Qara Təsvir

Həzrət Fatimeyi Zəhranın (ə) həyatından hansı əxlaqi göstərişləri örgəşmək olar ?

Cavab :

Həzrəti Zəhra (ə) xanımlar üçün iman, iffət, ailə, səbir və mənəvi güc baxımından çox dəyərli nümunədir.
Onun həyatından bu dərsləri götürmək olar:
-İffət və həya: Dəyəri insanın zahiri görünüşündən çox, şəxsiyyəti və təqvası müəyyən edir.
-Güclü iman: Çətinliklər qarşısında Allaha bağlılığı qorumaq.
...
-Ailə məsuliyyəti: Həyat yoldaşına və övladlarına sevgi, hörmət və mənəvi dayaq olmaq.
-Səbir: Maddi sıxıntı və çətinliklərə şikayət və üsyanla deyil, səbir və Allaha təvəkküllə yanaşmaq.
-Elm və şüur: Dini həqiqətləri bilmək, haqqı tanımaq və lazım gəldikdə onu müdafiə etmək.
...
-Ləyaqət və özünəhörmət: Haqsızlıq qarşısında susmamaq, lakin bunu ədəb və hikmətlə etmək.
-Səxavət: Öz ehtiyacı olsa belə başqasını düşünmək.
-Sadəlik: Həyatı israf və nümayiş üzərində deyil, mənəvi dəyərlər üzərində qurmaq.
...
-Ana tərbiyəsi: Övladlara yalnız qayğı deyil, iman, mərhəmət, cəsarət və ədalət də aşılamaq.
-Ən mühüm dərslərdən biri budur: Həzrəti Zəhra (ə) həm ailəsində sevgi və mərhəmətin, həm də cəmiyyətdə haqq və ədalətin müdafiəsinin nümunəsi idi.\sualcavab.ge

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.