İmam Zamandan (ə.c) nəsihətdolu 20 hədis \ ikinci bölüm
اللَّهُمَّ إِنْ أَطَعْتُكَ فَالْمَحْمَدَةُ لَكَ وَ إِنْ عَصَيْتُكَ فَالْحُجَّةُ لَكَ مِنْكَ الرَّوْحُ وَ مِنْكَ الْفَرَجُ سُبْحَانَ مَنْ أَنْعَمَ وَ شَكَرَ سُبْحَانَ مَنْ قَدَرَ وَ غَفَرَ اللَّهُمَّ إِنْ كُنْتُ قَدْ عَصَيْتُكَ فَإِنِّي قَدْ أَطَعْتُكَ فِي أَحَبِّ الْأَشْيَاءِ إِلَيْكَ وَ هُوَ الْإِيمَانُ بِكَ لَمْ أَتَّخِذْ لَكَ وَلَداً وَ لَمْ أَدْعُ لَكَ شَرِيكاً مَنّاً مِنْكَ بِهِ عَلَيَّ لَا مَنّاً مِنِّي بِهِ عَلَيْكَ
21. İlahi, əgər Sənə itaət etsəm, həmd sənə görədir, əgər mə’siyət və günah etsəm, höccət Sənindir. Nicat ve rahatlıq Səndəndir, pak və təmizdir nemət verib şükürləri qəbul edən Allah; o Allah ki, qüdrətli və bağışlayandır. İlahi, əgər günah etmişəmsə (bağışla, çünki,) Sənin ən çox sevdiyin şeydə, yəni, Sənə iman gətirməkdə, Sənə itaət etmişəm. Sənə övlad nisbəti verməmişəm və Sənin üçün şərik qoşmamışam. Bunların hamısı Sənin mənə minnət qoymağınladı, nəinki mənim sənə.
Seyyid ibn Tavus (r.ə); Muhəcud-Dəvat; səh.295
ومن أكل من أموالنا شيئا فإنما يأكل في بطنه نارا وسيصلى سعيرا
22. Hər kim haqsızlıqla malımızdan (xüms kimi) bir şey yesə, od yemiş kimidir və tezliklə cəhənnəm oduna atılacaqdır.
Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.549
فليعمل كل امرء منكم بما يقرب به من بمحبتنا، ويتجنب ما يدنيه من كراهتنا وسخطنا
23. Hər biriniz bizim məhəbbətimizi sizlərə yaxın edən işləri görün və bizi qəzəbləndirən və sevmədiyimiz əməlləri etməkdən çəkinin.
Şeyx Təbərsi (r.ə); əl-İhticac; cild 2; səh.323
فاغلقوا أبواب السؤال عما لا يعنيكم
24. Sizə xeyri olmayan sualların qapılarını bağlayın (zərərli şeylərdən soruşmayın).
Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 52; səh.92
أنا المهدي أنا قائم الزمان أنا الذي أملاها عدلا كما ملئت ظلما و جورا إن الأرض لا تخلو من حجة
25. Mən Məhdiyəm, mən zamanın imamıyam, yer üzünü zülmlə dolduğu kimi ədalətlə dolduran mənəm. Yer üzü əsla höccətsiz qalmaz.
Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 52; səh.2
واجعلوا قصدكم إلينا بالمودة على السنة الواضحة
26. Öz niyyət və qəsdinizi bizimlə aşkar və aydın sünnə və rəvayətlərə əsasən dost olmağa yönəldin.
Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.179
اَللّـهُمَّ ارْزُقْنا تَوْفيقَ الطّاعَةِ، وَبُعْدَ الْمَعْصِيَةِ، وَصِدْقَ النِّيَّةِ، وَعِرْفانَ الْحُرْمَةِ، وَاَكْرِمْنا بِالْهُدى وَالاِسْتِقامَةِ، وَسَدِّدْ اَلْسِنَتَنا بِالصَّوابِ وَالْحِكْمَةِ، وَامْـلاَْ قُلُوبَنا بِالْعِلْمِ وَالْمَعْرِفَةِ، وَطَهِّرْ بُطُونَنا مِنَ الْحَرامِ وَالشُّبْهَةِ، وَاكْفُفْ اَيْدِيَنا عَنِ الظُّلْمِ وَالسَّرِقَةِ، وَاغْضُضْ اَبْصارَنا عَنِ الْفُجُورِ وَالْخِيانَةِ، وَاسْدُدْ اَسْماعَنا عَنِ اللَّغْوِ وَالْغِيبَةِ
27. İlahi, itaət etmək müvəffəqiyyətini, mə’siyət və günahlardan uzaqlığı, sidq niyyəti, haramı tanımağı bizim üçün əta et və bizə doğru yolu tapmaq və onda sabit qalmaqla kəramət bağışla, dillərimizi doğruluq və hikmətlə möhkəmləndir, qəlblərimizi elm və mərifətlə doldur, qarnımızı haram və şübhəli yeməklərdən təmizlə, əllərimizi zülm və oğurluqdan qoru, qulaqlarımızı boş sözə və qeybətə qulaq asmaqdan saxla.
Şeyx Kəfəmi (r.ə); əl-Misbah; səh.281
فقد وقعت الغيبة التامة فلا ظهور إلا بعد إذن الله عز وجل
28. Doğrudan da tamamilə gizli qalmaq zamanı çatdı. Zühur yalnız Allahın iznindən sonradır.
Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.544
وإذا أذن الله لنا في القول ظهر الحق، واضمحل الباطل
29. …Və Allah bizə fərəc icazəsi verəndə haqq zahir olacaq, batil isə məhv olacaqdır.
Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.196
أنا بقية الله في أرضه، والمنتقم من أعدائه
30. Mən Allahın yer üzündə saxladığıyam (bəqiyyətullaham) və Onun düşmənlərindən intiqam alanam.
Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 52; səh.24
وإني أخرج حين أخرج ولا بيعة لأحد من الطواغيت في عنقي.
31. Mən zühur edəcəyim zaman tağutlardsn heç birinin boynumda bey’əti olmayacaq. (Yəni, zahirdə də belə onları qəbul etməyəcəyəm, sakit durmayıb bütün zalımlarla mübarizə aparacağam).
Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.181
إنا غير مهملين لمراعاتكم، ولا ناسين لذكركم
32. Biz həmişə sizin yaşayışınıza göz qoyur və sizi unutmuruq
Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.175
بسم الله الرحمن الرحيم لعنة الله والملائكة والناس أجمعين على من أكل من مالنا درهما حراما
33. İlahi, Məhəmməd (s) və onun Əhli-beytinə (s) salavat göndər. Öz dostlarına vəd etdiyini həyata keçirməklə onları əzizlə və Səndən arzuladıqları zəfəri görməyi onlara qismət et. Dostlarını, Sənə qarşı çıxanların, Sənin gücünlə Sənə qarşı müxalifətçilik edənlərin, Sənin verdiyin qüdrətlə sənin qanunlarını təsirsiz etmək istəyənlərin və Sənin verdiyin əllə Sənə kələk vurmağı düşünənlərin şərrindən qoru. Günah üstə onları aşkarda yaxalamaq, güclü və qürurlu olduğu halda kökünü kəsmək üçün Sən onlarla helm və səbrlə davranırsan. Çünki Sən (Quranda) buyurmusan və Sənin dediklərin isə haqdır:
“Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məhsulu olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik.
Yunus surəsi 24
Həmçinin Quranda buyurmusan: “Bizi qəzəbləndirən bir zamanda onlardan qisas alacağıq”. (Zuxruf surəsi, ayə 55)
Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.550
بسم الله الرحمن الرحيم لعنة الله والملائكة والناس أجمعين على من أكل من مالنا درهما حراما
34. Hər kim bizə aid olan maldan bir haram olan dirhəm belə yesə, Allahın, mələklərin və bütün insanların lənəti ona olsun.
Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.550
وأما أموالكم فلا نقبلها إلا لتطهروا
35. Biz sizin mallarınızı yalnız sizin pak olmağınız üçün qəbul edərik.
Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.512
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ يَا مَالِكَ الرِّقَابِ وَ يَا هَازِمَ الْأَحْزَابِ يَا مُفَتِّحَ الْأَبْوَابِ يَا مُسَبِّبَ الْأَسْبَابِ سَبِّبْ لَنَا سَبَباً لَا نَسْتَطِيعُ لَهُ طَلَباً بِحَقِّ لَا إِلَهَ إِلَّا اللَّهُ مُحَمَّدٌ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ عَلَى آلِهِ أَجْمَعِينَ
36. Bağışlayan və mehriban Allahın adı ilə. Ey bütün yaranmışlara tam hakim olan Allah, ey düşmən qruplarını və dəstələrini dağıdan Allah, ey rəhmət qapılarını açan və ey səbəb və vəsilələr yaradan Allah, bizə qüdrətimiz çatmayan səbəb və vəsiləsini hazır et. Səni and veririk “lə ilahə illəllah və Muhəmmədən Rəsulullah” haqqına! Allah Peyğəmbərə (s) onun Əhli-beytinə (ə) rəhmətini nazil etsin.
Seyyid ibn Tavus (r.ə); Muhəcud-Dəvat; səh.45
يا نور النور، يا مدبر الأمور، يا باعث من في القبور، صل على محمد وآل محمد واجعل لي ولشيعتي من كل ضيق فرجا، ومن كل هم مخرجا، وأوسع لنا المنهج، وأطلق لنا من عندك، وافعل بنا ما أنت أهله يا كريم.
37. Ey nurların nuru! Ey hərşeyi tədbir edən, ey insanları qəbirlərdən çıxaran, Məhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və məni və mənim şiələrimi çətinlikdən asanlığa çıxar, qəmdən qurtar və (Sənin lütflərinə çatan) yolu bizlərə genişlət, üzümüzə fərəc qapılarını aç və bizimlə Sənə layiq olacaq şəkildə davran, ey Kərim, ey mehriban və ey mərhəmətlilərin ən mərhəmətlisi!
Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 91; səh.187
فإنا يحيط علمنا بأنبائكم، ولا يعزب عنا شئ من أخباركم
38. Biz, sizin yaşayışınızı bütün hadisə və xəbərlərini bilirik və sizlərdə olan heç bir şey bizdən gizli deyildir.
Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.175
وأما ظهور الفرج فإنه إلى الله تعالى ذكره
39. Zühur və fərəcin gerçəkləşməsinə gəldikdə isə, Allahın iradə və icazəsindən asılıdır.
Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.512
فما أرغم أنف الشيطان بشئ مثل الصلاة، فصلها وارغم أنف الشيطان.
40. Namaz kimi heç bir şey şeytanın burnunu yerə sürtməz, belə isə, namaz qılın və şeytanın burnunu yerə sürtün.
Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 53; səh.182
* * *
İlahi, ürəklərimizi on dörd məsumun vəhy mənbəyi olan bu könül oxşayan sözlərinin tarlası et. Bu sözlərdən istifadə etmək üçün bizə müvəffəqiyyət ver, Amin.\imamzaman.az