Qara Təsvir

Yer üzü imamsız qala bilməz nəzəriyyəsinə hədislərdən 20 dəlillər ... \İkinci bölüm

Cavab :
21. Həsən ibn Ziyad İmam Sadiqdən (ə) belə nəql edir: “Yer onda olan bilikli bir höccətdən boş qalmaz. Əgər o, olmasa yer və insanlar islah olmaz”. Kəmalud-Din, s.203, hədis 7 22. Həmzə ibn Həmran İmam Sadiqdən (ə) belə nəql edir: “Əgər yer üzündə iki nəfərdən artıq adam olmazsa belə, onlardan biri höccət olacaq. Əgər onlardan biri getməli olsa, höccət qalacaq”. Biharul-Ənvar, c.23, s.43, hədis 85 23. Əbu Bəsir İmam Baqirdən (ə) belə nəql edir: “Allahın kəlamında mövcüddur ki, “Ey iman gətirənlər, Allaha itaət edin, elçiyə və sizdən olan əmr sahiblərinə itaət edin!” Nisa,59 əmr sahibləri Qiyamət qopanadək Əlinin və Fatimənin (ə) övladlarından olan imamdır”. Kəmalud-Din, 22/8 24. Həsən ibn Ziyad belə rəvayət edir: “İmam Sadiqdən (ə) soruşdum: “Yer üzü, orada imam olmadan boş qala bilərmi?” İmam (ə) buyurdu: “Xeyr, halallar və haramlarını, habelə nəyə ehtiyac duyduqlarını bilən bir alim olmadan ola bilməz”. Kəmalud-Din, 22/16 25. Haris ibn Müğeyrə belə rəvayət edir: “İmam Sadiq (ə) buyurdu: “Allah yer üzünü insanların möhtac olduğu biz alimsiz qoymaz, lakin həmin alimin insanlara ehtiyacı olmaz. O halal və haramı biləcək”. Mən soruşdum: “Sənə fəda olum, haradan biləcək?” İmam (ə) buyurdu: ” Allah rəsulu (s) və Əli ibn Əbu Talibdən (ə) irs apararaq bilir”. Bəsariud-Dərəcat, s.327, hədis 7; Biharul-Ənvar, c.23, s.40, hədis 74 26. İsa ibn Raşid İmam Baqir (ə) “nur üstündə nur” kəlməsi barədə belə buyurduğunu rəvayət edir: “Adəmdən (ə) Qiyamətə qədər Muhəmməd sülaləsindən olan elm hikmət və nuru ilə təsdiqlənmiş bir imam digər imamın ardınca ənənəvi olaraq davam edər. Onlar vəsilərdir. Allah onları Özünün yer üzərində canişinləri və yaratdıqlarına höccətləri təyin etmişdir. Yer heç bir zaman onlardan (imamlardan) biri olmadan boş qalmaz”. Tövhid, s.158, hədis 4; əl-Mənaqib, c.1, s.280 27. Haris ibn Müğeyrə belə rəvayət edir: “İmam Sadiq (ə) buyurdu: “Həqiqətən, yer üzünü, halalı-haramı və insanların ehtiyac duyduqlarını bilən, insanların ehtiyacı olmayan bir alimsiz tərk edilməz”. Mən soruşdum: ” Sənə qurban olum, nəyi bilib?” İmam (ə) buyurdu: “Allah rəsulu(s) və Əlidən (ə) irs apardığını (bilib)”. Kəmalud-Din, 22/15 28. Yunus ibn Yaqub İmam Sadiq (ə) belə nəql edir. “Əgər yer üzərində iki nəfərdən artıq adam qalmazsa belə, onlardan biri imam olacaq”. Ğeybəti-Nümani, s.140, hədis 5 29. Kərram İmam Sadiqdən (ə) belə nəql edir: “Əgər yer üzünün əhalisi iki nəfərdən ibarət olsa, o ikisindən biri hökmən imamdır. Ən son ölən imamdır. Bu ona görədir ki, kimsə Allahın qarşısında iddia etməsin ki, Allah onu höccətsiz qoymuşdur”. İləluş-Şəraye, s.196, hədis 6; əl-Kafi, c.1, s.180, hədis 3 30. Hüseyn ibn Əbüləla belə rəvayət edir: “İmam Sadiqdən (ə) soruşdular: “Yer üzü imamsız qala bilərmi?” İmam (ə) buyurdu. “Xeyr”. Soruşdular: “İki imam eyni zamanda ola bilərmi? İmam (ə) buyurdu: “Xeyr, yanlız o zaman olar ki, onlardan biri sakit qalsın”. Soruşdular: “İmam özündən sonrakı imamı tanıyırmı?” İmam (ə) buyurdu: “Bəli”. Soruşdular: “Qaim imamdırmı?” İmam (ə) buyurdu: “Bəli, imamdır, imam oğludur. Onun imaməti əvvəlcədən məlum olmuşdur”. Kəmalud-Din, s.223, hədis 17; Dəlailul-İmamət, s 437, hədis 408 31. Abdullah ibn Süleyman Amiri İmam Sadiqdən (ə) belə nəql edir: “Nə qədər ki yer var, Allahın orada halal və haramlarını təyin edən, insanları Allah yoluna dəvət edən bir höccəti var”. əl-Məhasin, c,1,s.368, hədis 802 32. Səffan ibn Yəhya İmam Kazimdən(ə) belə nəql edir: “Adəm(ə) vəfat edəndən sonra Allah yer üzünü heç vaxt imamsız qoymayıb. Onun başçılığı ilə Allaha tərəf yol tutulur. O, bəndələrə höccətdir. Kim onu tərk etsə həlak olar, kim onu gərəkli bilsə, nicat tapar. Bu, Allahın üzərində bir haqdır”. Kəmalud-Din, 22/3 33. Ziyad Əttar İmam Sadiqdən (ə) belə nəql edir: “Yer Allahın höccəti olmadan davam etməz. İnsanların islah olunması onsuz mümkün deyil. Yeri də ondan başqa heç kəs islah edə bilməz”. əl-Məhasin, c.1, s.366, hədis 195 34. Yaqub ibn Şüeyb İmam Sadiqdən (ə) belə nəql edir: “And olsun ki, Allah bu işi tərk etməz. Qiyamət gününə qədər bu işləri idarə edəcək biri var”. Ğeybəti-Nümani, s.54, hədis 6 35. Əmir ibn Əşəs İmam Sadiqdən (ə) belə nəql edir: “Bizə olan əmri istədiyimizi yerə qoyduğumuzumu düşünürsünüz? Əsla yox! Allaha and olsun ki, o, Peyğəmbər (s) tərəfindən bir adamdan o biri adama bir əhddir ki, nəticədə öz sahibinə yetişir”. Kəmalud-Din, 22/11 36. İshaq ibn Əmmar İmam Sadiqdən (ə) belə nəql edir: “Yer imamsız qalmaz. Əgər möminlər bir şey artırsalar, imam onu geri qaytarmalıdır; əgər azaltsalar, imam onu kamilləşdirməlidir”. əl-Kafi, c.1, s.178, hədis 2 37. Abbas ibn Təğlib İmam Sadiqdən(ə) belə nəql edir: “Höccət məğluqdan əvvəl olmuşdur, yaradılmışla birgə var, yaradılmışdan sonra da olacaq”. Bəsariud-Dərəcat, s.487, hədis 1; Biharul-Ənvar, c.23, s.38, hədis 66 38. Əbu İshaq Möminlərin əmiri Əlidən(ə) belə nəql edir: “İlahi, Sən yeri yaratdıqların üçün höccətsiz qoymazsan”. Ğeybəti-Nümani, s.137, hədis 2 39. Muhəmməd ibn Muslim İmam Baqirdən (ə) belə nəql edir: “Həqiqətən, Əli (ə) bu ümmətin alimidir, elm isə miras olaraq alınır. Əhli-Beytindən (ə) onun elminin mislini və ya Allahın istədiyini bilən birini qoymadan bizdən heç kəs həlak olan deyil”. Kəmalud-Din, 22/13 40. Füzeyl ibn Yəsar İmam Baqir və İmam Sadiqdən (ə) belə nəql edir: “Həqiqətən, Adəmlə (ə) birlikdə endirilən elm bir daha yuxarı qaldırılmayıb. Elm miras olaraq alınır. Elmdən, rəsullar və peyğəmbərlərin əlamətlərindən olan hər şey bu evin əhlindən olmayıbsa, o zaman o, batildir. Əli (ə) bu ümmətin alimidir. Doğrusu budur ki, özündən sonra onun elminin mislini və ya Allahın istədiyini bilən birini xələf təyin etmədən bizdən bir alim ölməyib”. Kəmalud-Din, 22/14\imamzaman.az

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.