Qara Təsvir

Yer üzü imamsız qala bilməz nəzəriyyəsinə hədislərdən 20 dəlillər ...

Cavab :
Müqəddəs Quranda Allah-taala belə buyurur: 1. Əslində sən yalnız qorxudansan və bir dəstə üçün bir doğru yol göstərən var. Rədd, 7 2. Həqiqətən, Biz səni haqla müjdəverici və qorxudan olaraq göndərdik. Elə bir ümmət olmamışdır ki, onların içindən bir qorxudan gəlib-getməmiş olsun. Fatir, 24 3. Həqiqətən, Biz Öz sözümüzü bir-birinin ardınca və bir-biri ilə əlaqəli halda onlara yetirdik ki, bəlkə öyüd nəsihət-alsınlar. Qəsəs, 51 Hədis və rəvayətlərdə: 1. İmam Baqir (ə) Allahın “Sən yalnız qorxudansan hər bir ümmətin hidayətçisi var.” ayəsi barədə belə buyurur: “Allah rəsulu (s) qorxudandır və hər bir dövrdə bizdən olan bir hidayətçi var. Bu hidayətçi Allah rəsulunun (s) gətirdiyinə doğru ümməti hidayət edir. Peyğəmbərdən (s) sonrakı hidayətçilər Əli (ə) və bir-birinin ardınca gələn vəsilər, canişinlərdir”. əl-Kafi,cild.1, s.196, hədis 2 2. Əbu Həmzə imamlardan (ə) belə nəql edir: “Allah göyləri və yeri yaradan gündən Qiyamət gününə qədər Allahın məxluqatın üzərindəki höccəti olmadan qalmaz. Dəlailul-İmamət, hədis 398 3. Büreyd İmam Baqirdən (ə) “Sən yalnız qorxudansan və hər bir xalqın hidayətçisi var.” ayəsinin mənası barədə belə rəvayət edir: “Allah rəsulu (s) qorxudandır, Əli (ə) isə hidayətçidir. Hər bir dövr və zamanda bizdən olan bir imam ümməti Allah rəsulunun (s) gətirdiklərinə doğru hidayət edir”. Kəmalud-Din, s.667, hədis 10 4. Füzeyl “Hər bir xalqın hidayətçisi var” ayəsi barədə İmam Sadiqdən (ə) belə rəvayət edir: “Hər bir imam öz dövrünün insanlarının hidayətçisidir”. əl-Kafi, c.1, s.191, hədis 1 5. Aban ibn Təğlib İmam Sadiqdən (ə) belə nəql edir: “Höccət yaradılışdan əvvəldir, yaradılışla birlikdədir, yaradılışdan sonradır”. Kəmalud-Din, 22/5 5. İmam Sadiq (ə) “Və şübhəsiz öz sözümüzü ardıcıl şəkildə onlara çatdırarıq” ayəsi barədə belə buyurur: “Yəni bir imamın ardınca digər bir imamla…” Bəsariud-Dərəcat, s.515, hədis 38 6. İmam Kazim (ə) “Və şübhəsiz öz sözümüzü ardıcıl şəkildə onlara çatdırarıq” ayəsi barədə belə buyurur: “Bir imamın ardınca digər imam”. əl-Kafi, c.1, s.415, əl-Mənaqib,c.3, s.96 7. Harun ibn Həmzə Ğənəvi belə rəvayət edir: “İmam Sadiqdən soruşdum: “Nuhun (ə) dövründən bu günə qədər insanların arasında itaəti əmr olunmuş kimsə vardımı?” İmam (ə) buyurdu: “Daim belə olmuşdur, lakin insanların əksəriyyəti iman gətirmirlər”. Kəmalud-Din, s.232, hədis 37 8. Əbu Həmzə İmam Baqirdən (ə) belə nəql edir: “And olsun ki, Allah Adəmi (ə) qəbzi-ruh etdikdən sonra yeri, insanların ona yol tapması üçün vasitə olan imamdan boş qoymamışdır. O, Allahın bəndələrinə ilahi höccətdir və yer Allah bəndələrinə höccət olacaq imamsız qalmaz”. əl-Kafi, c.1, s.138, hədis 8 İləluş-Şəraye, s.197, hədis 11 9. İshaq ibn Əmmar İmam Sadiqdən (ə) belə nəql edir: “Həqiqətən, müsəlmanlar bir şeyi artırdıqda, onları