İmam Rza (ə) kasıblara və yoxsullara necə davranırdı ?
İmam Rza (ə) kasıblara, yoxsullara və ehtiyac sahiblərinə qarşı son dərəcə mərhəmətli, mehriban və təvazökar davranardı. O Həzrət üçün insanın varlı və ya kasıb olması heç bir fərq yaratmırdı. İnsanların hamısına hörmətlə yanaşardı.
Onun kasıblara münasibətini göstərən bir neçə gözəl xüsusiyyət var:
...
1. Kasıblarla eyni süfrədə oturardı
İmam Rza (ə) yoxsulları öz süfrəsinə dəvət edər, onlarla birlikdə yemək yeyərdi. Heç vaxt özünü onlardan üstün tutmazdı.
...
2. Yoxsulları incitmədən kömək edərdi
Ehtiyacı olan insanlara gizli şəkildə yardım etməyə üstünlük verərdi. Çalışardı ki, verdiyi sədəqə qarşı tərəfin qüruruna toxunmasın və onu utandırmasın.
....
3. Heç kimi var-dövlətinə görə qiymətləndirməzdi
İmam Rza (ə) insanın dəyərini onun pulu, vəzifəsi və geyimi ilə deyil, iman və təqvası ilə ölçərdi.
...
4. Xidmətçilərlə bərabər davranardı
Öz xidmətçiləri ilə birlikdə yemək yeyər, onlara yuxarıdan aşağı baxmazdı. Onların da insan olduğunu, hörmətə layiq olduqlarını göstərərdi.
....
5. Ehtiyac sahiblərini sevindirərdi
İmam (ə) insanlara yardım etməyi, onların çətinliklərini aradan qaldırmağı sevərdi. Xüsusilə yoxsulların ehtiyaclarını qarşılamağa diqqət yetirərdi.
İmam Rzanın (ə) həyatından götürəcəyimiz dərs
İmam Rza (ə) bizə öyrədir ki:
Kasıbı heç vaxt alçaltma.
Ehtiyac sahibinə kömək edərkən onu utandırma.
Varlı ilə kasıba eyni hörməti göstər.
Süfrəni yoxsullarla bölüş.
İnsanlara mərhəmət və sevgi ilə yanaş.
Ən gözəl əxlaq budur: İnsan özündən aşağı hesab etdiyi şəxslərə deyil, hər bir insana hörmətlə yanaşmalıdır.
....
1. Kasıba varlıdan fərqli münasibət göstərməzdi
İmam Rza (ə) buyurub:
«مَنْ لَقِيَ فَقِيراً مُسْلِماً فَسَلَّمَ عَلَيْهِ خِلافَ سَلامِهِ عَلَى غَنِيٍّ لَقِيَ اللَّهَ يَوْمَ الْقِيامَةِ وَهُوَ عَلَيْهِ غَضْبانُ»
Tərcüməsi:
"Kim kasıb bir müsəlmanla qarşılaşdıqda ona varlıya salam verdiyindən fərqli şəkildə salam versə, Qiyamət günü Allahla qarşılaşar və Allah ona qəzəbli olar."
Mənbə: Şeyx Səduq, Uyunu Əxbarir-Rza, cild 2, hədis 202.
şşşş
2. Ehtiyac sahibinə elə kömək edərdi ki, onun heysiyyəti inciməsin
Bir gün bir kişi İmam Rzanın (ə) yanına gəlib maddi çətinlikdə olduğunu və vətəninə qayıtmaq üçün pula ehtiyacı olduğunu bildirdi.
İmam (ə) ona:
Əvvəlcə oturmasını söylədi.
İnsanların qarşısında onun ehtiyacını ödəmədı.
Sonra otağa keçərək 200 dinar verdi.
Hətta kişinin üzünə baxmadı ki, o, dilənçilik etdiyini hiss edib xəcalət çəkməsin.
İmamın bu hərəkətinin səbəbini soruşduqda belə buyurdu:
"Mən bunu ona görə etdim ki, ehtiyacını ödəyərkən onun üzündəki dilənçilik xəcalətini görməyim."
Mənbə: Uyunu Əxbarir-Rza, cild 2, səhifə 8.
.....
....3. İnsanlara pul ilə kömək edə bilməsən, heç olmasa xoş davran
İmam Rza (ə) öz ata-babalarından nəql edərək Peyğəmbərin (s) belə buyurduğunu çatdırır:
«إِنَّكُمْ لَنْ تَسَعُوا النَّاسَ بِأَمْوَالِكُمْ فَسَعُوهُمْ بِأَخْلَاقِكُمْ»
Tərcüməsi:
"Siz mal-dövlətinizlə bütün insanlara kömək edə bilməzsiniz. Elə isə gözəl əxlaqınızla onların könlünü alın."
Mənbə: Şeyx Səduq, Uyunu Əxbarir-Rza, cild 2, hədis 204. \sualcavab.ge