Qara Təsvir

Həzrət Məhdi ə.c zühur edən zaman ona Mələk və cinlərdən də yardım edənlər olacaqmı ?!

Cavab :
Həzrətə (ə.f) kömək edəcək Mələklər və Cinlər mam Məhdi (Allah zühurunu təcil etsin) zühur etdikdə qoşunu bir neçə hissədən ibarət olacaq ki, onlardan 2si Mələklər və Cinlərdir. Bu barədə bizə gəlib çatan bəzi hədisləri sizinlə bölüşürük. İmam Sadiq (ə) buyurur: “Həzrəti Qaimə (ə.f) beyət edən ilk şəxs Cəbraildir. O, ağ quş surətində enir və ona beyət edir. Sonra bir ayağını Beytül-hərama, digər ayağını isə Beytül-müqəddəsə qoyur və bəlağət və fəsahətlə insanların eşidə biləcəyi ifadəli səslə fəryad edir: أَتَىٰ أَمْرُ اللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ “Allahın əmri gəlib çatdı, buna görə də, onda tələsməyin.” Nəhl surəsi 1 Hədisin ardında İmam Sadiq (ə) buyurur. “30313 mələk onun yanına (İmam Məhdinin (ə.f,)) enər.” Aban ibn Təğlib soruşur: “Bunların hamısı mələkdir?” İmam (ə) buyurdu: “Bəli Nuh (ə) ilə birgə gəmidə olan mələklər, İbrahim (ə) atəşə atılan zaman onun yanında olan mələklər, Musa (ə) dənizi İsrail övladları üçün ikiyə ayırdığı zamanı onunla birlikdə olan mələklər, Allah İsanı (ə) özünə götürəndə (yəni səmaya aparanda) onun yanında olan mələklər, Peyğəmbər Əkrəmin (s) yanında olan 4 min mələk , və bir-birinin ardınca enən min mələklər və Bədr döyüşündə olan 31 mələk və dörd min mələk, hansı ki, Hüseyn ibn Əli (ə) ilə birlikdə düşmənlərlə vuruşmaq üçün yerə enmişdir, lakin onlara icazə verilməmişdir. Onlar, həmin mələklər Həzrətin (Hüseyn) (ə) qəbrinin yanında Qiyamətə qədər toz torpaq içərisində pərişan və ağlağan haldadırlar. Onlar başçısı “Mənsur” adlı bir mələkdir. Hər kim o, Həzrəti İmam Hüseyni (ə) ziyarət edir, onu qarşılayarlar, yaxud vidalaşdığda onu müşayiət edərlər. Heç bir xəstə yoxdur ki, onu başa çıxmasınlar (yəni ona baş çəkməyə getməsinlər) və elə bir dünyadan köçən yoxdur ki onun cənazəsi üzərində namaz qılmasınlar və öldükdən sonra onun üçün bağışlanma diləməsinlər. Bütün bunlar yer üzündə Qaimin (ə.f) qiyamı meydana çıxana qədərdir. “Biharul ənvar c.52 – səh.328” Müfəzzəl ibn Ömər İmam Sadiqdən (ə) nəql edilən bir hədisdə buyurur. “Birinci Qaimin (ə.f) əlini ilk öpən şəxs Cəbrail (ə) – dır. Sonra o Həzrətə (ə.f) beyət edəcək və sonra mələklər və cinlər və nüqəbalar ona beyət edəcəklər” “Deməli, o həzrətin əlini ilk öpənlər mələklər, cinlər, sonra nüqəbalardır. Və belə deyəcəklər “eşitdik və itaət etdik ……” Müfəzzəl deyir “Ey mənim ağam! Mələklər və cinlər insanlara aşkar görünəcəkmi?” İmam Sadiq (ə) buyurdu: “Bəli, Vallah! İnsan öz qohumları və ailəsi ilə danışdığı kimi onlarla da danışacaqlar.” Müfəzzəl deyir : “Ey mənim ağam! Onlar Həzrəti Qaim (ə.f) ilə birlikdə (hər yerə) hicrət edəcəklər? İmam Sadiq (ə) buyurdu : “Bəli, Vallah ey Müfəzzəl! Onlar Kufə ilə Nəcəf arasında olan hicrət torpağında məskunlaşarlar və onların sayları 46 min mələk və 6 min cin olacaq” Və ardınca digər rəvayətdə buyurulur ki; “Və bir o qədər də 46 min cin olacaq ki, Allah onların vasitəsilə öz Həzrətinə (ə.f) zəfər versin və o əllər vasitəsilə fəth və zəfər yaradacaq . “Biharul-ənvar c.58, səh.8-11\imamzaman.az

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.