Qara Təsvir

Orucluq zamanı bədənə ağrıkəsici iynə vurdurmaq, qadınlara aid və yaxud bağırsaq şamları qoymaq olarmı?

Cavab :

Bədənə ağrıkəsici iynə vurdurmaq orucu batil etməz, bu barədə bütün müctəhidlər fikir birliyinə sahibdir. Lakin qidalandırıcı ampul və sistem vurdurmaq barədə müctəhidlərin fətvaları eyni deyildir. Bəziləri (məsələn, Ayətullah Sistani) buna icazə verir, bəziləri (məsələn, Ayətullah Xameneyi, Məkarim Şirazi, Vəhid Xorasani) isə bunu ehtiyata görə qadağan edir. Bu mövzuda hər kəs təqlid etdiyi müctəhidin fətvasını öyrənməli və əməl etməlidir. Axıcı maye ilə imalə etdirmək orucu batil edər. Lakin bağırsağa yeridilən və ya qadınlar tərəfindən istifadə edilən müalicə şamlarının istifadəsi icazəlidir. Çünki bunlar maye yox, bərk haldadır./islam.az

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.