Bir şəxs xəstəlik üzündən Ramazan ayında bir neçə gün və ya bütöv bir ay oruc tutmayıb. Həmin illərin əvəzini necə verməlidir?
Vaxtında icra edilməyən bütün ibadətlərin qəzasını yerinə yetirmək lazımdır. Bura həm namaz, həm oruc, həm də digər vacib ibadətlər aiddir. Əgər insan Ramazan ayında xəstəlik üzündən oruc tuta bilməyibsə, növbəti Ramazan ayına kimi sağalsa, buraxdığı orucların qəzasını tutmalıdır (hər günün əvəzində bir gün hesabı ilə). Bundan əlavə ona heç nə vacib deyil. Əgər növbəti Ramazan ayına kimi sağalsa, amma qəsdən qəza orucunu tutmasa, bu halda həm orucların qəzasını tutmalı, həm də hər günün əvəzində fəqirə (ehtiyaclı müsəlmana) 750 qram yemək verməlidir (buna fidyə deyilir). Bir neçə günün yeməyini birləşdirib bir fəqirə də verə bilər. Əgər növbəti Ramazana kimi xəstəliyi sağalmasa, o halda da fidyə verməsi lazımdır (hər günün əvəzinə 750 qram yemək). Bir neçə il ardıcıl olaraq xəstəlik üzündən oruc tuta bilməsə, sonra sağalsa, yalnız sonuncu Ramazanın orucunun qəzasını tutmaq ona vacibdir, əvvəlki illərin orucunu qəza etməsi lazım deyil. Amma bütün illərdən oruc tuta bilmədiyi hər günə görə fidyə verməsi gərəkdirir.\islam.az