut edir. Dünya xalqları içində dindarlıq bu gün də davam edir və nəqədər ki, yer üzündə insan nəsli yaşayır dindarlıq hissi də onun vücudundan ayrılmaz şəkildə mövcud olacaqdır.
Dindarlıq kənardan qazanılmaz İnsan müəyyən yaş həddinə yetişdikdə istər-istəməz ev, pul, ailə və s. dəyərini başa düşüb onlara ehtiyac duyur. Bunun üçün ona kənardan rəhbərlik və təzyiq lazım deyildir. Eləcə də Allahpərəstlik və dindarlıq birbaşa fitrətə aid olduğu üçün təlimat və təhsilə ehtiyacsız halda, lazım olduğu zaman öz mövcudluğunu aşkar edir.
Həzrət Əli (ə) bu həqiqəti belə bəyan edir: \"Camaatın əksəriyyəti Allahla peymanı pozub, öz vəzifəsini dandığı üçün Allah çoxlu peyğənbərlər yolladı ki, insanları öz fitri əhd-peymanlarına qaytarıb, unutduqları əməlləri onlara xatırlatsın və Allahın qüdrət nişanələrini onlara göstərsinlər\".
Dindarlıq hissi coqrafi, siyasi iqtisadi amillərdən doğmur.
İnsanın bəzi hərəkət və xüsusiyyətliri mühitin təsiri ilə meydana gəlir yaxud qazanılır. Məsələn şimal qütbündə yaşayanların qalın və isti cənub əhlinin isə xeyli nazik ilbas geyinməsi bu insanların fitri xususiyyətləri ilə məcbur edən xaraci amilərdir.
Fitri dindarlıq hissinin yaranması üçün şəraitin olması zəruri deyil, amma onun ikişafına mühit təsir göstərə bilər. Ümumiliklədə götürdükdə ölkənin, şəhərin ailənin, təhsil və müəssisəsinin ictimai siyasi, mədəni-əxlaqi atmosferi insandakı Allahpərəsliyi inkişaf yaxud tənəzzül etməsinə həledici təsir göstərə bilər.
Həzrət Məhəmməd Peyğəmbər (s.a.s) bu barədə buyurmuşdur: \"Bütün körpələr fitrət əsasında dindar və Allahpərəst doğulurlar, sonra ataları onları yəhudi və ya xristian edir (yəni onları fitri təkallıhlı İslam dininən fərqli ruhda tərbiyə edir)\".
Dindarlıq hissi heç bir təbliğatla məhv edilə bilməz
Heç bir kənar amil dindarlıq və Allahpərəstlik hissini yaratmadığı kimi, onu tamamilə məhv etməyə də qadir deyildir. Əks-təbliğat dindarlığın nəzərə çarpacaq dərəcədə zəiflənməsinə səbəb ola bilər amma onu kökündən yox edə bilməz. Tarixdən məlumdur ki, (bunu öz xalqımızın sovet hakimiyyəti illərindəki acı təcrübəsindən də görə bilərik), bəzi qəddar ateist rejimlər qorxu və təzyiq gücünə xalqın dini hisslərinin tərəqqisini lengitməyə xalqı öz dini köklərindən xeyli uzaqlaşdırmağa müvəffəq ola bilmişlər. Lakin bu hisslər heç vaxt tam mənasında məhv olmamış, ürəklərdə gizlənərək əlverişi şərait gözləmişdir.