Oruclu halda dişi çəkdirməyin hökmü nədir ?!
Cavab :
Sual:
ALLAHın Salamı olsun Sizə. Mən dünən ağrı hallarının artması səbəbindən məcbur olub dişimi çəkdirdim. Əməliyyat anı qanın və digər preparatların udlaqdan keçməsinə imkan vermədim. Ancaq yola çıxdıqdan sonra ictimai asayışdə narazılıq yaratmamaq səbəbi ilə tüpürə bilmədim. Bu vaxt dişdən xəfif qan gəlirdi. Orucum pozulubmu? Bunu bilmək istərdim çox xahiş edirəm.
Cavab:
Qanı udmusunuzsa, orucunuz batildir.
ALLAH Alimdir. (Sualı cavablandırdı Müctəhid: Ayətullah Sistani)