Qara Təsvir

Ramazan ayında oruc tutarkən işləmək səbəbindən zəiflik yaranır, orucu açmaq olarmı ?!

Cavab :

Sual:

Mən işləyirəm. Orucluqda oruc tutub işləmək mənim üçün çətindir. Bəzən zəiflikdən halım pisləşir. İşləməsəm də ailəmin tələbatını ödəyə bilmirəm. Vəzifəm nədir?

Cavab:
Əgər oruc tutmaq dolanışığın asılı olduğu işə mane olursa, məsələn, o qədər zəifliyə (halsızlığa) səbəb olur ki, işə o halda davam etmək mümkün deyil ya dözülməz susuzluğa səbəb olursa, digər tərəfdən mübarək ramazan ayında iş yerini dəyişmək və ya işə çıxmamaq mümkün olarsa və dolanışığını digər pulla hərçənd borcla davam edə bilərsə, oruc tutmaq ona vacibdir. Bu iş mümkün olmasa, oruc tutmalıdır, amma şiddətli zəiflik hallarında vacib ehtiyata əsasən (yalnız) zərurət miqdarında su içmək ya da yemək yeməklə zəifliyi dəf edə bilər. Bu miqdardan artıq qida qəbul etməsinin eybi var. Həmçinin vacib ehtiyata əsasən günün qalan hissəsini imsak etməlidir. Ramazan ayından sonra da qəzasını tutmalıdır və kəffarə ona vacib deyil.
(Sualı cavablandırdı Müctəhid: Ayətullah Sistani)

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.