Qara Təsvir

Bəs sən zəmanə İmamın üçün nə etmisən?

Cavab :
İmam Zamana عفش ilk köməkçi Allahın Özüdür. Allah-təala Qurani-Kərimdə buyurur: “Məğlubedilməz və hikmətli Allahdan başqa kömək yoxdur.” Ali İmran surəsi, ayə 126 ▫️ İlk kömək Allah tərəfindəndir ki, Onun köməyi olmadan heç bir səyin nəticəsinə yetişmək mümkün olmayacaqdır. Buna görə də O Həzrətin عفش şərif ləqəblərindən biri “Mənsur”dur, yəni kömək olunan şəxs. Allah-təala buyurur: “Hər məzlum (haqsız) yerə öldürülən şəxsin əlbəttə vəlisi üçün hökümət qərar vermişik. O öldürməkdə israf etməz, çünki ona kömək olunmuşdur.” İsra surəsi, ayə 33 ▫️ Bu ayədə (Mənsur) “kömək olunmuş” İmam Zamandır عفش. “Nudbə duasında da bu ləqəb xatırlanıb: *“Haradadır hər zalım təcavüzkar yalançıya qələbə çalan şəxs?”* Bu səbəbdən ona köməkçi Allahdır və O عفش kömək edilmiş və qalibdir. İmam Sadiqdən ع gələn hədisə görə tarixən Peyğəmbərlərə ع kömək etmiş mələklər və cinlər Həzrətin عفش xidmətində dayanar. İmam Zamana عفش kömək edəcək mömin insanlara gəldikdə isə bu barədə xeyli göstərişlər, yollar, hər zamana uyğun üzərimizə düşəcək vəzifələr İmamlar ع tərəfindən bizə gəlib çatmışdır. İntizar hal, hiss vəziyyəti deyil, əslində intizar əməldir, elə həmin əməl ki, Həzrətə عفش kömək olacaq. Feyz İbnul Muxtar İmam Sadiqdən ع rəvayət edib: “Sizin hər hansı biriniz bu əmrin (zühurun) intizarında olduğu halda ölsə, Həzrəti Qaimlə عفش birlikdə ölən şəxs kimidir. İmam bir an fikrə daldıqdan sonra buyurdu: Xeyr, əksinə Allah Rəsulunun ص rikabında şəhid olmuş şəxs kimidir”. Bihərul Ənvar c. 52, səh.126 ▫️ Bəzilərinə Bədr Şəhidlərinin savabın verərlər, bəzilərinə isə şəhidlərin bir neçə bərabər savabını verərlər. Bunlar insanın niyyət, ixlas, istək və doğruluğuna bağlıdır. Əmmar Sabati deyir: İmam Sadiq ع buyurdu: “Ey Əmmar! And olsun Allaha! Həqiqətən, sizin hər biriniz Allah-təala yanında Bədr və Ühüd şəhidlərinin çoxundan daha üstün dərəcəyə sahib olduqdan sonra ölərsiniz, elə isə sizə müjdə olsun.” Üsuli Kafi c.1, səh.334 ▫️ Bir incəlik vardır ki, o Həzrətin ع ənsarınının Onun عفش zühuru dövründə olması lazım deyildir. Hal hazırda da İmam Zamanın عفش düşmənləri vardır və indi də İmam Zamana عفش kömək etmək vacibdir və bu kömək üçün döyüş cəbhəsinin olması şərt deyildir. Hazırda Həzrətin عفش müxalifləri ilə mübarizə aparılmalı, həqiqi din üçün bələdçilik edilməlidir. Lakin, bundan əvvəl insan İmam Zamanı عفش doğru tanımalıdır. İkincisi, elə bir formada olmasın ki, İmam Zamanın عفش adı ilə O Həzrətin عفش narazılığına səbəb olacaq işlər görsün, camaatı öz əməlləri ilə İmam Zamana عفش, həqiqi dinə dəvət etmək əvəzinə onları dindən və İmam Zamandan عفش uzaqlaşdırsın. ▫️ İmam Zamana عفش kömək etməyin şərtləri vardır. “Məni onun köməkçilərindən qərar ver” dediyimiz vaxt İmam Zamana عفش kömək etmək istəyi bizim bütün əməl, danışıq və rəftarlarımızda özünü göstərməlidir. Niyyətimizdə günah etmək olmamalıdır. Nəbadə bizim rəftarımız O Həzrətin عفش narahatlığına səbəb olsun. Nəbadə onun bilmədiyi bir paltar geyinək. İmamın inciməsinə səbəb olan bir söz deyək, elə olmasın ki, (həyat) tərzimiz İmam Zamanımızın عفش rəftar və tərzinin ziddinə olsun. ▫️Sonda sizin üçün təbərrükən bir dua qeyd edirik ki, bu duanı namazlarınıza əlavə etsəniz və daima dilinizdə olarsa Həzrət sizə lütf edər və xidmətçilərindən olmaq üçün sizə tofiqat bəxş edər inşəallah. اِلٰهٖي زِدْ فٖي قَلْبٖي مُحَبَّةَ آلِ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلٰامْ لٰا سِيَّمٰا مَوْلٰايَ وَ مُقْتَدٰايَ مَهْدٖي صٰاحِبَ الزَّمٰانِ وَ جَعَلْنٖي مِنْ اَنْصٰارِهِ وَ خَدَمَتِهِ İləhi, zidfi qalbi muhəbbətə Ali Muhəmmədi əleyhimussəlam. La siyyəma moulayə və muqtəday Məhdi SahibəzZaman. Və cəəlni min ənsarihi və xadəmətihi...İmamzaman.az

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.