İmam Mehdinin (ə.f) şiələrinin məqamı budur…
Cavab :
Bu kəlmə imamlardan ع heç birinin səhabələri haqqından deyilməmişdir. İmam Mehdinin عج şiələrinin məqamı budur… O savab ki, “Səhifeyi Səccadiyyə”nin sahibi (İmam Zeynulabidin ع) buyurur: “Əzəmətli savab…” O hansı savabdır? Və kimin üçündür? Bu, Allahın Höccətinin ع dediyi savabdır. “Hər kəs bizi (Əhli-beyti ع) insanlara sevdirsə” bu birinci işdir, ikinci iş isə “Və onları (insanları) bizim (Əhli-beytin ع) düşmənlərindən bəraət etdirsə”. ❗Lakin bu (savab) bu iki əməl üçündür: “Təvəlla və təbərra“. 🔴 Sizin işiniz budur ki, insanlara Sahibəz Zamanı عج tanıdasız və onun عج düşmənlərindən bəraət etməyə təhrik edəsiniz. Təəssüf olsun ki, biz başa düşməmişik! KİMDİ İMAM ZAMAN عج ⁉️ Əvvəlcə gərək özünüz tanıyasınız ki, sonra insanlara tanıdasınız. Onun عج qeybətində, onun عج vilayətində olanların məqamını tanımaqla onun عج məqamına aid bəzi şeyləri tanıyın. Hədisin mətni belədir: “Yunis ibn ƏbdulRəhman, İmam Musa ibn Cəfərdən ع nəql edir: Ona (imama) ع dedim: Ey Allahın Rəsulunun oğlu! Haqqı bərpa edən sənsən?İmam ع buyurdu: Mənəm haqqı bərpa edən. Lakin yer kürəsini Allahın düşmənlərindən təmizləyəcək olan və yer kürəsini zülmlə dolduğu kimi onu ədalətlə dolduracaq həmin Qaim عج mən deyiləm. O ع məndən qeyrisidir. “Mənim övladlarımın beşincisidir”. ❗ Mühüm olan budur. “Xoş olsun…” Bu İmam Kazımın ع açıqlamasıdır. “Xoş olsun bizim şiələrimizə”. ❔ Ancaq bu hansı təbəqəyə aiddir? “Bizim Qaimin عف qeybətində bizim ipimizdən tutanlara”. – Bu İmamın ع şiələrinin məqamıdır. Bu zamanda yaşayıb özündə bu iki sifəti cəm edən kəslər. 🔴 “Bizim vilayətimizdə sabit olan və düşmənlərimizdən bəraət edənlər.” – Bu necə də əzəmətli bir məqamdır! Əgər nökərlərin məqamı budursa, mövlanın عج məqamı nədir⁉️ “Onlar bizdən, biz də onlardanıq.” – Ağıl burada heyrətdə qalır! Bəli, həmin bu tacir, bu kəndli, bu pul qazanan şəxs, hansılar ki, imamın ع vilayətində sabitdirlər və onların düşmənlərindən bəraət edirlər və bezarlıq edirlər, bunlar “BİZDƏNDİR BİZ DƏ ONLARDANIQ”. – Bu kəlmə imamlardan ع heç birinin səhabələri haqqından deyilməmişdir. İmam Mehdinin عج şiələrinin məqamı budur; “Bizim imam olmağımızdan razı qalıblar, biz də onlardan şiə olaraq razı qalmışıq.” – İmamın sözü budur ki, onlar bizim imamlığımızdan razı qalıblar və bizə təslim olublar. Biz də həmçinin onların bizim şiəmiz olmaqlarından razıyıq. İmam ع ikinci dəfə yenə təkrar edir. “Xoş olsun onların halına…” Və mühüm olan bu cümlədir. Buna diqqətlə qulaq asın və yaxşı-yaxşı fikirləşin! Bundan sonra bilin ki, sizin vəzifəniz nədir! “Allaha and olsun ki, onlar bizimlədir!”– Bu, kəlməsi Allahın kəlməsi olan İmam Musa ibn Cəfərdir ع və məsumluğu mütləq qorunandır. Məsələnin bu qədər əhəmiyyətli olduğunu görür. Və buyurur: “Allaha and olsun ki, onlar bizimlədir!” Onun عج qeybəti dövründə olanlar, vilayətdə sabit olub düşmənlərdən bezarlıq edənlər, onlar “Bizimlədirlər…” Ancaq bilin, “birgəlik” bu cür olur: Burdan çıx və günəşin altında dayan. Sən günəşlə birgəsən. Lakin (hədisdə olan) “birgəlikdən” məqsəd bu deyil. İmamın ع sözündə olan mühüm şey budur ki, şübhəni dəf edir. Hədisin anlamı budur. “Onlar bizimlədirlər”, lakin “bizim dərəcəmizdə”. Nəinki günəşlə birgədirlər. Əksinə günəşin qonşuluğundadırlar. Yəni, bizim yanımızda 14 məsumun ع vilayətində olan şiələr və onların düşmənlərinə qarşı qəlblərində möhkəm bəraət olan kəs, bu şəxs İmam Musa ibn Cəfərlə ع eyni dərəcədədir. Xatəmul ənbiya (s.a.a.s) ilə eyni dərəcədədir. Əgər İmam Mehdinin عج şiəsinin məqamı budursa, Onun عج məqamı nədir⁉️ Ayətullah Şeyx Vəhid Xorasaninin bəyanatından\imamzaman.az