ƏRBƏİN ziyarəti nədir və fəziləti haqda hədislərdə nələr gəlmişdir ?
Ərbəin, İmam Hüseyn ibn Əliın (ə) şəhadətindən 40 gün sonra – Səfər ayının 20-ci günüdür. Bu gün Kərbəla şəhidlərinin xatirəsinin yenilənməsi, onların yoluna sədaqətin elan edilməsi və İmam Hüseynin (ə) hədəflərinin yaşadılması günüdür.
...........
Şiə hədislərində Ərbəin ziyarətinə xüsusi əhəmiyyət verilmişdir.
1. Möminin nişanələrindən biridir
İmam Həsən Əskəri buyurur:
«Möminin beş əlaməti vardır:
Gecə-gündüz 51 rükət namaz qılmaq;
Ərbəin ziyarətini oxumaq;
Sağ əlinə üzük taxmaq;
Səcdədə alnı torpağa qoymaq;
"Bismillahir-Rəhmanir-Rəhim"i ucadan demək.»
Mənbələr:
Təhzibul-Əhkam, c. 6, s. 52, hədis 37.
Misbahul-Mütəhəccid, Şeyx Tusi, Ərbəin əməlləri.
Biharul-Ənvar, c. 98, s. 331.
.........
Bu hədis göstərir ki, Ərbəin ziyarəti sadəcə bir adət deyil, möminin dini kimliyini göstərən əməllərdəndir.
2. İmam Hüseyni (ə) ziyarət etməyin fəziləti
İmam Cəfər əs-Sadiq buyurur:
«Hər kim Hüseyni (ə) Allahın haqqını tanıyaraq ziyarət etsə, Allah onun keçmiş və gələcək günahlarını bağışlayar.»
Mənbə:
Kamiluz-Ziyarat, fəsil 54, hədis 1.
Biharul-Ənvar, c. 98.
..........
Burada "haqqını tanıyaraq" (عارفًا بحقه) ifadəsi o deməkdir ki, ziyarət edən şəxs İmam Hüseynin (ə) ilahi imamətini və onun Allah yolunda qiyam etdiyini qəbul edir.
3. Ərbəin ziyarətinin mənası
Ərbəin ziyarətnaməsində belə oxunur:
«Mən şəhadət verirəm ki, sən namazı bərqərar etdin, zəkat verdin, yaxşılığa əmr edib pislikdən çəkindirdin və Allaha ixlasla ibadət etdin.»
Bu cümlələr göstərir ki, Ərbəin ziyarəti yalnız salam vermək deyil, İmam Hüseynin (ə) hədəflərinə bağlılıq və onun yolunu davam etdirmək əhdidir.
.............
Nəticə
Hədislərə əsasən Ərbəin ziyarəti:
Möminin nişanələrindən biridir.
İmam Hüseynə (ə) məhəbbət və sədaqətin təzahürüdür.
İmam Hüseynin (ə) qiyamının məqsədlərini xatırladır.
İnsanı Allah yolunda haqqı müdafiə etməyə və batilə qarşı dayanmağa çağırır.\sualcavab.ge