Qara Təsvir

Həzrət Məhdi ə.c zühur edənkən Onu İslam peyğəmbərinin s. hansı xüsusiyyətləri ilə tanıyacaqlar ?!

Cavab :

İmam Zaman (ə.f) bir neçə cəhətdən Həzrəti Peyğəmbərimizə (s.ə.a.s) bənzəyir. Onlardan bir neçəsini hədislər vasitəsilə qeyd edirik.

♻️ RƏHMƏT CƏHƏTDƏN

“Biz Səni aləmlərə rəhmət olaraq göndərdik”
✒️ Ənbiya 107

Əziz Peyğəmbərimizin xüsusi özəlliklərindən biri aləmlərə rəhmət olmasıdır. Peyğəmbərlər içərisində ən çox zülm olunan və incidilən bir Peyğəmbər olmasına baxmayaraq, öz ümmətinə nifrin etməmiş və bəla istəməmişdir. Əvəzində isə insanların bağışlanmasına və hidayətləri üçün son dərəcədə səy göstərmişdir. Bu rəhmət təkcə bu dünyaya və insanlara aid deyil, bütün varlıqlara və canlılara aiddir. Onun rəhməti sayəsindədir ki, aləmlər bu gün varlığını qoruyur.

Zamanımızın Mövlası Həzrəti Məhdi (ə.f.) də aləmlərə rəhmətdir və bu cəhətdən Həzrəti Muhəmməd Peyğəmbərə (s.ə.a.s.) bənzəyir.

Hədisi Qüdsi (Həzrəti Xanım Fatimeyi Zəhranın (s.ə.) lövhündən):

“Mən bunu (imaməti) Onun (İmam Həsən Əskəri (ə)) oğlu ilə (Həzrəti Məhdi (ə.f.)) təkmilləşdirəcəyəm. O, bütün aləmdəkilər üçün bir rəhmətdir. Onda Musanın kamalı, İsanın əzəmətli nuru və Əyyubun səbri vardır.”

✒️ Kuleyni, Kafi c.1, səh.27,
✒️ Biharul ənvar C.36, səh.196

♻️ ƏXLAQ VƏ YARADILIŞ CƏHƏTDƏN

“Həqiqətən də, Sən böyük əxlaq sahibisən.”
✒️ Qələm 4

Peyğəmbərimiz (s.ə.a.s.) insanların çoxunu öz əxlaqı ilə hidayət etmiş və onların qəlbində məhəbbət qazanmışdır.

İmam Zaman (ə.f.) da həm əxlaq cəhətindən, həm də yaradılış (cism və ruh) cəhətindən Həzrəti Peyğəmbirimizə bənzəyir. Onun gözəl əxlaqı sayəsindədir ki, biz min ildən yuxarıdır qeybətinin uzanmasına səbəb olduğumuz halda bizə məhəbbət edir və biz də Ona məhəbbət edirik.

Həzrəti Peyğəmbər (s.ə.a.s.) buyurub:
“Məhdi Mənim övladlarımdandır, adı mənim adımdan künyəsi mənim künyəmdəndir. O əxlaq və yaradılış (cism və ruh) cəhətinədən insanlar içində Mənə ən çox bənzəyəndir.”
✒️ Biharul ənvar, c.36, səh. 309

♻️ ƏMNİYYƏT CƏHƏTDƏN

“Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir.”
✒️ Ənfal 33

Həzrəti Məhdinin (ə.f.) xadimlərindən biri olan Tərif, hələ O Həzrət beşikdə olarkən görüşünə getdi. Tərif, Həzrətin istəyi ilə Onun üçün qırmızı səndəl (sandalet dediyimiz ayaqqabı və ya bir parça da ola bilər) gətirmişdi. Həzrət ondan soruşdu: Məni tanıyırsan? Dedi: Bəli, Siz Mənim ağamsınız və ağamın oğlusunuz. Həzrət dedi: Məqsədim bu deyildi. Xadim dedi: Özünüz buyurun. Həzrət buyurdu: “Mən vəsilərin sonuncusuyam. Allah Mənim vasitəm ilə bəlaları ailəmdən və şiələrimizdən uzaqlaşdırır”.

✒️ Biharul ənvar, c.52, səh. 30

♻️ XATƏMİYYƏT

“Muhəmməd (s.a.a.s) aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin O, Allahın elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir.”

✒️ Əhzab 40

Həzrət Muhəmməd Peyğəmbər (s.ə.a.s.) Qədir-Xumda buyurdu:
“Agah olun İmamların sonuncusu bizim Qaimimiz Məhdidir.”
✒️ Əl Ehticac Təbərsi, c.1 səh.63

♻️ HƏDƏFLƏR VƏ PEYĞƏMBƏR ƏNƏNƏSİ

Həzrəti Peyğəmbər (s.ə.a.s) buyurub:

“Onun (Məhdinin (ə.f.)) sünnəti elə mənim sünnətimdir. İnsanları Mənim dinimə və şəriətimə tərəf qaldırar. Və onları Allahın (c.c.) kitabına tərəf dəvət edər.”

✒️ Kəmalud din, c.2, səh. 411

İmam Sadiq (ə) buyurub:

“Həzrəti Məhdi (ə.f.) qiyam edəndə Məscidul Hərama gələcək, üzü Kəbəyə arxası isə İbrahim məqamına tərəf duracaq. 2 rükət namaz qılacaq, o zaman nida edilər: “Ey insanlar Mən Adəmin yadigarıyam, Ey insanlar Mən İbrahimin yadigarıyam, Ey insanlar Mən İsmailin yadigarıyam və Ey insanlar Mən Həzrəti Muhəmmədin (s.ə.a.s) yadigarıyam.

✒️ Biharul ənvar c.51,səh. 59
✒️ Təvile ayat c.1 səh.399

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.