Qara Təsvir

Həzrəti Məhdinin (ə.f) yazdığı touqilərdə (məktublarında) göstəriş və nəsihətlər ...

Cavab :

Aşağıdakı hədislər İmam Mehdinin (ə.s.) qeybət dövründə seçilmiş tərəfdarlarına göndərdiyi touqilərdən (məktublardan) götürülüb.

“Hər kimin Allahdan istəyi olsa, cümə gecəsinin yarısı keçəndən sonra qüsl alsın, sonra namazgaha keçsin (yəni namaz qılsın)”

Müstədrəkül-Vəsail, II, 517

“Əgər sizlərin bir-biriniz üçün istiğfarınız (günahların bağışlanması üçün duanız) olmasaydı, yalnız sözü ilə əməli bir olan seçilmiş tərəfdarlarımızdan savayı yer üzündəki hər kəs həlak olardı”

Müstədrəkül-Vəsail, V, 247

“Şükr səcdəsi sünnələr (müstəhəb əməllər) içində ən lazımlı və vaciblərindəndir”

Biharul-ənvar, 53-cü cild, səh. 161

“Namaz qədər heç bir əməl şeytanı xar etməz”

Biharul-ənvar, 53-cü cild, səh. 182

“Fərz (vacib) namazın nafilə (müstəhəb) namazdan üstünlüyü nə qədərdirsə, fərz namazdan sonra oxunan dua və təqibatın savabı da nafilə namazından sonra oxunan dua və təqibatın savabından o qədər artıqdır”

Biharul-ənvar, 53-cü cild, səh. 161

“Qeybətim zamanı məndən (yəni mənim elmimdən) istifadə etməyin qaydası buludlar arxasında gözlərdən gizlənmiş Günəşdən istifadə etmək kimidir” (

Biharul-ənvar, 53-cü cild, səh. 181

“Zühurun vaxtı Allahın öhdəsindədir (Allaha məlumdur), vaxt təyin edənlər yalan söyləyirlər”

Biharul-ənvar, 53-cü cild, səh. 181

“Zühurun tezləşməsi üçün duaları çoxaldın; çünki sizin xilasınız da bundadır” (

Biharul-ənvar, 53-cü cild, səh. 181

“Bizə (Əhli-beytə) doğru yönəlməyinizi açıq-aşkar izah olunmuş sünnəyə sevgi üzərində qurun. Mən sizə nəsihət etdim. Allah mənə də, sizə də şahiddir”

Biharul-ənvar, 53-cü cild, səh. 179

(Burada sünnə – Peyğəmbərin və Əhli-beytn səhih göstərişləri əsasında bəyan edilmiş dini qaydalar mənasındadır).

“Qarşıya çıxan hadisələr zamanı bizim hədislərimizi rəvayət edənlərə üz tutun. Onlar mənim sizə hüccətimdir (sübutum, dəlilimdir), mən isə Allahın onlara hüccətiyəm”

Biharul-ənvar, 53-cü cild, səh. 181

“Heç kimin haqqı yoxdur ki, başqasının icazəsi olmadan onun əmlakına dəxalət etsin”

Biharul-ənvar, 53-cü cild, səh. 183

“Sünnət olunmamış adamın sidiyindən yer üzü qırx gün şikayət edər” (bu hədis sünnətin əhəmiyyətini göstərmək üçündür)

Vəsailüş-şiə, XXI, 442\imamzaman.az

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.