haqqa qaytarsın və bir şey azaldırlarsa onlar üçün tamamlasın deyə, yer üzü orada bir alim olmadan boş qalmamışdır. Kəmalud-Din, 22/6 10. Hüseyn ibn Əbüləla belə rəvayət edir: “İmam Sadiqdən (ə) soruşdum: “Yer üzü imamsız ola bilərmi?” İmam (ə) buyurdu: “Xeyr”! əl-Kafi, c.1, s.178, hədis 1 12. Hüseyn ibn Xalid belə rəvayət edir: “İmam Rza (ə) soruşdum: “Yer üzü imamsız qala bilərmi?” İmam (ə) buyurdu: “Xeyr”! Kəmalud-Din, s.233, hədis 42 13. İmam Sadiq (ə) buyurur: “Allah yer üzünü ədalətli bir imamsız qoymaqdan daha uca və adildir!” əl-Kafi, c.1, s.178, hədis 6 14. Əmmar ibn Musa Səbati İmam Sadiq (ə) belə nəql edir: “Yer üzü olandan bəri, orada haqdan ölənləri dirildən bir alim höccətsiz boş qalmayıb. Sonra bu ayəni söylədi: “Onlar Allah nurunu öz ağızları ilə söndürmək istəyirlər, Allah isə kafirlərin xoşuna gəlməsədə, Öz nurunu tamamlayacaq”. Səff.6, Kəmalud-Din, 22/4 15. Səffan ibn Yəhya İmam Rza (ə) belə buyurduğunu rəvayət edir: “Yer bizdən olan bir imam olmadan boş qalmaz”. Biharul-Ənvar, c.23, s.42, hədis 79 16. Həsən ibn Ziyad İmam Sadiqdən (ə) belə nəql edir: “Yer insanları islah edən və insanların ondan başqa heç bir vasitə ilə islah olunmayacağı bir şəxs olmadan dəvam etməz”. İləluş-Şəraye, s.196, hədis 8 17. Nüman Razi İmam Sadiqdən (ə) belə nəql edir: “Adəmin (ə) peyğəmbərliyi sona çatanda və yemək yeməsi kəsiləndə Allah onu vəhy edib, belə buyurdu: “Ey Adəm! Peyğəmbərliyin bitmiş və qidalanmağın kəsilmişdir. Odur ki, elminə, imanına və peyğəmbərlik mirasına, eləcə də, elmi əsərlərinə və bildiyin ismi-əzəmə diqqət yetir. Onları öz nəslindən olan oğlunun, yəni Hibətullahın (ə) yanında yadigar qoy, çünki Mən yer üzünü itaət və dinimi tanıtdıracaq, davamçılarının nicatına səbəb olan bir alimsiz qoymaram”. İləluş-Şəraye, s.195, hədis 1 18. Zürarə və Füzeyl – hər ikisi – İmam Baqirdən (ə) belə nəql edirlər: “Adəmlə (ə) enmiş olan elm bir daha yuxarı qalxmadı və elm irs olaraq mirasa çevrildi. Əli (ə) bu ümmətin və bizim aramızdan heç bir alim öz sülaləsindən özü kimi elmi olan bir canişin qoymadan və ya Allahın istədiyi olmadan vəfat etməmişdir”. əl-Kafi, c.1, s.222, hədis 2 19. İmam Sadiq (ə) Allahın rəsulunun (s) belə buyurduğunu rəvayət edir: “Mənim ümmətimdən olan hər bir nəsildə Əhli-Beytimdən (ə) olan bir ədalətli şəxs var ki, mübaliğəçilərin təhrifi, yalançıların mənimsəməməsi və cahillərin yozumunu bu dindən uzaqlaşdırsın. Həqiqətən, sizin imamlarınız Allaha tərəf aparan rəhbərlərinizdir. Elə isə dininiz və namazınızda kimin arxasıyca düşdüynüzə fikir verin”. Kəmalud-Din, 22/7 20. Həsən ibn Ziyad belə rəvayət edir: “İmam Sadiqdən (ə) soruşdum: “Yer üzü imamsız qala bilərmi?” İmam (ə) buyurdu: “Daim yer üzündə halal-haramı bilən və onun əhalisinin ehtiyaclarını bilən bir alim olmuşdur”. əl-Məhasin, c.1, s.366, hədis 792

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.