Qara Təsvir

Ramazan ayında ediləcək ən gözəl əməl nədir ?!

Cavab :
Səduq “Əmali”də Əmirəl-möminindən (ə) nəql etmişdirki, deyir: Peyğəmbər (s) bir gün bizim üçün xütbə oxuyub buyurdu: “Ey insanlar, Allahın ayı sizə tərəf üz tutub...” Sonra Ramazan ayının fəziləti haqqında sözünü davam etdi. Mən soruşdum: Ey Allahın rəsulu, bu ayda ən yaxşı iş nədir? Buyurdu: “Pəhriz və Allahın haram etdiklərindən çəkinmək.” Ondan sonra ağladı. Soruşdum: Ey Allahın peyğəmbəri, ağlamağınıza nə səbəb oldu? Cavabında buyurdu: “Ağlamağım ona görədir ki, bu ayda sənin qanının tökülməyini halal hesab edəcəklər. «يا عَليُّ اَنْتَ وَصِيَّي وَ اَبو وُلْدي وَ خَليفَتـي عَلي اُمَّتي في حَياتي وَ بَعْدَ مَوْتي اَمْرُكَ اَمْري وَ نَهْيكَ نَهْيي» Ey Əli, sən mənim vəsim, övladlarımın atası, mən öləndən sonra və sağlığımda ümmətimə xəlifəsən. Sənin əmrin mənim əmrim və səni inkar məni inkar etməkdir.”//islamazeri.com

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.