Qara Təsvir

ƏSL MÜSƏLMAN KİMDİR?‎

Cavab :

larının qüsurlarına nəzər yetirməyə vaxt tapmaz, öz eyiblərini bildiyindən xəcalət çəkər və başqalarını qınamağa üzü olmaz. Axı daha az günahkar olan, daha çox günahkar olana niyə düşmən olmalıdır?! Özü də o günaha bata bilməzmi?! Başqasının günahını sadalamaqla özünü niyə təmizə çıxarmalıdır?! Özü günahdan uzaq olduğu üçün qürurlanmaqdansa, Rəbbinə şükür etməlidir.

Quran, uca Allahın bütün insanlığa olan xitabıdır. Quranda buyurulanları etməyə, Qurana uymağa borcluyuq. İnsanları da Qurana tabe olmağa çağırmalı, lakin onların əməllərini Qurana uydurmağa çalışmamalıyıq. Həqiqət bizə aid deyil, biz həqiqətə aid olmalıyıq. Həqiqəti dərk edib, anlayıb, insanları tanımalıyıq, insanları müzakirə edərək həqiqət axtarmamılıyıq. Ümumiyyətlə kiminsə kafir, kiminsə qeyri-kafir olma damğasını vurmaq kimin ixtiyarına verilib ki?! “Günahkar” saydığımız kimsələrin Allahın buyruqlarına əməl etməmələrinə görə çox təəccüblənirik. Çox zaman da “niyə namaz qılmır, niyə oruc tutmur, niyə belə geyinir, niyə belə deyir, niyə belə edir, niyə belə etmir” və sairə kimi gileylər və deyinmələrlə onları qınayırıq. Amma gəlin görək biz özümüz nə dərəcədə Qurana tabe olub onun dediklərini edirik. Doğrudur, namaz dinin dirəyidir. Namaz müsəlmanın əlamətidir. Namazsız bir kimsə meyvəsiz ağac kimidir. Namazsız bir müsəlmanın imanı uçurumdadır, təhlükədədir. Namazsız bir müsəlman qaranlıqda işığı olmayan bir ev kimdir. Amma bütün bunlarla birlikdə namaz qılmaq demək, hər şey demək deyildir. Namaz qılıram, demək ki, cənnətlikəm deyə heç kəs özünü aldatmasın.Əksinə, dünyadaikən namazını qılan, orucunu tutan, zəkatını verən, bununla birlikdə onun-bunun qeybətini edən, kiminsə malını qəsb edən, nahaq yerə qanını tökən kimsənin əsl müflis olduğunu və cəhənnəmə gedəcəyini Peyğəmbərimiz (s.ə.s) bizə bildirmişdir. Namazın möminin həyatındakı yeri haqqında uca Allah buyurur: “… Həqiqətən namaz, (insanı) çirkin və pis əməllərdən çəkindirər…”

Elə isə cənnətə girməyi haqq edən həqiqi müsəlman kimdir? Həqiqi müsəlman, Allahın varlığına və birliyinə inanıb inandığını həyatında tətbiq edən, namazını qılan, orucunu tutan, zəkatını verən, bununla birlikdə çirkin və pis əməllərdən çəkinən, öz qüsurlarını düzəltməklə məşğul olmaqdan başqalarının qüsurlarını görməyən, bütün müsəlmanları özünə qardaş bilən, fitnə-fəsad çıxartmağı adam öldürməkdən daha təhlükəli görən, müsəlmanların qeybətini etməyən, gizli işlərini araşdırmayan, onlara pis ləqəblər qoymayan, müsəlman sayılan hər kəsi Allah üçün sevən kimsədir.\islamveirfan.

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.